๑۩۩๑ Made in BAAU ๑۩۩๑
Page 1 of 11
...:::BAAU Forum:::... » ..:::Azərbaycan:::.. » Tariximiz » Qarabağ (Qarabağda azərbaycanlı izləri məhv edilir.)
Qarabağ
Administrator Tarix: Çərşənbə, 2009-Noyabr-11, 19:38 | Sıra nömrəsi: 1

Yazıları: 71
Halaldır.
30
17 ildən bəri erməni işğalında qalan Şuşa şəhərində küçələr dağıdılıb, evlər yandırılıb və tarmar edilib.
Azərbaycanlılara aid hər şey talan edilib. Müharibədən sonra Şuşaya gələn Saro Saryan: “Əvvəllər bu şəhərdə 12-13 min azərbaycanlı, 4-5 min erməni yaşayırdı. İndi bir nəfər azərbaycanlı da qalmayıb”, - deyir. Özü də bir azərbaycanlının evində yaşayır. Azərbaycanlıların bir daha buraya dönməsini istəməyən Saryan artıq iki xalqın bir-birinə silah qaldırdığını vurğulayır. Qarabağın bu cür bərbad vəziyyətdə olduğunu soruşanda da belə cavab verir: “O illərdə qış çox sərt keçdi. Həm şuşalı ermənilər, həm də başqa yerdən köçüb gələn ermənilər azərbaycanlıların evlərinin taxtalarını sökərək yandırdıqları üçün bu evlər pəncərəsiz, tavansız, qapısız qaldı”. Erməni işğalından sonra Şuşadakı azərbaycanlı evləri tutan tutanın olub, yəni kim birinci hansı evə sahib çıxıbsa, indi də orada yaşayır.

On beş ildən bəri erməni işğalında qalan Şuşadayıq. Küçələr yanmış, darmadağın edilmiş vəziyyətdədir. Azərbaycanlılara aid nə varsa, hamısı talan edilib. Küçədə dolaşarkən klarnetdə ustalıqla ifa olunan bir Azərbaycan musiqisi diqqətimizi çəkdi. Səsə tərəf istiqamət götürürük. Böyük tarixi bir evin qapısına gəlib çıxırıq. Qapıdan içəri keçirik. Geniş bağçadakı boş hovuz burada yaşanmış gözəl və nəşəli günlərdən xəbər verir. Pəncərədən baxan cavandan klarneti kimin çaldığını soruşuruq. O: “Böyük qardaşım, istəyirsinizsə, içəri keçin”, - deyir. Taxta nərdivanları çıxıb, işıqlı dəhlizdən keçərək geniş otağa daxil oluruq. Klarnet çalan Razmik musiqi səsini eşidib bura gəldiyimizi biləndə utanır. 23 yaşlı musiqi müəllimi Razmik Arutunyan Bakıda doğulub. Əsilləri Şuşadandır. Bakıdan ayrılanda 5 yaşı varmış. Amma hələ də uşaqlıq illəri keçən o məhəlləni dəqiq xatırlayır, deyir ki, o məhəlləyə getsə, evlərini gözübağlı tapar. 1992-ci ildən bəri Şuşada ata-baba evində yaşayan Razmikin 1 qardaşı, 1 bacısı var, ata-anası həkimdir. Atası həm də musiqi ilə məşğul olur. Razmik burada 3 gün sonra gedəcəyi toya hazırlaşırmış. Klarnetdə nə çaldığını soruşuruq, Azərbaycan mahnısını, “Tərəkəmə”ni çaldığını söyləyir. “Ən çox hansı musiqiləri çalırsınız, Azərbaycan yoxsa erməni mahnılarını?” sualımıza da: “Mahnılar onsuz da bir-birinə qarışıb; bu coğrafiyanın ortaq malıdır”, - deyə cavab verir. Amma o, Azərbaycan musiqisi çalarkən sifət cizgilərində xəfif bir nostalgiyanın, həsrətin işartıları aydınca oxunurdu. Arada balaca qardaşına qaş-göz elədi və bir neçə dəqiqədən sonra bizi süfrəyə dəvət etdi. Süfrədə Azərbaycan üsulu ilə dəmlənmiş təzə çay və bir gün öncəki pasxa bayramı üçün boyanmış yumurtalar vardı.

“Bizi bir-birimizə qırdırdılar”

Şuşa küçələrində gəzərkən Razmikin klarnetindən yüksələn kədərli Azərbaycan mahnıları qulağımdan getmir. Şəhərin mərkəzində 3 böyük məscid var. Birinin qapı-pəncərəsi mismarlanıb, minarəsi yıxılıb. Digər ikisinin isə şərəfələri (minarədə muəzzinin azan verməsi üçün xüsusi dairəvi yer) uçub-tökülüb. Məscidlərdən birinin bağçasına girirəm, ot az qala adam boyundadır. Məscidin tavanı da, içi də uçub-tökülüb, divarlardakı bəzək-saxsıların hamısı ətrafa səpələnib. Yağan yağış məscidin içinə axır. Məscidin həyətindəki məzar daşları isə sahibsizliyin xatirəsinə bənzəyir. Həyətdən keçərkən qarşımıza yaşlı bir adam çıxır. Sən demə, memar imiş, illər uzunu Azərbaycanda çalışıb, Bakıdakı bir çox binalarda imzasının olması ilə fəxr edir: “Azərbaycanda mənim hansı millətdən olduğuma deyil, işlərimə baxır və mənə böyük hörmət göstərirdilər”, - deyir. Azərbaycan dilində tərtəmiz, qüsursuz danışır. “İnsanın tikdiyini insanın dağıtmasını anlaya bilmirəm”, - deyən yaşlı memar: “Hər dəfə bura gələndə kədərlənirəm”, - söyləyir. “Pis millət yox, pis insan var, yaxşı millət yox, yaxşı insan var. Qardaşa qardaş qanı tökdürdülər”, - deyir və uçub-dağılmış divarlar arasında gözdən itir. Diqqətdən qaçmayan başqa bir mənzərə də Şuşada hər kəsin hərbi paltar geyinməsidir. Bu görüntü Şuşada və Dağlıq Qarabağda savaş ovqatının davam etdiyini göstərir. Küçədə əlindən tutduğu uşağı ilə dükana girən qadının şəklini çəkirik və bu an dəri gödəkcəli və bığlı bir nəfər bizə yaxınlaşır. MKİ işçisi ədası ilə vəsiqəsini göstərib, özünü təqdim edir və bizdən icazə sənədi istəyir. Mülki geyimdə olsa da, bu, polis imiş və bizimlə təmiz Azərbaycan ləhcəsində danışır. Sənədimizə baxıb, oradakı qeydləri cibindən çıxardığı kiçik bloknota köçürür və “mən, sadəcə, öz vəzifəmi yerinə yetirirəm” deyir. O, yazı yazarkən ətrafa göz gəzdiririk və şəhərin mərkəzindəki 3 məsciddən ən böyüyünün çardağında dayanmış hərbigeyimli adamlar diqqətimi çəkir. Polisdən ayrılandan sonra ora gedirik və minarənin nərdivanları ilə məscidin üstünə çıxırıq. Biri rütbəli bir neçə zabit və mülki şəxslər əllərindəki bellə məscidin qübbəsini təmizləyirdilər. Soruşanda da dedilər ki, İrandan gələn maddi qaynaqla bu məscidi restavrasiya edəcəklər. Amma məscidin vəziyyətinə baxanda bu işin heç də asan olmayacağı anlaşılır. Ev, ofis, otel və sosial obyekt layihələri hazırlamaqla tanınmış Manuşak Balayan Şuşadakı abidələrin hələ sovet dövründən başlayaraq xarab olduğunu söyləyir. Deyir ki, o dövrdə məscidlər də daxil olmaqla, bir çox tarixi binadan anbar kimi istifadə edilib. Balayanın indiki düşüncəsi isə Şuşadakı tarixi abidələrin rəsmlərini çəkərək, xüsusi bir albom hazırlamaqdır. Dağlıq Qarabağın Qaçqınlar və Köçkünlər Təşkilatının sədri Saro Saryan Şuşanın 15 ildə necə dəyişdiyini, kimlərin gedib, kimlərin gəldiyini danışır. Müharibədən əvvəl Şuşada 12-13 min azərbaycanlı və 4-5 min erməninin yaşadığını deyən Saryan indi şəhərdə bir nəfər də olsun azərbaycanlının qalmadığını söyləyir. Özü də arvadı və iki uşağı ilə bir azərbaycanlının evində yaşayır. Deyir ki, evin əsl sahibi ölüb və o, bu evin şəkillərini çəkib, Bakıda yaşayan keçmiş sahibinin ailəsinə göndərib.
Saro Saryan da Dağlıq Qarabağdakı digər ermənilər kimi azərbaycanlıların bir də buraya dönəcəklərinə inanmadığını deyir. Özü də doğulub-böyüdüyü Bakıya qayıtmaq haqda fikirləşmir. Məktəbdən təzəcə gələn uşaqlarına özü üçün düzəltdiyi otaqları göstərir. Arvadı bu həyatdan heç də məmnun görünmür. Saro bunu belə izah edir: “Mənim arvadım kosmopolit adamdır, ona görə də Bakıdan sonra Şuşaya isinişə bilmədi”. Qarabağın bu cür bərbad və viran vəziyyətini soruşanda Saro Saryan belə cavab verdi: “O illər qış çox sərt keçdi. Həm şuşalı, həm də köçüb gələn ermənilər azərbaycanlıların evlərindəki bütün taxtaları söküb yandırdılar. Ona görə də bu evlər belə qapısız, pəncərəsiz, tavansız qaldı”.
Şuşa ələ keçirildikdən sonra azərbaycanlı evlərini ilk dəfə hansı erməni tutdusa, indi də ona qaldığını bildirən Saryan o mərhələdə ermənilər arasında ev üstündə dava düşdüyünü də söylədi.
cry cry

Əlavə: 2457468.jpg(8Kb)
 
Mətn17 ildən bəri erməni işğalında qalan Şuşa şəhərində küçələr dağıdılıb, evlər yandırılıb və tarmar edilib.

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-11 saat 19:38
Pis_Oglan Tarix: Bazar günü, 2010-Fevral-28, 11:53 | Sıra nömrəsi: 2

Yazıları: 44
Aktiv olduğuna görə
10
Xebere gore sagol......

Hec kim meni basa dusmuur.... Hec basa da duse bilmezler.... Ne de men kimsenin meni basa dusmesini gozleyirem... Meni bsa dusen olsaydi Men olmazdim... Meni basa dusmek ucun Men olmaq lazimdi.... Bes sen bunu basa dusdun..?????
 
MətnXebere gore sagol......

Müəllifi: - Pis_Oglan
Yazılma tarixi - 2010-Fevral-28 saat 11:53
...:::BAAU Forum:::... » ..:::Azərbaycan:::.. » Tariximiz » Qarabağ (Qarabağda azərbaycanlı izləri məhv edilir.)
Page 1 of 11
Search:
Yüklənir...