ŞOK! 41 yaşlı qadın öləndən 2 gün sonra uşaq doğdu! ŞOK! 41 yaşlı qadın öləndən 2 gün sonra uşaq doğdu!
ŞOK! 41 yaşlı qadın öləndən 2 gün sonra uşaq doğdu!
2
Həkimlər 6 aylıq körpəni bir neçə saniyəlik artıq heç nə hiss etməyən anasının sinəsi üzərinə qoyublar
Böyük Britaniyada 41 yaşlı qadın ölümündən 2 gün sonra uşaq dünyaya gətirib. həkimlər fiqurlu konkisürmə üzrə keçmiş ölkə çempionu Ceyn Süleymanın beyninə qan sızması nəticəsində beyin ölümünü qeydə alıblar.
Qadın hamiləliyinin 25-ci həftəsində başındakı ağrılardan şikayət edib və qəflətən huşunu itirərək yerə yıxılıb. Onu dərhal Oksforddakı Con Redkliff klinikasına aparıblar. Həkimlər müəyyən ediblər ki, onun beyninə qan sızıb. Artıq qadını xilas etməyin mümkün olmadığını anlayan doktorlar uşağın həyatı uğrunda mübarizəyə başlayıblar.
Beyni ölən qadının ürək döyüntüsü iki gün ərzində süni şəkildə saxlanılıb. Bu müddət ərzində uşağın ciyərlərinin sərbəst nəfəs alması üçün qadının bədəninə yüksək dozada kortikosteroidlər yeridilib. Yanvarın 9-da 25 həftəlik uşaq (təxminən 6 aylıq) qeysər kəsiyi əməliyyatı vasitəsilə dünyaya göz açıb. Hazırda uşaq Redinqdəki Kral xəstəxanasında xüsusiləşdirilmiş intensiv terapiya şöbəsində saxlanılır. Həkimlər onun normal inkişaf etdiyini bildirirlər.
Ceyn Süleymanın 29 yaşlı həyat yoldaşı Mahmud Süleyman göz yaşlarını saxlaya bilməyib: “Ceynin yeganə arzusu ana olmaq idi. O, çox yaxşı ana olacaqdı”. Mahmud son ana qədər Ceynin yanında olub və süni nəfəsalma qurğularının onun bədənindən ayrıldığını görüb. Həkimlər 6 aylıq körpəni bir neçə saniyəlik artıq heç nə hiss etməyən anasının sinəsi üzərinə qoyublar və sonra atasının qucağına veriblər.
Qızlıq soyadı Kempbell olan Ceyn Süleyman 1989-cu ildə Böyük Britaniyanın fiqurlu konkisürmə üzrə çempion olub. Elə həmin il dünya çempionatında 7-ci yeri tutub. Böyük idmanı buraxandan sonra Abu-Dabidə məşqçi işləyib və elə oradaca gələcək həyat yoldaşı – misirli Mahmud Süleymanla tanış olub. Onlar 2007-ci ildə evləniblər. Ceyn toydan əvvəl İslamı qəbul edib.
Valideynləri oğlan doğulduğu təqdirdə onu Əli, qız doğulsa Meqqi adlandırmaq qərarına gəliblərmiş. İndi isə Mahmud fikrini dəyişib. O, faciədən sonra qızını Ayya Ceyn adlandırıb. Ayya ərəb dilində “möcüzə” deməkdir.
Ceyn Süleyman yanvarın 10-da Redinq şəhərinin məscidində dəfn edilib



Yükləyib: Fatishka2009-Yanvar-15 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: grace #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Cooox maraqlı ve möcüzeli bir hadisedir. dry Thanksss Fatya applause
Yazıb: Zolusqa #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Heyatda mocuzeler cox olur.Amma bu inanilmaz bir hadisedir.
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar