๑۩۩๑ Made in BAAU ๑۩۩๑
Page 1 of 11
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » İdman. (Azərbaycan futbolunun tarixi.)
İdman.
Administrator Tarix: Çərşənbə, 2009-Noyabr-11, 19:20 | Sıra nömrəsi: 1

Yazıları: 71
Halaldır.
30
Azərbaycan futbolunun bir əsrlik tarixindən səhifələr

Tarixi və ədəbi mənbələr hələ IV-V əslərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Çin, Misir və başqa qədim dövlətlərdə əsgərlərin fiziki hazırlığını möhkəmləndirmək üçün topla oyundan istifadə edirdilər. Maraqlıdır ki, Nizami Gəncəvinin əsərlərində də qəhrəmanların topla oynadığını əks etdirən səhifələr var. Amma təbii ki, həmin oyunları bugünkü futbolla müqayisə etmək mümkün deyil.
Müasir futbolun vətəni və dəqiq yaranma tarixi məlumdur: İngiltərə, 26 oktyabr 1863-cü il. Həmin gün Londonda ilk futbol assosiasiyası yaradılıb, oyunun 13 qaydası təsdiq edilib.

Rusiyada isə ilk futbol matçı 1898-ci il sentyabrın 13-də Sankt-Peterburqda keçirilib.
Ötən əsrin əvvəllərində çıxan Bakı və Tiflis qəzetlərində dərc olunan məlumatlara görə Azərbaycanda ilk futbol komandaları 1905-ci ildə yaradılıb. Bu komandalar əsasən Bakının iri neft müəssisələrini təmsil edirdilər. Məsələn, Balaxanı mədənlərində çalışan həvəskar futbolçular bütün şəhərdə tanınırdı. Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirildi və "Britaniya klubu" komandasının qələbəsi ilə nəticələndi. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçirdilər və Tiflisdə yerli "Sokol" komandasına 4:2 hesabı ilə qalib gəldilər.
Bir əsrlik tarixi olan futbolumuzun sonrakı inkişaf xronikası isə belədir:

* 1912-ci ildə Bakının "Britaniya klubu", 1913-1915-ci illərdə "İdmançı", 1916-cı ildə "Balaxanı futbolçular dərnəyi", 1917-ci ildə isə "Sokol" komandası Bakı çempionatının qalibi adını qazanmışlar.

* 1914-cü ildə Bakıda ilk futbol liqası və Hakimlər kollegiyası yaradılmışdır. Həmin il keçirilən şəhər birinciliyində 17 komanda iştirak etmişdir. 1921-ci ildən etibarən Bakı çempionatı üç dəstə üzrə keçirilmişdir.

* 1923-cü ildə Bakının "Komsomol" komandası Gürcüstan paytaxtında Tiflis və Batumi futbolçularının iştirakı ilə keçirilən komsomolçuların ilk Zaqafqaziya Olimpiadasında birinci yeri tutmuşdur. Komsomolçularımız sonrakı üç turnirdə də bu uğuru təkrar etmişlər.

* 1924-cü ildə Bakının "Tərəqqi" komandası Moskvanın "Dinamo" komandasına 3:1 hesabı ilə qalib gəlmişdir.

* Bakıda ilk beynəlxalq yoldaşlıq matçları 1926-cı ildə keçirilmişdir. Bakının gənclərdən ibarət yığma komandası İran Milli yığma komandasına 4:3 hesabı ilə qalib gəlmişdir. İran futbolçuları ilə görüşdə "Tərəqqi" də qələbə qazanmışdır - 3:1.

* 1928-ci ildə keçirilən futbol üzrə ilk Azərbaycan çempionatında səkkiz komanda iştirak etmişdir. Üç Bakı komandası ilə yanaşı Xankəndi, Gəncə, Quba, Şəki və Zaqatala futbolçuları da qələbə uğrunda mübarizə aparmışlar. Bakının "Həmkarlar-2" komandası ilk Azərbaycan çempionu adını qazanmışdır.

* 1929-cu ildə Azərbaycanın futbol üzrə yığma komandası Tehranda İran Milli yığma komandasına qarşı keçirdiyi hər üç oyunda qələbə qazanmışdır - 4:0, 4:1 və 11:0.

* 1930-cu ildə Bakının yığma komandası Almaniyanın yığma fəhlə komandasına (4:3 və 1:0), 1931-ci ildə isə İngiltərənin seçmə fəhlə komandasına (5:2 və 3:1) qalib gəlmişdir.

* 1932-ci ildə Bakının yığma komandası SSRİ çempionatında iştirak etmişdir.

* 1933-cü ildə Bakıda 58 futbol hakimi qeydə alınmışdır.

* 1933-cü ildə Azərbaycan komandası Tiflisdə keçirilən Həmkarlar İttifaqlarının Zaqafqaziya çempionatının qalibi olmuşdur.

* 1933-cü ildə Bakının yığma komandası Bakı - Donbass-Qroznı turnirinin qalibi adını qazanmışdır.

* 1935-ci ildə SSRİ çempionatının birinci qrupunda Moskva, Leninqrad, Xarkov, Kiyev, Bakı və Tiflis yığma komandaları iştirak etmişlər. Bakılılar 5-ci yerlə kifayətlənmişlər.

* 1935-ci ildə keçirilən Azərbaycan futbol hakimlərinin ilk konfransında 107 hakim iştirak etmişdir.

* Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışlar ilk dəfə 1936-cı ildə keçirilmişdir. "Cənub inşaatçısı" komandası fəxri Kuboka layiq görülmüşdür. 1937 - 1938-ci illərdə isə Bakının "Temp" komandasının futbolçuları Azərbaycan Kubokunu başları üzərinə qaldırmışlar.

* Bakı Kuboku uğrunda yarışlar da 1936-cı ildən keçirilməyə başlanıb. "Cənub inşaatçısı" komandası bu turnirin də qalibi adını qazanıb. 1937-1938-ci illərdə "Temp", 1939-cu ildə "Lokomotiv", 1940-cı ildə isə "Dinamo" komandaları Bakı Kubokuna layiq görülüblər.

* 1936-1991-ci illərdə Azərbaycanı SSRİ çempionatının müxtəlif dəstələrində aşağıdakı komandalar təmsil ediblər:
"Temp" (Bakı), "Lokomotiv" (Bakı), "Dinamo" (Bakı), Cənub inşaatçısı" (Bakı), "Neftçi" (Bakı), "Tərəqqi" (Bakı), "Neft Daşları" (Bakı), "Spartak" (Bakı), "Gənclik" (Bakı), "Avtomobilçi" (Bakı), "Termist" (Bakı), "Toxucu" (Gəncə), "Tərəqqi" (Gəncə), "Dinamo" (Gəncə), "Kəpəz" (Gəncə), "Metallurq" (Sumqayıt), "Temp" (Sumqayıt), "Kimyaçı" (Sumqayıt), "Polad" (Sumqayıt), "Vosxod" (Sumqayıt), "Toxucu" (Mingəçevir), "Avtomobilçi" (Mingəçevir), "Araz" (Naxçıvan), "Daşqın" (Zaqatala), "Qarabağ" (Xankəndi), "Xəzər" (Lənkəran), "Göyəzən" (Qazax), "Qarabağ" (Ağdam).

* Azərbaycan futbolçuları SSRİ çempionatında ən böyük uğuru 1966-cı ildə qazanıblar. "Neftçi" üçüncü yeri tutaraq bürünc medallara layiq görülüb.

1. Dinamo (Kiyev) 23 10 3 66-17 56
2. OİK (Rostov) 20 7 9 54-44 47
3. Neftçi (Bakı) 18 9 9 56-28 45
4. Spartak (Moskva) 15 12 9 45-41 42
5. MOİK (Moskva) 16 9 11 60-45 41
6. Torpedo (Moskva) 15 10 11 55-39 40
7. Dinamo (Tiflis) 13 14 9 47-34 40
8. Dinamo (Moskva) 12 14 10 43-34 38
9. Paxtakor (Daşkənd) 10 18 8 36-32 38
10.Şaxtyor (Donetsk) 15 7 14 32-35 37
11.Dinamo (Minsk) 11 13 12 36-39 35
12. Kayrat (Alma-Ata) 12 11 13 30-39 35
13. Ararat (Yerevan) 12 10 14 30-45 34
14.Çernomorets (Od.) 10 13 13 29-36 33
15.Torpedo (Kutaisi) 9 10 17 44-59 28
16.Zenit (Leninqrad) 10 8 18 35-54 28
17.Lokomotiv (Moskva) 11 5 20 34-49 27
18.Krılya Sovetov (Kb.) 4 17 15 18-40 25
19.OİK (Odessa) 1 13 22 16-56 15

* 1967-ci ildə Gəncənin "Dinamo" komandası SSRİ çempionatının güclülər dəstəsinə vəsiqə qazanmışdır.

* "Neftçi"-nin heyətində SSRİ çempionatının güclülər dəstəsində ən çox oyun keçirən futbolçu Serqey Kramarenkodur. O, 286 oyunda iştirak etmişdir. İsgəndər Cavadov 277, Kazbek Tuayev isə 276 oyunda yaşıl meydana çıxmışlar. Ümumiyyətlə, 39 futbolçu "Neftçi"-nin heyətində SSRİ çempionatının güclülər dəstəsində 100-dən artıq oyun keçirmişdir.

* "Neftçi"-nin 9 futbolçusu müxtəlif illərdə SSRİ yığma komandasının heyətində rəsmi oyunlarda iştirak etmişdir: Anatoli Banişevski - 49 oyun, 19 qol, Vitali Şevçenko - 13 oyun, 4 qol, Yuri Kuznetsov - 5 oyun, 6 qol, Ələkbər Məmmədov - 4 oyun, Kazbek Tuayev - 3 oyun, Nikolay Smolnikov - 3 oyun, Eduard Markarov - 3 oyun, İqor Ponomaryov - 1 oyun, Aleksandr Syomin - 1 oyun.

* "Neftçi"-nin 12 futbolçusu SSRİ-nin Olimpiya yığma komandasının heyətində rəsmi görüşlərdə iştirak edib: Valeri Pançik - 7 oyun, Yuri Stekolnikov - 3 oyun, Anatoli Banişevski - 2 oyun, Maşallah Əhmədov - 2 oyun, Asim Xudiyev - 2 oyun, Valeri Hacıyev - 2 oyun, İsgəndər Cavadov - 1 oyun, Səmədağa Şıxlarov - 1 oyun, Yunis Hüseynov - 1 oyun, Aleksandr Jidkov - 1 oyun, Həsənbəy Mirikov - 1 oyun, İqor Ponomaryov - 1 oyun.

* "Neftçi"-nin 11 futbolçusunun adı müxtəlif illərdə SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına daxil edilmişdir: Anatoli Banişevski (1965, 1966, 1967), Kazbek Tuayev (1963, 1966, 1967), Ələkbər Məmmədov (1956, 1957), Yuri Romenski (1978, 1980), Yuri Kuznetsov (1959), Vyaçeslav Semiqlazov (1962), Valeri Dikarev (1963), Vladimir Bruxti (1967), Vitali Şevçenko (1971), Maşallah Əhmədov (1986), Aleksandr Jidkov (1987).

* Azərbaycan futbolçuları Anatoli Banişevski və Eduard Markarov 1966-cı ildə keçirilən futbol üzrə Dünya çempionatında bürünc medallara layiq görülmüş, azərbaycanlı hakim Tofiq Bəhramov FİFA-nın "Qızıl fit"-i ilə təltif olunmuşdur.

1976-cı il I DƏSTƏ KOMANDALARI ARASINDA SSRİ ÇEMPİONATININ YEKUN CƏDVƏLİ

1. Kayrat (Alma-Ata) 24 8 6 55-23 56
2. Neftçi (Bakı) 22 10 6 70-34 54
3. Paxtakor (Daşkənd) 18 12 8 63-31 48
4. Tavriya (Simferopol) 17 12 9 59-32 46
5. Nistru (Kişinyov) 15 14 9 51-40 44
6. Zvezda (Perm) 15 12 11 53-45 42
7. Torpedo (Kutaisi) 13 15 10 46-38 41
8. Kuzbass (Kemerovo) 16 7 15 59-50 39
9. Kolxozçu (Aşqabad) 16 7 15 61-62 39
10.Şinnik (Yaroslav) 15 8 15 41-39 38
11.Pamir (Düşənbə) 14 10 14 43-51 38
12.OİK (Rostov) 13 10 15 41-43 36
13.Metallurq (Zap.) 14 8 16 38-40 36
14.Spartak (İ-Frank.) 13 10 15 47-53 36
15.Spartak (Orc.) 11 14 13 40-50 36
16.Terek (Qroznı) 10 13 15 39-60 33
17.Rubin (Kazan) 6 18 14 39-55 30
18.Kuban (Krasnodar) 10 7 21 34-69 27
19.Dauqava (Riqa) 7 10 21 33-56 24
20.Elbrus (Nalçik) 5 7 26 32-73 17

* Azərbaycan futbolçularından İqor Ponomaryov Olimpiya çempionu, Arif Əsədov, Vladislav Qədirov, Vladislav Lemiş gənclər arasında Dünya çempionu, Vəli Qasımov, Nikolay Smolnikov, Ruslan Lukin, Tərlan Əhmədov, Arif Əsədov, Vladislav Qədirov, İqor Ponomaryov yeniyetmələr arasında Avropa çempionu adına layiq görülmüş, İqor Ponomaryov və Vladimir Mixaylevski gənlər arasında Dünya çempionatının gümüş medalları ilə təltif edilmişlər.

* SSRİ çempionatlarının 100 ən sərrast futbolçusu siyahısında Azərbaycan futbolunun yetirmələri Uduard Markarovun (129 qol), Anatoli Banişevskinin (81 qol) və Kazbek Tuayevin (59 qol) də adları var.

* SSRİ çempionatlarında ən çox oyun keçirın 100 futbolçunun siyahısına Eduard Markarovun (370 oyun), Serqey Kramarenkonun (312 oyun) və Kazbek Tuayevin (289 oyun) adları daxil edilmişdir.

* 302 qola Oleq Bloxinin başçılıq etdiyi "Qriqori Fedotov" klubunun üzvləri arasında "Neftçi"-nin oyunçuları Eduard Markarov (157 top) və Anatoli Banişevski (111 top) də var.

* SSRİ-nin ən yaxşı qapıçılarının adları daxil edildiyi "Lev Yaşin" klubunun üzvlərindən biri də Azərbaycan futbolunun yetirməsi Sergey Kramarenkodur. Bakılı qapıçı keçirdiyi 334 oyunun 38 faizində öz qapısının toxunulmazlığını qoruyub saxlaya bilib.

* SSRİ çempionatlarının birinci dəstəsinin 100 ən sərrast futbolçusu siyahısında Azərbaycan futbolunun 3 nümayəndəsi var: Nikolay Smolnikov - 51 qol, Anatoli Banişevski - 40 qol, Elbrus Abbasov - 40 qol.

* Azərbaycan futbolunun yetirməsi Eldar Əzimzadə 1980-ci ildə keçirilən Moskva Olimpiadası futbol turnirində final oyununun baş hakimi olmuşdur.

* 1992-ci ilin martında AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təsis edilmişdir. Futbol təşkilatımız 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində FİFA-ya üzv qəbul olunmuşdur. Milli yığma komandalarımız Dünya və Avropa çempionatlarında iştirak etmişlər.

* 1994-cü ilin dekabrında azərbaycan futbolu tarixində ilk dəfə üç hakimimizə - Tahir Süleymanova, Asim Xudiyevə və Xaqani Məmmədova FİFA referesi dərəcəsi verilmişdir.

* 1995-ci ilin avqustunda UEFA prezidenti Lennart Yohansson və UEFA-nın baş katibi Herhard Ayqner Bakıya gəlmişlər.

* Azərbaycanın üç görkəmli futbol mütəxəssisi - Ələkbər Məmmədov, Anatoli Banişevski və Kazbek Tuayev ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşlar.

* 1997-2003-cü illərdə Azərbaycan futbolu dərin böhran içində olmuşdur. Futbol ictimaiyyətinin AFFA rəhbərliyi ilə ədalət uğrunda mübarizəsi nəticəsiz qaldığına görə klublar etiraz əlaməti olaraq 11-ci milli çempionatı dayandırmışlar. Sonradan çempionat xüsusi Təşkilat Komitəsinin nəzarəti altında davam etdirilsə də, AFFA rəhbərliyi nəticələri tanımamışdır. Klublarımız Avropa miqyaslı turnirlərdə iştirak etməkdən məhrum olmuşlar.

* 2003-cü ildə futbol klublarının, AFFA nümayəndələrinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Ədliyyə Nazirliyinin, FİFA-nın və UEFA-nın iştirakı ilə Sürix müqaviləsi imzalanmış, AFFA-nın yeni Nizamnaməsinin layihəsi hazırlanmışdır. Futbol klubları AFFA bayrağı altında oynamağa razılıq vermiş, XII ölkə çempionatı başlanmışdır.

* 2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilmiş, yeni Nizamnaməyə əsasən demokratik yolla AFFA-nın rəhbər orqanları seçilmişdir. Həmin gündən Azərbaycan futbolunun inkişafında yeni mərhələ başlanmışdır.

* 2007-ci il oktyabrın 30-da AFFA prezidenti Ramiz Şəmşəd oğlu Mirzəyev dünyasını dəyişib.

* AFFA İcraiyyə Komitəsinin 4 dekabr 2007-ci il tarixli qərarına əsasən AFFA prezidenti səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olunub.

* AFFA-nın 14 mart 2008-ci il tarixdə keçirilmiş növbədənkənar Konfransında Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilmişdir.

Əlavə: 5874556.jpg(5Kb)
 
MətnAzərbaycan futbolunun bir əsrlik tarixindən səhifələr

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-11 saat 19:20
Pis_Oglan Tarix: Bazar günü, 2010-Fevral-28, 11:02 | Sıra nömrəsi: 2

Yazıları: 44
Aktiv olduğuna görə
10
Yaxsi melumatdir...... Sagol........

Hec kim meni basa dusmuur.... Hec basa da duse bilmezler.... Ne de men kimsenin meni basa dusmesini gozleyirem... Meni bsa dusen olsaydi Men olmazdim... Meni basa dusmek ucun Men olmaq lazimdi.... Bes sen bunu basa dusdun..?????
 
MətnYaxsi melumatdir...... Sagol........

Müəllifi: - Pis_Oglan
Yazılma tarixi - 2010-Fevral-28 saat 11:02
wry_yikda Tarix: Bazar günü, 2010-Fevral-28, 12:57 | Sıra nömrəsi: 3

Yazıları: 83
Şərhlər üzrə aktivliyinə görə
38
Ingiltereninde oyunculari deyir biz futbolcuyuq.Azerbaycanin oyuncularida :D:D:D

Ac Ol kIsI Ol
Söhbət sosiskada deyil, adam gerek vnimatelni olsun
 
MətnIngiltereninde oyunculari deyir biz futbolcuyuq.Azerbaycanin oyuncularida :D:D:D

Müəllifi: - wry_yikda
Yazılma tarixi - 2010-Fevral-28 saat 12:57
Administrator Tarix: Bazar günü, 2010-Fevral-28, 22:04 | Sıra nömrəsi: 4

Yazıları: 71
Halaldır.
30
wry_yikda,
Başa düşmədim, bizimkilər futbol yerinə, ləzginka oynayırlar?)))
 
Mətn
wry_yikda,
Başa düşmədim, bizimkilər futbol yerinə, ləzginka oynayırlar?)))

Müəllifi: - Administrator
Yazılma tarixi - 2010-Fevral-28 saat 22:04
wry_yikda Tarix: Bazar günü, 2010-Fevral-28, 22:53 | Sıra nömrəsi: 5

Yazıları: 83
Şərhlər üzrə aktivliyinə görə
38
Lezginka oynasalar onnan min defe yaxşidi biggrin biggrin

Ac Ol kIsI Ol
Söhbət sosiskada deyil, adam gerek vnimatelni olsun
 
MətnLezginka oynasalar onnan min defe yaxşidi biggrin biggrin

Müəllifi: - wry_yikda
Yazılma tarixi - 2010-Fevral-28 saat 22:53
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » İdman. (Azərbaycan futbolunun tarixi.)
Page 1 of 11
Search:
Yüklənir...