๑۩۩๑ Made in BAAU ๑۩۩๑
Page 1 of 11
...:::BAAU Forum:::... » ..:::Xarici Dillər:::.. » Ərəb » Ərəb dili (Ərəb dili haqqında)
Ərəb dili
Administrator Tarix: Çərşənbə, 2010-Oktyabr-20, 09:32 | Sıra nömrəsi: 1

Yazıları: 71
Halaldır.
30
Ərəb dili haqqında ümumi məlumat
Ərəb dili oxşar dillər olan İbri, Arami, Amhari dilləri kimi Hami-Sami dillər ailəsinin Sami qoluna mənsub bir dildir. O, Ərəbistan yarımadasına məxsus bir dil olmaqla yanaşı, VII əsrdən etibarən İslamiyyətin intişarı ilə çox geniş bir coğrafiyaya yayılmış, İslam dininin mədəni təsiri ilə birlikdə müəyyən zaman içində Mərkəzi Asiya, Misir və Şimali Afrikanın yerli dillərindən üstün hala gələrək bu bölgələrin də dilinə çevrilmişdir.
Ərəb dili həmçinin, hələ islama qədərki dövrdə zəngin ədəbi irsin dili olmuş, islam imperiyasının inkişafı və genişlənməsi dövründə isə (VII-XII əsrlər) beynəlxalq akademik və elmi kommunikasiyanın aparıcı dili olmuşdur. Bu gün ərəb dili 20 müxtəlif ölkədə təxminən 350 milyon insanın doğma dili, həmçinin bütün dünyada 1 milyarddan artıq müsəlmanın ibadət dilidir.
Bundan əlavə, 1974-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının 6-cı rəsmi dilidir. Sami dil ailəsi Afro-Asiya və yaxud Hami-Sami dil qrupuna daxildir. Bu qrup Sami dillərindən əlavə, hamısı Şimali Afrikanın yerli dilləri olan 4 dil ailəsini əhatə edir:
1. Şimal qərbdə Tamazixt (bərbər) dili (Mərakeş, Mavritaniya, Əlcəzair, Tunis və Liviya)
2. Mərkəzi bölgələrdə Çad dili (Hausa dili də daxildir)
3. Qədim Misir və Qıpti dilləri
4. Şimal şərqdə Kuş dili (Somali və Afrika buynuzu) Sami dil ailəsi isə əsasən Şərqi, yəni Livanı və Ərəbistan yarımadasını əhatə edir. Ərəb, İbri, Arami (həmçinin, Suriya) və Amhari dilləri Sami qrupunun canlı dilləridir, Akkad (Assuriya və Babil), Kənani və Finikiya dilləri isə bu qrupun ölü dilləri hesab olunur. Ərəb ədəbi dilindən əlavə ən əsas ərəb dili ləhcələri bunlardır: Misir ərəbcəsi, Şami ərəbcə (Suriya, Livan, Fələstin və İordaniya), İraq ərəbcəsi, Körfəz ərəbcəsi, Hicaz ərəbcəsi, Nəcd ərəbcəsi, Yəmən ərəbcəsi və Şimali Afrika ərəbcəsi. Bundan əlavə Malta adasında danışıq dili olan malta dili də tərkibinə çoxlu sayda italyan və ingilis sözləri daxil edilmiş ərəb ləhcəsidir.
Ərəb dilində həm klassik, həm də müasir ərəb dili “ən bəlağətli dil” mənasını verən اللغة الفصحى (əl-luğatu-l fusha), və ya sadəcə الفصحى (əl-fusha) termini ilə ifadə olunur. Aralarındakı fərqi çatdırmaq üçün isə müasir ərəb dili üçün فصحى العصر (fusha əl-asr), klassik ərəb dili üçün isə فصحى التراث (fusha ət-turas) istilahlarından istifadə olunur.
 
Mətn

Müəllifi: - Administrator
Yazılma tarixi - 2010-Oktyabr-20 saat 09:32
Moonlight Tarix: Cümə, 2012-Avqust-03, 14:27 | Sıra nömrəsi: 2

Yazıları: 27
İşləyən
6
http://muslimbala.com/attachments/article/211/letterssuper.pdf

ereb dili elifbasi - pdf formatinda kitab

Life begins with a MOONLIGHT.Moonlight is the lover of the VAMPIRES...All of us are vamps-energy vamps.Only a vamp can love you FOREVER!
 
Mətnhttp://muslimbala.com/attachments/article/211/letterssuper.pdf

ereb dili elifbasi - pdf formatinda kitab

Müəllifi: - Moonlight
Yazılma tarixi - 2012-Avqust-03 saat 14:27
ADMIN Tarix: Şənbə, 2012-Avqust-04, 12:11 | Sıra nömrəsi: 3

Yazıları: 39
Admin
18
Zeynal, maraqli idi teshekkur edirem. Telefonda oxuyaraq bawa vurdum. Amma dillerin arasinda belkede en cetin olanidir arab dili. Belkede yazi formasi ve murekkeb qrammatik qurulushu dilcilerin bela bir qerar vernesine zemin yaradib:) Amma heqiqetende cox gozel dildi.
 
MətnZeynal, maraqli idi teshekkur edirem. Telefonda oxuyaraq bawa vurdum. Amma dillerin arasinda belkede en cetin olanidir arab dili. Belkede yazi formasi ve murekkeb qrammatik qurulushu dilcilerin bela bir qerar vernesine zemin yaradib:) Amma heqiqetende cox gozel dildi.

Müəllifi: - ADMIN
Yazılma tarixi - 2012-Avqust-04 saat 12:11
Administrator Tarix: Cümə, 2012-Avqust-10, 10:45 | Sıra nömrəsi: 4

Yazıları: 71
Halaldır.
30
Çox sağ olun uşaqla smile
 
MətnÇox sağ olun uşaqla smile

Müəllifi: - Administrator
Yazılma tarixi - 2012-Avqust-10 saat 10:45
...:::BAAU Forum:::... » ..:::Xarici Dillər:::.. » Ərəb » Ərəb dili (Ərəb dili haqqında)
Page 1 of 11
Search:
Yüklənir...