ADNA tələbəsi Elmin Bədəlovun işi məhkəməyə təqdim edildi ADNA tələbəsi Elmin Bədəlovun işi məhkəməyə təqdim edildi
ADNA tələbəsi Elmin Bədəlovun işi məhkəməyə təqdim edildi
2
Yazdığı tənqidi məqaləyə görə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunan jurnalist Elmin Bədəlov dünən pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edib.
Bu barədə keçmiş tələbə Elmin Bədəlov özü məlumat verib. E.Bədəlov bildirir ki, dünən Nəsimi Rayon Məhkəməsinə işi təqdim edib: "Bir neçə gün idi ki, sənədləri toplayır və iddia ərizəsini hazırlayırdıq. Artıq ayın 17- də bütün sənədləri hazırladıqdan sonra Nəsimi Rayon Məhkəməsinə gedib işi təqdim etdim.

İddia ərizəsində hərəkətlərinə görə orqan Azərbaycan Dövlət Neft Akademiyası və ali məktəbin rektoru Siyavuş Qarayevdir. ADNA-nın rektoru Siyavuş Qarayevin 19 yanvar 2010-cu il tarixli əmrinin qanunsuz olduğunu bildirirəm. Mənə göstərilən təzyiqlərə görə ADNA rektorunun əmri ləğv edilməlidir.”

Qeyd edək ki, Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasında baş verən rüşvət halları ilə bağlı yazdığı yazısına görə akademiyadan xaric edilib. Jurnalistin hüquqlarını müdafiə etmək üçün təmin edilən vəkil Media Hüququ İnstitunundan Fariz Namazlıdır.

Xatırladaq ki, Elminin oxuduğu Neft mexanika fakültəsinin dekanı Qasım Məmmədov dekabrın 18 də (2009) telebe.az –a bildirmişdi ki, tələbənin universitetlə heç bir problemi yoxdur və onun təhsil almasına heç kəs mane olmur. "Mən məsələni araşdıraram, amma məndə olan məlumata görə, onun fakültə ilə heç bir anlaşılmazlığı yoxdur” deyə dekan bildirmişdi.

Maraqlı bir faktı da qeyd etmək yerinə düşərdi. Keçən il noyabrın 26-da Azərbaycan Dövlət Neft Akademiyasında "İtirilmiş hisslər” adlı tamaşa göstərilmişdi. Tamaşanın rejissoru isə həmin o Elmin Bədəlov idi. Qovulan tələbə tamaşada rol da ifa etmişdi. Narkomaniyaya qarşı təbliğat xarakterli tamaşa narkomanların ağrılı həyatlarından, onların düşdüyü zülümlərdən, narkotikin insan orqanizminə və cəmiyyətə gətirdiyi bəlalardan bəhs edirdi.

Material /Telebe.az/ saytından götürülüb




Yükləyib: ADMIN2010-Fevral-19 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Pis_Oglan #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Xebere gore sagol......... Amma bu rusvetden en cox sikayet eden ele rusvet verenlerin ozleridi... rusvet vermeyenler ise onsuzda rahatdilar.....
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar