Münəccim Dəhşətli Praqnozlar Aciqlayıb | Ordan-Burdan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Münəccim Dəhşətli Praqnozlar Aciqlayıb Münəccim Dəhşətli Praqnozlar Aciqlayıb
Münəccim Dəhşətli Praqnozlar Aciqlayıb
4
“Obama andiçmədən əvvəl öldürüləcək, dünyada qiyamət qopacaq”

Amerikanın yeni seçilmiş prezidenti Barak Obamanın öldürüləcəyi haqda proqnozlara biri də əlavə olunub. Bu dəfə belə proqnozla məşhur amerikalı mormon kahini (“mormon” xristianlıqda təriqətlərdən biri olub əsasən Amerikada mövcuddur), özünü Peyğəmbər elan edən Leland Friborn çıxış edib. Üstəlik, o xəbərdarlıq edib ki, Obamaya sui-qəsddən sonra əsl qiyamət qopacaq.

“Los Angeles Times” qəzetinin yazdığına görə, ABŞ-da münəccimliyi ilə məşhur olan Friborn deyib ki, Obama andiçmə mərasimindən əvvəl ya öldürüləcək, ya da ağır yaralanacaq. Bunun ardından üsyanlar başlayacaq, Rusiya isə yaranmış qarışıqlıqdan istifadə edərək ABŞ-a nüvə zərbəsi endirəcək. “Bu yeni ildə əsl qiyamətə hazır olun”, - deyə o, tərəfdarlarına xəbərdarlıq edib. Friborn bildirib ki, Rusiyanın nüvə hücumu nəticəsində Amerikada 100 milyon adam öləcək. Onun Rusiyanın ABŞ-a nüvə bombası atacağı vaxtı özünün harada olacağını da bildirib: “Bu zaman mən Wal-Mart supermarketində alış-verişdə olacağam”. Bildirilir ki, Fribornun bu proqnozları amerikalıları qorxuya salıb. Hətta onun münəccimliyinə şübhə edənlər belə bu proqnozlardan qorxuya düşüblər.

Xatırladaq ki, Obamanın öldürüləcəyi haqda proqnozlar bundan əvvəl də məşhur adamların dilindən səslənib. Amerikanın xüsusi xidmət orqanları isə artıq bir neçə dəfə Obamaya sui-qəsd planlarının qarşısını alıblar. Qəzetin yazdığına görə, Friborn 12 yaşında olarkən atasının kiçik təyyarəsində 1975-ci ildə qəzaya düşüb. Ağır yaralanıb və 3 həftə komada qalıb. Ayılandan sonra o biri dünyadan qayıtdığını deyib. 66 yaşlı mormonun bu təriqətin qaydalarına uyğun olaraq çoxsaylı arvadları var, kilsə ilə yollarını ayırıb və uzun illər özünün peyğəmbərliyini sübut etmək üçün bütün pullarını xərcləyib. Hazırda Utah ştatında kiçik evdə yaşayır. Əvvəllər də Friborn bir çox hadisələrlə bağlı proqnozlar verib. Ancaq onun budəfəki proqnozu daha geniş əks-səda doğurub.



Yükləyib: Fatishka2008-Dekabr-19 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: X-GIrl #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
insaallah proqnozlari sehv cixar
Yazıb: Fatishka #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
eee ne bilim ee yene de her weyin en yaxwisini Allah bilir.sen de bal ayina wekiye gedersen ay nara hihihi smile
Yazıb: nara-576 #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
AYDAAAAAAAAAA NE DANISHIRSAN MEN BAL AYIMI MAYAMI'DE KE4IRMMEK ISTEIRDIM AXIII...EEEE.... AY FATYA ANDI4ME TEX DEIL HE4OLMAA BABA VANQA USTUORTULU DEMISHDI BU LAP ADAMIN BEYNIN KORLAYIR KI BU KIWI...
Yazıb: admiral-0111 #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
ALLAH bilen meslehetdi........INWALLAH sabitlik olar....AMIN
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 580-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar