08:41 | Çərşənbə axşamı | 2024-Aprel-16
  • Page 1 of 1
  • 1
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » Dünya dinləri » İslam (Dua möminin silahıdır)
İslam
Administrator Tarix: Cümə, 2009-Noyabr-13, 13:29 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
Həqiqətən həmd Allahadır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimə hidayət verirsə, onu yolundan azdıran yoxdur. Kimi də yolundan azdırırsa, ona hidayət verən yoxdur. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, O təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və rəsuludur.
Allahdan haqqı ilə qorxun, ey Allahın qulları! Kim Rəbbindən haqqı ilə qorxarsa, dərəcələrə yüksələr və ölümdən sonra gedəcəyi yer də yaxşı olar.

Rəbbimiz buyurub: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər”.(Mumin surəsi, 60)
Allaha dua edən və Allah ilə birlikdə bir başqasına daha dua edənlər dualarında cavab qapısını bağlamışdılar. Allah əzzə və cəllə belə buyurur : “Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?! Halbuki, bu bütlər onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!” (Əl-Əhkaf , 5) Onların ölülərə duası boşa gedmışdır. İstəyini yerinə yetirməz və istənməyə mane olmaz. Bu, böyük şürkdir və bağışlanmayan bir günahdır. Allah Sübhanahu belə buyurur : “Allahadan başqa, sənə nə bir xeyr, nə də zərər verə bilən (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan” (Yunus, 106) Rəsulullah (s.ə.s) belə buyurur: “Dilədiyində Allahdan dilə, yardım istədiyində Allahdan istə!”

Allah, qulların Ona yalvarmaları olmazsa ibadətə dəyər verməz. Uca Allah belə buyurur: (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de ki: «Əgər ibadətiniz olmasa, Rəbbinizin yanında nə qədr-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə) əzab yaxanızdan əl çəkməyəcəkdir!» (əl Furqan surəsi, 77) Dua etmək, Allahın elçilərinin və seçilmiş qullarının sifətlərindəndir. «Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), rəğbət və qorxu ilə rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edərdilər. Onlar Bizə müti idilər.» (əl-Ənbiya surəsi, 90)
Dua, Allahın izniylə bəlaları və müsibətləri ortadan qaldırır. Əzabın və həlakın həyata keçməsinə mane olur. Dua möminin silahıdır. İstənilənin həyata keçməsi üçün duadan daha faydalı və daha təsirli bir şey yoxdur. O, bəlanın düşmənidir. Onu dəf edər. Həyata keçməsinin qarşısını alar, ya da başa gələrsə təsirini yüngülləşdirər. Ömər ibnul Xəttab (r.a) belə buyurmuşdu: «Mən duanın qəbul edilib edilməməsinin fikrini çəkmirəm. Mən dua edəməmənin fikrini çəkirəm. Mənə dua ilham edilincə cavab da mütləq onunla birlikdə olur.» Nemətlər onun kimi bir şeylə əldə edilməmiş, bəlalar onun kimi bir şeylə daha dəf edilməmişdir. Dua ilə qəmlər və kədərlər yox olur. Dua anında Allahın qula yaxın olması şərəf olaraq duaya kifayətdir.

Dua ilə nəfslər yüksəlir, gözlədikləri böyüyür və insanların əlinə baxmaqdan imtina edilir. Dua edənin dəyəri çoxdur və ona hörmət edilir. Dua edənin ixlası və istəyi artdıqca dua da cavaba o qədər layiq olur. Yəhya ibn Muaz belə buyurur : «Duada qəlbini tamamən Allaha verənin duası rədd edilməz.» Yediyini və içdiyini təmiz tut, şübhələrdən çəkin. Dua etmədən əvvəl saleh əməl işlə. Rəbbinə, qəlbində hiss edərək və yavaş bir səslə səslən. Zəkəriyyə əleyhissəlam Rəbbinə yavaş bir səslə səslənərək «Pərvərdigara! Mənə də öz tərəfindən pak övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!» dedi. Allah da onu Yəhya (ə.) ilə rizqləndirdi.
Dua edərkən və Rəbbinə alqış edərkən ən gözəl və ən seçkin sözlər seç. Fəzilətli vaxtların və saleh əməllərin işləndiyi halların ən dəyərlisini izlə. Dua etdiyində, duanda Rəbbindən israrla istə. Peyğəmbər (s.) «Sizdən biriniz dua etdiyində israrla istəsin» deyə buyurmuşdur.
Səcdədə olan, Rəbbinə daha yaxındır və istədiyi verilməyə daha layiqdir.
Ailən, nəfsin, malın və rizq qaynağın əleyhinə dua etməkdən qaçın. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: «Nəfisləriniz əleyhinə dua etməyin. Uşaqlarınız əleyhinə dua etməyin. Mallarınız əleyhinə dua etməyin. (Muslim.)
Azan və iqamə arasında edilən dua rədd edilməz. Atanın uşağa etdiyi dua qəbul edilir. Ey atalar! Uşaqlarınızın hidayəti, xöşbəxtliyinin davamı və fitnələrdən qorunması üçün uşağa dua edin. Müsəlmanın, müsəlman qardaşı üçün, arxasından etdiyi dua qəbuldur və mələklər bu dua üçün «amin» deyərlər. Ana-atasına qarşı yaxşı davrananın duası rədd edilməz. Cümə günündə də duanın məqbul olduğu bir vaxt vardır. Salehlərə əziyyət etmə və onları ələ salma. Çünki onların Allah qatında bir dəyəri vardır, duaları qəbul edilir. Allah, dostlarından bəhs etdiyi bir qudsi hədisdə belə buyurur: «Məndən istərsə ona istədiyini verərəm. Mənə sığınarsa onu qoruyaram.»
Allaha yalvaranı Allah qoruyar. Allah Təala belə buyurur : «(Bütlər yaxşıdır?) Yaxud əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul buyuran? (sizdən şəri sovuşduran)» (Ən-Nəml surəsi, 62)

Yunus (ə.) balığın qarnına atılır, dua ilə heç bir əziyyət çəkmədən oradan bayıra buraxılır. Peyğəmbər (s.) belə buyurmuşdur: «Balıq sahibinin (Yunus ə.) duası: «Səndən başqa ilah yoxdur. Sənin bütün nöqsanlardan uzaq sayıram. Mən zalımlardan oldum» idi. Müsəlman bir kimsə bu halda bu dua ilə dua edərsə mütləq duasına cavab verilir.» Bir başqa ləfzdə isə belə buyurur : «Darda olan bir kimsə bunu söylərsə Allah mütləq onu açığa çıxarar.» (Tirmizi)

Dua ilə vəziyyətlər dəyişir... Xəstə olan sağalar. Kasıblar zəngin olar və bədbəxt xoşbəxt olur. Bir dua ilə Allahın istədiyi xarıc, yer üzündə olanların hamısı suya qərq oldu. «Nuh dedi: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!» (Nuh surəsi, 26) Firon Musanın duası ilə həlak oldu. Musa belə dedi : «Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və var-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin. Ey Rəbbimiz! Onların var dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!» (Yunus, 88)

Ey zülmə uğrayan insan! Yollar bitib, qapılar üzünə qapanınca hər şeyə gücü yetən Allaha yönələrək göylərin qapısını döy. Çünki O, məzlumların və gücsüzlərin sığınağıdır.
Dua etməyə çalış! İbadəti Allaha xas et və duada Allahı birlə. Ömrünü qənimət bil. Dua ilə barəbər kimsə həlak olmayacaqdır. Xöşbəxt kimsə buna müvəffəq olandır. Məhrum kimsə isə ibadət ləzzətindən məhrum olan, ya da Allahın rəhmətindən ümidini kəsən kimsədir. a

Əlavə: 8729644.jpg (3.3 Kb)
 
MətnHəqiqətən həmd Allahadır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimə hidayət verirsə, onu yolundan azdıran yoxdur. Kimi də yolundan azdırırsa, ona hidayət verən yoxdur. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, O təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və rəsuludur.

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-13 saat 13:29
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » Dünya dinləri » İslam (Dua möminin silahıdır)
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...