๑۩۩๑ Made in BAAU ๑۩۩๑
Page 1 of 11
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Maraqlı məlumatlar (Vəzifəli amma ...)
Maraqlı məlumatlar
Administrator Tarix: Çərşənbə, 2009-Noyabr-11, 19:29 | Sıra nömrəsi: 1

Yazıları: 71
Halaldır.
30
Fransa hökumətinin Parlamentlə Münasibətlər naziri Roger Karoutchi homoseksual olduğunu etiraf edib. O, Fransız xəbər agentliyinə açıqlamasında “Bəli, bir kişi sevgilim var və çox xoşbəxtəm. Bunu da gizlətməyə ehtiyac görmürəm” deyib. Fransız nazirin bu əlaqəsindən prezident Nikolya Sarkozi xəbərdardır. Çünki orijinal Roger rəsmi dəvətlərə kişi sevgilisi ilə qatılaraq onu “həyat yoldaşı” statusunda təqdim edir. Bundan öncə də fransa xalqı belə “qarışıq eşq hekayələri”ni çox dinləyib. Parisin bələdiyyə sədri Bertrand Delanoe 1998-ci ildə keçirilən bələdiyyə seçkiləri öncəsi homoseksual olduğunu etiraf edərək ictimaiyyət arasında səmimiliyinə görə xal qazanmışdır.

İslandiyanın tarixində ilk dəfə baş nazir bir qadın - 66 yaşlı sosial-demokrat Yoxanna Siqurdardottir seçilib. Amma sözügedən qadının yeganə özəlliyi onun ilk qadın baş nazir olması ilə yanaşı seksual oriyentasiyasıdır. Xanım Siqurdardottir 2002-ci ildən etibarən xanım jurnalist Conni Leosdottirlə rəsmi nikahdadır. Mətbuatın yazdığına görə, onun cinsi oriyentasiyası cəmiyyət üçün heç bir əhəmiyyət kəsb etmir, çünki elektorat çox liberaldır.

2005-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Ceyms Makqrivi də istefa verərək bunun arxasındakı səbəbləri açıqlayıb. O bildirib ki, bu addımı atmasına qeyri-ənənəvi cinsi oriyentasiyası səbəb olub. Makqrivinin izahatına görə, onun homoseksual əlaqələri ştatın rəhbərliyinə arzuolunmaz təzyiqlərə səbəb ola bilər: “Həqiqət budur ki, mən amerikalı homoseksualam. Ayıb da olsa deməliyəm ki, bu, mənim nikahla bağlı öhdəliklərimi, anlayışımı pozur. Bu, doğru deyildi, ayıbdı və mənə yaraşmırdı”. Makqrivi 2 qız atası və eks-prokurordur. Onu bu addımı atmağa isə Amerika cəmiyyətinin sözügedən məsələdə tutduğu konservativ mövqe vadar edib. Kaliforniya ştatı istisna olmaqla, bu ölkə əhalisi arasında hansısa siyasətçi barəsində belə bir şayiənin yayılması belə, 20% səs itkisi ilə nəticələnir.

Berlin burqomistri Klaus Voverayt isə mer seçkilərindən qısa müddət öncə yersiz və şantaj xarakterli açıqlamalardan qurtulmaq üçün öz seksual oriyentasiyası ilə bağlı açıqlama verib. Bu səmimiliyinə görə Berlin camaatı onu dəstəkləyib və sonuncu seçkilərdə qələbə qazanıb. Həmin ərəfədə rəyi soruşulan şəhər camaatı bildirib ki, “onun gecələr öz yatağını kişi və ya qadınla paylaşmasının bizə heç bir aidiyyəti yoxdur. Şəhərə göz bəbəyi kimi baxsın, bəsimizdir”.

Hamburq əhalisi arasında böyük populyarlıq qazanmış Olo fon Boytsun homoseksuallığı isə rəqiblərinin əlində böyük karta çevrilmişdi. Onlar bundan seçki marafonunda gen-bol istifadə etməyə nail olmuşdular. Amma cənab Boyts bu məsələdə cəsarət nümayiş etdirib xalq qarşısında etirafda bulunmasa da bunu atası etdi. Bununla da Boyts böyük fərqlə rəqibinə üstün gələrək şəhər meri seçildi.

Bu gün siyasətçi homoseksuallar öz oriyentasiyalarını rahat şəkildə etiraf edirlər. Məsələn, Böyük Britaniyanın KİV və idman naziri Ben Bredşou, xarici işlər nazirinin müavini Kris Brayant, “kölgədəki” təbii sərvətlər naziri Nik Herbert, biznes, innovasiya naziri, lord Piter Mandelson bu qəbildən sayılır və onlar sözügedən etirafları ilə cəmiyyətdə simpatiya qazanmağa nail olublar.

Rusiya tarixinin önəmli simalarından sayılan Vladimir İliç Leninin öz kişi sevgilisinə yazdığı sevgi məktubları isə hələ də tarixin tozlu qatlarındadır. Mənbələrə görə, onun Qriqoriy, Vova adlı sevgililəri olub və 1917-ci ildə Rozliv gölünün yaxınlığındakı bir evdə yaşayarkən onlarla tez-tez görüşüb. Hətta məktublarda Leninin öz kişi sevgililərinə tez-tez xəyanət etdiyi də görünür. Neyçün ki, Vova adlı sevgilisi onu Rozliv gölü yaxınlığındakı evdə başqa kişilərlə görüşməkdə ittiham edir.

İran şahı Müzəffərəddin şah da öz qeyri-ənənəvi cinsi oriyentasiyasına görə daim fərqlənib və hətta Mirzə Fətəli Axundovun “Kəmalüddövlə məktubları” əsərində də buna yüngülvarı eyham vurulub.

Əlavə: 5776623.jpg(2Kb)
 
MətnFransa hökumətinin Parlamentlə Münasibətlər naziri Roger Karoutchi homoseksual olduğunu etiraf edib. O, Fransız xəbər agentliyinə açıqlamasında “Bəli, bir kişi sevgilim var və çox xoşbəxtəm. Bunu da gizlətməyə ehtiyac görmürəm” deyib. Fransız nazirin bu əlaqəsindən prezident Nikolya Sarkozi xəbərdardır. Çünki orijinal Roger rəsmi dəvətlərə kişi sevgilisi ilə qatılaraq onu “həyat yoldaşı” statusunda təqdim edir. Bundan öncə də fransa xalqı belə “qarışıq eşq hekayələri”ni çox dinləyib. Parisin bələdiyyə sədri Bertrand Delanoe 1998-ci ildə keçirilən bələdiyyə seçkiləri öncəsi homoseksual olduğunu etiraf edərək ictimaiyyət arasında səmimiliyinə görə xal qazanmışdır.

İslandiyanın tarixində ilk dəfə baş nazir bir qadın - 66 yaşlı sosial-demokrat Yoxanna Siqurdardottir seçilib. Amma sözügedən qadının yeganə özəlliyi onun ilk qadın baş nazir olması ilə yanaşı seksual oriyentasiyasıdır. Xanım Siqurdardottir 2002-ci ildən etibarən xanım jurnalist Conni Leosdottirlə rəsmi nikahdadır. Mətbuatın yazdığına görə, onun cinsi oriyentasiyası cəmiyyət üçün heç bir əhəmiyyət kəsb etmir, çünki elektorat çox liberaldır.

2005-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Ceyms Makqrivi də istefa verərək bunun arxasındakı səbəbləri açıqlayıb. O bildirib ki, bu addımı atmasına qeyri-ənənəvi cinsi oriyentasiyası səbəb olub. Makqrivinin izahatına görə, onun homoseksual əlaqələri ştatın rəhbərliyinə arzuolunmaz təzyiqlərə səbəb ola bilər: “Həqiqət budur ki, mən amerikalı homoseksualam. Ayıb da olsa deməliyəm ki, bu, mənim nikahla bağlı öhdəliklərimi, anlayışımı pozur. Bu, doğru deyildi, ayıbdı və mənə yaraşmırdı”. Makqrivi 2 qız atası və eks-prokurordur. Onu bu addımı atmağa isə Amerika cəmiyyətinin sözügedən məsələdə tutduğu konservativ mövqe vadar edib. Kaliforniya ştatı istisna olmaqla, bu ölkə əhalisi arasında hansısa siyasətçi barəsində belə bir şayiənin yayılması belə, 20% səs itkisi ilə nəticələnir.

Berlin burqomistri Klaus Voverayt isə mer seçkilərindən qısa müddət öncə yersiz və şantaj xarakterli açıqlamalardan qurtulmaq üçün öz seksual oriyentasiyası ilə bağlı açıqlama verib. Bu səmimiliyinə görə Berlin camaatı onu dəstəkləyib və sonuncu seçkilərdə qələbə qazanıb. Həmin ərəfədə rəyi soruşulan şəhər camaatı bildirib ki, “onun gecələr öz yatağını kişi və ya qadınla paylaşmasının bizə heç bir aidiyyəti yoxdur. Şəhərə göz bəbəyi kimi baxsın, bəsimizdir”.

Hamburq əhalisi arasında böyük populyarlıq qazanmış Olo fon Boytsun homoseksuallığı isə rəqiblərinin əlində böyük karta çevrilmişdi. Onlar bundan seçki marafonunda gen-bol istifadə etməyə nail olmuşdular. Amma cənab Boyts bu məsələdə cəsarət nümayiş etdirib xalq qarşısında etirafda bulunmasa da bunu atası etdi. Bununla da Boyts böyük fərqlə rəqibinə üstün gələrək şəhər meri seçildi.

Bu gün siyasətçi homoseksuallar öz oriyentasiyalarını rahat şəkildə etiraf edirlər. Məsələn, Böyük Britaniyanın KİV və idman naziri Ben Bredşou, xarici işlər nazirinin müavini Kris Brayant, “kölgədəki” təbii sərvətlər naziri Nik Herbert, biznes, innovasiya naziri, lord Piter Mandelson bu qəbildən sayılır və onlar sözügedən etirafları ilə cəmiyyətdə simpatiya qazanmağa nail olublar.

Rusiya tarixinin önəmli simalarından sayılan Vladimir İliç Leninin öz kişi sevgilisinə yazdığı sevgi məktubları isə hələ də tarixin tozlu qatlarındadır. Mənbələrə görə, onun Qriqoriy, Vova adlı sevgililəri olub və 1917-ci ildə Rozliv gölünün yaxınlığındakı bir evdə yaşayarkən onlarla tez-tez görüşüb. Hətta məktublarda Leninin öz kişi sevgililərinə tez-tez xəyanət etdiyi də görünür. Neyçün ki, Vova adlı sevgilisi onu Rozliv gölü yaxınlığındakı evdə başqa kişilərlə görüşməkdə ittiham edir.

İran şahı Müzəffərəddin şah da öz qeyri-ənənəvi cinsi oriyentasiyasına görə daim fərqlənib və hətta Mirzə Fətəli Axundovun “Kəmalüddövlə məktubları” əsərində də buna yüngülvarı eyham vurulub.


Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-11 saat 19:29
Pis_Oglan Tarix: Bazar günü, 2010-Fevral-28, 10:57 | Sıra nömrəsi: 2

Yazıları: 44
Aktiv olduğuna görə
10


Hec kim meni basa dusmuur.... Hec basa da duse bilmezler.... Ne de men kimsenin meni basa dusmesini gozleyirem... Meni bsa dusen olsaydi Men olmazdim... Meni basa dusmek ucun Men olmaq lazimdi.... Bes sen bunu basa dusdun..?????
 
Mətn

Müəllifi: - Pis_Oglan
Yazılma tarixi - 2010-Fevral-28 saat 10:57
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Maraqlı məlumatlar (Vəzifəli amma ...)
Page 1 of 11
Search:
Yüklənir...