5 ildə 105 medal 5 ildə 105 medal
5 ildə 105 medal
1

21-23 sentyabr tarixlərində Bakıda daha bir beynəlxalq idman yarışı keçirildi. Paytaxtımızda ən böyük İdman Konsert Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi baş tutdu. Sayca 5-ci olan bu yarış həm də yubiley xarakteri daşıyırdı.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, güləş azarkeşləri ilk olaraq sərbəst güləşçilərin mübarizəsini izlədilər. Güləşçilərimiz ümumilikdə 9 medal qazandı, onlarda yalnız birinin əyarı qızıl idi. Qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində Hacı Əliyev finalda komanda yoldaşı Ağahüseyn Mustafayevi məğlub edərək qazandırdı. Ağahüseyn muvafiq olaraq gümüş medala sahib oldu. Digər gümüş medalları 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə və 66 kq çəkidə Emin Əzizov əldə edərkən Azər Paşayev (55 kq), Coşqun Əzimov (60 kq), Hacımurad Ömərov (66 kq), Aleksandr Qostiyev (74 kq) və Əli İsayev (120 kq) müvafiq olaraq bürünc medallara yiyələndilər. Beləliklə, Azərbaycan sərbəst güləşçiləri yarışları 1 qızıl, 3 gümüş və 5 bürünc medal olmaqla, ümumilikdə 9 medalla başa vurdular. Ötən illərdə isə, "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimiz ümumilikdə 35 medal qazanmışdı. Bunlardan 13-ü qızıl, 8-i gümüş, 14-ü isə bürünc olmuşdu.

Turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşuldu. Güləşçilərimiz günü ümumilikdə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurdular. Qızıl medalı yığmamıza Nadya Sementsova (67 kq) qazandırsa da Anjela Doroqan (51 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. 48 kq çəkidə Şəfəq Muradzadə və 59 kq çəkidə mübarizə aparan İrina Netreba isə bürünc medal əldə etdi. Beləliklə, qadın güləşçilərimiz yubiley xarakterli bu turniri 4 medalla tamamladılar. Buna qədər isə, qadın güləşçilər analoji turnirdə ümumilikdə 5 qızıl, 4 gümüş və 9 bürünc olmaqla 18 medal əldə etmişdilər. Qadın güləşçilərimiz yalnız 2010-cu il keçirilən turnirdə uğursuz çıxış edərək, turniri 1 bürünc medalla başa vurmuşdular.

Turnirin son günündə yunan-Roma güləşçilərinin çıxışı oldu. Güləşçilərimiz ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazandı. Günün maraq doğuran qarşılaşmaları isə 55 və 60 kq çəkidə final görüşləri oldu. Hər iki görüşdə Azərbaycan güləşçiləri ən güclünü müəyyən etməli oldu. Qızıl medalları komandamıza Orxan Əhmədov (55 kq), Kamran Məmmədov (60 kq) və Şalva Qadabadze (96 kq) qazandırdı. Onlar müvafiq olaraq final görüşündə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq) və Dayqoro Timonçini (96 kq) üzərində qələbəni təmin etdilər. Bürünc medalları isə 55 kq çəkidə Xurşud Babaşov, 66 kq çəkidə Rəsul Çunayev, 74 kq çəkidə Elvin Mürsəliyev və 84 kq çəki dərəcəsində Rafiq Hüseynov qazandı. Yunan-Roma güləşçilərimiz bu günə qədər keçirilən "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi yarışlarında ən uğurlu nəticə göstərdilər. Ötən illərdə isə yunan-Roma komandası 10 qızıl, 8 gümüş və 12 bürünc medal olmaqla 40 medal qazanmışdı.

Beləliklə, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirini final mərhələsinin sayca 5-ci olan yubiley xarakterli bu yarışı zamanı güləş yığmalarımız ümumilikdə 22 medal - 5 qızıl, 6 gümüş və 11 bürünc qazandı. Xatırladaq ki, güləşçilərimiz 2008-ci ildə də 22 medal qazanmışdı. 2009-cu ildə 20, 2010-cu ildə 15, 2011-ci ildə isə 26 medal qazanılmışdı. Bütün qazanılan medalların sayı 105-ə çatdı ki, bunlardan 33-ü qızıl, 26-sı gümüş, 46-sı isə bürüncdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az




Yükləyib: ADMIN2012-Sentyabr-24 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: KoNKi #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Halaldi sizlere
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 338-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar