Müxtəlif edam növləri Müxtəlif edam növləri
Müxtəlif edam növləri
4
    
    Asaraq öldürmə:Bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır. Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür. İraqın keçmiş prezidenti Səddam Hüseyn və onun qardaşının asılaraq öldürülməsi isə video kadrlarla yayımlanmışdı. Asılmağa aparılan insanlar əvvəlcə ayaqyoluna aparılır, daha sonra isə gözləri bağlanılır (və ya başına qara torba keçirilir). Məhkumun başına qara torbanı ona görə keçirirlər ki, edam zamanı təzyiq nəticəsində yerindən çıxan göz gilələri görünməsin. Asma edamlarını həyata keçirən cəlladlar xüsusi �riyazi biliklərə� malik olurlar. Edam zamanı məhkumun boğazına keçirilən kəndirin uzunluğunun asılan bədənin çəkisinə nisbəti mütləq nəzərə alınmalıdır. Əks halda, məhkumun başı, Səddam Hüseynin qardaşında olduğu kimi, bədəndən qopa bilər.

     Güllələmə:Bu ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur. Bəzi ölkələrdə hərbi cinayətlər törədən, fərarilik edən hərbçilər əsgərlərin gözü önündə güllələnirlər. Uzun müddət Rumıniyaya rəhbərlik etmiş kommunist Nikolaye Çauşesku 1989-cu il dekabrın 25-də güllələnərək edam olunub. Güllələmə edamı adətən səhərə yaxın, günəş doğandan 30 dəqiqə və ya 1 saat sonra icra olunur.

    Boğma: Bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur.

    Tapdalama: Bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.

    Elektriklə öldürmə: Əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur və üzəri mis qapaqla bağlanır. Bu zaman da məhkumun gözlərini bağlayırlar. Yüksək gərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir.

    Baş kəsilməsi: Bu cəza növü əsasən Səudiyyə Ərəbistanında qüvvədədir. Səudiyyə Ərəbistanında baş kəsmə üzrə ixtisaslaşmış cəlladlar və dövlətin nəzdində cəllad hazırlayan xüsusi məktəblər mövcuddur. Bu ölkədə məhkumların başı adətən qılıncla kəsilir. Ölüm cəzası almış məhkumun əlləri və ayaqları arxadan bağlanır. Sifəti maskalı cəllad diz üstə oturdulan məhkumun boynunu bir qılınc zərbəsi ilə üzməlidir. Edam cəzası insanların gözü qarşısında icra olunur və bu zaman seyrçilər cəllad üçün pul toplayırlar. Baş kəsmə edamı 10 sentyabr 1977-ci ilədək Fransada gilyotin maşını ilə həyata keçirilib. Fransada 792-ci ildən tətbiq olunan gilyotin maşınında başı kəsilməklə edam olunan sonuncu məhkum Hamida Candoubi olub.

    İnyeksiya: Zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və s. ölkələrdə yerinə yetirilir. Məhkum xüsusi kresloya bağlanır. Kreslonun alt hissəsində yerləşən bir neçə iynə avtomatik sistemlə məhkumun onurğa beyninə yeridilir və iflic olan məhkum bir dəqiqə ərzində ölür.

    Daşqalaq: Bu cəza növü İran və Əfqanıstanda yerinə yetirilir. Əsasən zina işlətmiş insanlar, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu, hazırda dünyada ən ağır və əziyyətli ölüm sayılır.

Cənub-Şərqi Asiya ölkələrində məhkumların ilan və zəhərli əqrəb dolu otaqlara salınaraq, bəzi xalqlarda isə çarmıxa çəkilməklə öldürülməsi növləri də mövcuddur.
Öləndə də adam kimi ölək...



Yükləyib: Fatishka2009-Yanvar-23 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: Mikola #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
bu kranla asmag xowuma geldi
Yazıb: Zolusqa #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Maraqlidir!Oxumaga deyer.Herenin ozune gore maraq dairesi var.Xosum geldi.Xebere gore sag ol!
Yazıb: X-GIrl #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
maraqli xeberdi teshekkurler Fatya biggrin
Yazıb: Fatishka #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
cranky bilirem indi deyeceksiniz ki Fatyadan da manyak manyak xeberler cixir.Neyniyim mene bele xeberler daha maraqli gelir.
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 590-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar