30 Aprel 2009 Terroru Onları Bizdən Aldı 30 Aprel 2009 Terroru Onları Bizdən Aldı
30 Aprel 2009 Terroru Onları Bizdən Aldı
2

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və s... bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür...
Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalıydı. Elə akademiyanın rektoru Siyavuş Qarayev də həmİn gün öz ad gününü qeyd etməyə hazırlaşırdı. Amma 30 aprel günü akademiyanın 2-ci tədris binasında cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər güllələndi. Adi qatıq satandan tutmuş elmin yüksək dərəcəsinə çatmış professora qədər.. Ağıllarına belə gətirməzdilər ki, onların alın yazıları məhz bu yerdə qanla yazılıb, məhz bu gün onların adı ilə anılacaq.

Səhər tezdən Azərbaycan Dövlət Neft Aakademiyasının 2-ci korpusunun qarşısında nələrinsə baş verməsi barədə bizə ilk xəbər gəldi. Qaynar xəttimizə edilən zəngdən bildik ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən “Qaz neft mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi Akademiyanın 2-ci korpusunun qarşısında iki nəfər qan içində yerdə uzanıb. Dərhal operatorla birlikdə hadisə yerinə tələsdim. Yol boyu fikirləşirdim ki, yəqin tələbələr arasında yaranmış mübahisənin nəticəsi olaraq kimlərsə bıçaqlanıb. Amma binanın giriş pilləkənlərinə çatanda, gördüklərim məni şoka saldı.

Özümün, eləcə də bir çoxlarınızın ağlına gətirə bilmədiyi bir hadisə baş vermişdi. Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olmuşdu. Gözlənilməz hadisə Aakademiyada olanları təşvişə salmışdı. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını arxadan bağlayıb qatilin əlindən canını qurtarmaq üçün binanın pəncərələrindən boylanaraq qışqırıb kömək istəyirdi. Əli silahlının gözündən yayına bilən tələbə və müəllimlər çölə axışırdı. Böyük bir insan dalğasının arasından bir təhər keçib Akademiyaya girə bildim. Təhsil ocağının çöl pilləkənindən tutmuş yuxarı mərtəbələrinədək hər yer qan içində idi. Dəhlizdə yaralılar və cansız bədənlər var idi.

Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib…

Silahlı terrorçunun atdığı güllələr Akademiyanın müəllim və tələbələrinin əsasən baş və boyun nahiyəsindən dəymişdi. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi.

Hadisədən xəbər tutmuş polis və prokurorluq orqanlarının əməkdaşları, təcili tibbi yardım maşınları Akademiyaya səfərbər olmuşdular. Az keçmiş Akademiya xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındı. Snayperçi də hazır vəziyyətə gətirildi. Terrorçunun zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyata başlandı. Binanın 6-ci mərtəbəsində yerləşən auditoriyalardan birində gizlənən naməlum silahlı şəxs axtarılırdı. Bu vaxt ərzində isə güllə yarası almiş şəxslər binadan çıxarılırdı.

Elə aşağı mərtəbələrdə olan yaralılar binadan çıxarılan zaman məlum oldu ki, ələ keçəcəyini görən terrorçu 6-ci mərtəbədə baş nahiyəsindən bir dəfə atəş açmaqla özü-özünü öldürüb.

Gicgah nahiyəsindən aldığı güllə yarasından yerindəcə keçinən şəxsin 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu olduğu müəyyənləşdi. Fərda Qədirovun üzərindən isə “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürüldü. Təhlükə tam olaraq sovuşandan sonra isə Akademiyanın auditoriyalarında gizlənmiş tələbə və müəllim heyəti binadan evakuasiya olundu. Onlar hələ də nələrin baş verdiyni bilmirdilər. Yer göy qan içində, döşəmə və pilləkənlərdə uzanmış meyidlər…

Hadisədən xəbər tutan zərərçəkənlərin yaxınları paytaxtın xəstəxanalarına, meyidxanalara axışırdı. Bu arada Akademiyanın tələbələri isə xeyli qan itirmiş yaralıları həyata qaytarmaq üçün qan verirdilər...

Günortadan sonra isə terrorçu Fərda Qədirovun atdığı gülləyə cəmi 25 nəfərin tuş gəldiyi tam olaraq dəqiqləşdi. Onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, 12 -si dünyasını dəyişdi.

Məlum oldu ki, qanlı hadisə nəticəsində

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Və Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü

Öldürülüb…

Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu,
Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası
Hüseynli Zemfira Seyidi qızı,

Tələbələr

İsayev Kənan Tələt oğlu,
Suriya vətəndaşı olan Daas Muavviyya,
Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru,
Şirəliyev İlkin Azər oğlu,
Mustafayev Elşən Elbəyi oğlu,
Axundov Rəhman Sahib oğlu,
Cəmiyev Elvin Azər oğlu, 1989
Qurbanova Səbinə Əşrəf qızı,
Məmmədov Elşən Xanlar oğlu,
Cəfərov Bəxtiyar Aydın oğlu

Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.

Qanlı hadisə zamanı ölənlərin içərisində isə ali təhsilini bitirməyə hazırlaşan, o cümlədən Akademiyanın partalarında oturmağa yenicə alışmış tələbələr, müəllim və elmi işçilər, laboratoriya müdiri, professor, dosent və hətta qatıq satan bir xanım da olub.

Hadisə zamanı ən çox güllə Cabbarov Savalan Allahverdi oğluna dəyib. Savalan 129 saylı orta məktəbdə və fizika riyaziyyat liseyində təhsil aldıqdan sonra 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Qanlı hadisə günü Savalan terrorçuyla son anına qədər mübarizə aparıb.

Həmin zəngdən sonra Savalanın arxasınca çıxan iki qrup yoldaşı, həm də ən yaxın dostları Ayaz Bağırovla Taleh Məmmədov da Fərdanın atdığı güllələrə tuş gələrək can veriblər.

Talehi qara gələn tələbə Məmmədov Taleh Tariyel oğlu da hadisə zamanı dünyasını dəyişənlər sırasındadır. O, arzulayıb daxil olduğu ali təhsil ocağında qətlə yetirildi. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələndiyindən qanaxmanın qarşısını almaq mümkün olmayıb. Və bir neçə dəqiqədən sonra o keçinib. Kompüteri əla bilən Taleh kreditə aldığı noutbuku həmişə özüylə gəzdirirmiş. Elə həmin gün Talehin noutbuku da müəmmalı şəkildə Akademiyanin auditoriyasindan yoxa çıxıb.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında həyat öz axarı ilə davam edir. Artıq təhsil müəssisəsinin 2 -ci korpusunun giriş qapısında mühafizə xidməti yaradılıb, polis əməkdaşları keşik çəkir. Dərsə gələn tələbələrin tələbə biletləri yoxlanılır, şəxsiyyəti təsdiq olunmadan heç kim Neft Akademiyasının binasına buraxılmır. Hətta, birinci mərtəbədən tutmuş 6-ci mərtəbəyədək mühafizə kameraları da quraşdırılıb. Kaş ki, bu elə əvvəldən belə olaydı.
Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı, eləcə də mən. Mən bu dəhşətli faciəni demək olar ki, anbaan yaşadım. Allah bu anları bir də bizə yaşatmasın...




Yükləyib: Administrator2011-Aprel-30 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Administrator #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Allah rəhmət eləsin. ;(
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar