Ağa Seyidəli Mir Abutalıb Oğlu Mirmövsümzadə | Bəşəriyyət | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Ağa Seyidəli Mir Abutalıb Oğlu Mirmövsümzadə Ağa Seyidəli Mir Abutalıb Oğlu Mirmövsümzadə
Ağa Seyidəli Mir Abutalıb Oğlu Mirmövsümzadə
3

Bismillahi-r-rəhmani-r-rəhim!
Xalq arasında Ətağa adı ilə məhşurlaşmış Ağa Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə hələ sağlığında əfsanəvi bir nüfuza malik olmuşdur. İnsanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarıb şəfa verən, səfa gətirən fitri istedad, ecazkar qabiliyyət sahibi kimi o, böyük nüfuz qazanmış, şöhrəti Azərbaycanın hüdudlarını aşıb uzaqlara yayılmışdır. İndinin özündə respublikamızda, Bakıda vaxtilə seyidi görmək nəsib olmuş, ona pənah gətirmiş, xeyir-duasını almış, onun şəfaverici əllərinin təmasını duymuş çoxsaylı şahidlər yaşayırlar. Minlərlə insan onun kəraməti sayəsində əlacsız sayılan azar-bezardan qurtulmuş, yüzlərlə sonsuz qadın nicat tapıb analıq səadətinə qovuşmuşdur. Camaat ona pənah gətirər, onun ilahi vegisinə inam bəsləyərdi. Cahan müharibəsi illərində oğulları, ərləri ölüm-dirim vuruşu aparan analar, gəlinlər Ətağanın ocağına üz tutur, axışır, əzizlərinin cəbhədən sağ-salamat qayıtması üçün ondan xeyir-dua diləyirdilər.
Təxminən altmış il əvvəl Ağa Seyid Əli altmış yeddi yaşında dünyasını dəyişdi. Minlərlə, on minlərlə insan yas tutdular, onun ruhuna rəhmət oxudular. Bugünədək seyidin son mənzilini, ömrünün əksər hissəsini keçirdiyi İçəri şəhərdəki ocağını ziyarət edən xalqın axını kəsilmir.
İnsanlar əvvəlki kimi onun müqəddəs ruhuna inam bəsləyir, səcdə qılır, türbəsinə, odasına qədəm qoyaraq, nəzir verir, öz dərdi-sərinə əlac tapılmasına ümid bəsləyir, onun mübarək ruhuna pənah gətirirlər.
İslamdan əvvəlki Ərəbistanda “seyid” adını qəbilə başçıları daşıyırdılar. Sonralar bu söz müsəlman aləmində fəxri məna kəsb etmiş və Məhəmməd peyğəmbərin nəslinə mənsub olanlar həmin titula layiq görülmüşlər.
Məlum olduğu kimi, “mir” nisbəsi “seyyid” nəslinə mənsubiyyəti göstərir. Mir Abutalıb Ağa Seyid Əli Mirmövsümzadənin soykökü üçüncü imam – Hüseynin atası Xəlifə əli ibn Abu Talıbın nəsli iləbağlıdır.
VI – VII əsrlərdə Məhəmməd peyğəmbərin əleyhdarları tərəfindən təqib olunan imam Həsən və imam Hüseyn törəmələri yaxın şərq ölkələrinə və daha uzaq yerlərə köçməli olmuşlar. Beləliklə də Ağa Seyid Əlinin əcdadları Azərbaycana gəlib çıxmışlar.
Mirmövsümzadələr nəsli imam Hüseyn soyunun bir qolu olaraq, seyid (ərəbcə “seyyid”) imam Həsən şəcərəsindən gələn qol isə “şərif” sayılırlar.
Seyid və şəriflər müsəlman cəmiyyətinin daha bir nüfuzlu təbəqəsini təşkil edirdilər. Onlar həmdə möminlər arasında mühüm nüfuza malik olub, indiyədək həmin nüfuzu qismən saxlayırlar. Bir çox şərq ölkələrində “seyid” anlayışı əvvəlki mənasını itirmiş və sadəcə “cənab” mənasında işlədilir. Eyni sözü “imam” kəlməsi haqqında da demək olar. Məlumdur ki, İslam tarixində on iki imam vardır. Möminlərin “imam” adlandırdığı digər şəxslər isə müxtəlif icma başçıları, islam hərəkatlarının, ölkələrinin öndərləridir. Onlar övliya sayılmasalar da, mühüm və əhəmiyyətli xidmətlərinə görə, ehtiram izharı olaraq, camaatın, xalqın ruhani rəhbərləri kimi imam adlandırılırlar. Hər bir məzhəbdə yaradana yaxın sayılan seçmə simalar var.Ağa Seyid Əli onların sırasındadır, Allah-təalanın vergisi qismət olmuş digər fövqəladə şəxsiyyətlər kimi, o da xüsusi keyfiyyətlərə malikdir. Məhəmməd Peyğəmbərə və on iki imam həzrətlərinə xas olan bu keyfiyyətlər “möcüzə”, digər müqəddəslərə - seyidlərə gəldikdə isə - “kəramət” adlandırılır.
Burada xüsusi vurğulamalıyıq ki, bütün xahişlərimizi, arzu və diləklərimizi biz Allaha ünvanlayırıq, ona qurbanlar veririk və pənah gətiririk. Seyidlər isə bir növ, Allahla bizim aramızda binaküzarlıq, vasitəçilik edir, bizim müraciətlərimizi ulu Tanrıya çatdırmaqda yardım göstərir. Və öz mübarək mehrini saldığı seyidlər tərəfindən insan diləklərini duyan Allah bu arzuları daha artıq həvəslə qəbul edir və kəramət göstərir.
Bu günədək alimlərdə, sadə, sıravi insanlar da Ağa Seyid Əlinin “mö’cüzətörətmək” qabiliyyətinin nə vaxt, necə, hansı şəkildə ilk dəfə üzə çıxmasını, təzahür etdiyini düşünürlər. Və heç kəs bu sualın cavabını tapmır, yəgin ki tapa da bilməyəcək, çünki Seyid qismətinə ulu Tanrının xüsusi kəraməti nəsib olmuş nadir şəxsiyyətlərdən idi. Ona görə də, Seyidin fitrətdən Allahın seçmə bəndəsi olmağını demək daha düzgün olardı. Ulu Tanrı ona cismani sağlıq verməsə də, izaholunmaz, sayılıb-sadalana bilməyəcək mənəvi, ruhani keyfiyyətlər bəxş etmişdir. İndi biz Ətağanın qüdrətli bioloji energetikasından, bəlkə də onun kosmik fəzalarla xüsusi, ruhani əlaqəsindən söz aça bilərik ki, bunlar da onun ülvi aləmlə, Pərvərdigarla ünsiyyətdə olmasına dəlalət edir.
Bu gün heç kəs, hətta seyidin sağ qalan qohumları da dəqiq deyə bilməz ki, filan vaxt, filan gün Ağa Seyid Əlidə hansısa fitri keyfiyyət təzahür etmişdir. Kimsə nə vaxtsa ilk dəfə olaraq ona pənah gətirmiş və arzusu gerçəkləşmiş, xahişi yerinə yetirilmiş. Daha sonra ikinci, üçüncü, onuncusu hüzuruna gəlmiş, Seyidin sorağı dildən dilə keçmiş, beləliklədə el içində yayılmışdı. Camaat arasında ondakı Allah vergisinə, Seyidin şəfa və nicat verəcəyinə inam yaranmışdır.

Əslində o, zahirən heç bir əməli iş, tədbir görməsə də, onunla ünsiyyət möcüzəvi nəticələrə gətirib çıxardırdı. Onun belə izaholunmaz, nadir keyfiyyətləri hələ 20-ci illərdə bəlli idi. Qeyd etdiyimiz kimi, Ağa Seyid Əli 1920-ci ildə İrandan qayıdandan sonra camaat yenidən onun ocağına ayaq açmışdı. Onun yeganə hərəkəti pənah gətirənlərin, çarə umanların başına əl qoymaqdan ibarət idi.
Ətağanın bəzi fövqəladə qabiliyyətlərini onun yaxınları xatırlayır......
....Seyidin yanına bir ana nitqi tutulmuş oğlan uşağı ilə gəlmişdi. Seyid əlinin uşağın başına qoyub işarələrlə başa saldı ki, qadın gedə bilər, hər şey yoluna düşəcək, uşağın dili açılacaq. Amma arvad yalvar-yaxar edib ki, bir gecəlik onun otağında qalmağa izn versinlər. Anaya nə qədər başa salmağa çalışdılar ki, belə ey rəva deyil, əl çəkmədi, təkid edib icazə aldı. Və üstündən bir neçə gün keçmiş uşaq dil açdı.....
....1943-cü il idi. Ağa gilə 3 rus dənizçisi gəlmişdi. Bakılı idilər. Amma nec. Gəlib çıxsalar yaxşıdır?! “Monolit deyilən binadan İçərişəhərdəki evədək.... dizləri üstə sürünə-sürünə!.. Xidmət etdikləri torpeda kateri düşmən bombasına tuş gəlib partlamışdı. Onlardan başqa bütün ekipaj məhv olmuşdu. Soyuq dəniz sularında vurnuxa-vurnuxa, canlarının hayında qalıb Seyidin adını çağıra-çağıra əhd etmişlər ki, sağ qalsalar bax beləcə, dizin-dizin sürünüb hüzuruna gələcəklər. Ağaya rus dənizçilərinin gəldiyini, necə gəldiyini xəbər verdikdə o, bir qədər çaşbaş qalmışdı. Axı onlar xristiandılar. Ağaya deyirlər ki, bakılıdırlar, onu çoxdan tanıyır, müqəddəs bilir və sitayiş edirlər. Ağa onları qəbul etməyə razılıq verir. Həyətə girən dənizçilər Seyidin əllərini öpürlər, o isə əlini başlarına qoyub xeyir-dua verir.....
..... Mən içəri şəhərdə anadan olmuşam, Ağanı kiçik yaşlarından tanımışam, 1947-ci ildə anam ağır xəstələndi, sonralar xərçəng mərəzini olduğunu bildik. Xəstələndiyi gündən başladım Seyidin həyətinə gedib ayaqlarını yumağa. Həmin suyun bir qismini bankaya töküb evə gətirirdim, anam da icirdi. Beləliklə iki ilə yaxın yaşadı və 37 yaşında rəhmətə getdi, həmin il Mirmövsüm Ağada dünyadan köçdü. Mən bu gün də əminəm ki, o ölməsəydi, anam da, dəhşətli xəstəliyə baxmayaraq, yaşayacaqdı. Ağa rəhmətə gedəndə, anamın vəfatında olduğundan az kədərlənmədik. Səhər-axşam evinə camaat axışırdı. Biz, uşaqlar da bu axına qarışıb Seyidlə vidalaşmağa can atırdıq......
Seyid haqqında köklü bakılı, rus qadını Raisa Qladışevanın səmimi təəsüratları da maraq doğurur. “Mən Yuxarı Dağüstü və Bir May küçələrinin kəsiçən yerdəki evdə anadan olmuşam. Sakinlərdən yeganə rus ailəsi biz idik, azərbaycanlı qonşularımız bizə yaxşı münasibət bəsləyirdilər, hamımız bir ailə kimi yaşayırdıq. Azərbaycanlı uşaqlarla ünsiyyətdə olaraq, dili də öyrəndim, hələ uşaqkən böyüklərin xüsusi ehtiramla dilə gətirdikləri müqəddəs Ətağanın adını eşitmişdim.Bir vacib mətləbi bildirəndə ya sözün gerçək olduğuna and içəndə “Ətağanın cəddi” deyərdik. Mən də rus qızı olaraq, anlayırdım ki, belə and vermişəmsə, heç vaxt yalan deməyə, bir pis iş görməyə cəhd edə bilmərəm. Bu böyük günah olardı, hamımızda inanırdıq – yalan deyənin başına hökmən bir bəla gələcək. Uşaqlıqda, yeniyetmə çağlarımda elə bilirdim ki, Ətağa canlı insan deyil, hansısa ilahi bir varlıq, müsəlman Tanrısıdır.... Onun qüdrətinə, qadirliyinə inanırdım, o, rəhmətə gedəndən sonra da ruhuna, adına bu günədək inam bəsləyirəm. Həyatımın çətin anlarında ona, bizim Mir Seyid Ağaya üz tutub dua edərdim. Allah ona rəhmət eləsin”.
Ətağanı ziyarət edənlərin heç yüzdə bir hissəsinin də xatirələrini burada gətirməyə acizik, onu görmək səadəti nəsib olmuş adamların adlarını saymaqla qurtarmaz. Bir həqiqət şəksizdir ki, onların hamısını o müqəddəs insana bəslənən inam birləşdirir. İnsanları Seyidə cəzb edən heç də fanatizm, habsısa bir mistik qüvvə deyil, onun həqiqi qüdrətinə həqiqi inam, fitrətdən, Tanrıdan gələn ecazkar, şəfaverici təsirinə bəslənən inam olmuşdur.
Ağa Seyid Əlinin valideynləri haqqında məlumat, demək olar ki, yox dərəcəsindədir. Atası –Mir Abu Talıb Ağa Seyid Əli Mirmövsünzadə, anası Xədicə xanım Mirqasımovanın təvəllüd və vəfat tarixləri məlum deyil. Hər ikisi Kərbəlada torpağa tapşırılmışlar. Onların altı evladı – Seyid Hüseynağa, Seyid Əlinin özü, Mirkazımağa, Səkinə, Fatmanisə və Züleyxa var idi.
Ağa Seyid Əlinin bacıları da bütün dini ayinlərə riayət etmiş, hər gün namaz qılarmışlar. Böyük qardaşı - Mirseyid Hüseyn Ağa (1878 – 80 – 1920) həm ilahiyyat,həm dünyəvi elmlər sahəsində fövqəladə bilik sahibi idi. Fizikanı, riyaziyyatı, astronomiyanı dərindən bilirdi. O, Hacı Zeynalabdin Tağıyev və Ağa Musa Nağıyevlə yaxından tanış olmuş, həmin mötəbər şəxsiyyətlər onun dəqiq elmlər sahəsində biliklərindən faydalanar, ondan müxtəlif məsləhətlər alardılar.
Kiçik qardaşı – Mirkazım Ağa (1886 – 1960) çox nikbin, həyatsevər, şənliyi xoşlayan, qonaqpərvər adam idi, avropasayağı tərzdə yaşayıb davranardı. Hətta onu zarafatla “Ağanın rus oğlu” adlandırardılar. Mirkazım Ağa uzun müddət Türkiyədə, sonrada Fransada yaşamışdır. Çox savadlı, məlumatlı idi, siyasətdən, ədəbiyyatdan, incəsənətdən söhbət aparmağı xoşlayar və bacarardı.

Seyidin anası Xədicə xanım Mirqasımovanın Mirələskər və Mirələrbər adlı iki qardaşı vardı. Onların övladları Respublikamızın dəyərli və görkəmli şəxsiyyətləri kimi tanınmışlar.
Bütün ailə üzvləri Mirmövsümzadə nəslinin dünyadan köçmüş parlaq nümayəndələrini yad edir, əlbətdə ki, indiyədək insanların ruhuna rəhmət oxuduqları, pənah gətirdikləri unudulmaz Ağa Seyid Əlinin xatirəsini əziz tuturlar.
Onun bacı nəvəsi Fuad Salayevin - əməkdar incəsənət xadimi, məhşur heykəltaraş – xatirələrindən : “Buzovnadakı bağda olan hadisə yaxşı yadımdadır. Nənəm öz otağında taxt üstə uzanıb “cüz” (ayrıca cildlənmiş Qurandan parçalar) oxuyurdu. Birdən kimsə ucadan “Ətağa gəldi, Ətağa gəldi” – deuə xəbər verdi. “ZİM” maşını yaxınlaşıb dayandı. Sürücü çıxıb dal qapını açdı, Ətağanı qucağına alıb həyətə apardı. Nənəm xəbəri eşidib qardaşını qarşıladı, Ağanı öz otağına aparmağı tapşırdı. Ağa ilə söhbət edib nənəm otaqdan çıxdı və sərəncam verdi ki, hamı tezliklə həm də mütləq uşaqlarla buraya yığışsın. Və həmin vaxt elə bir mərasim baçladı ki, indiyədək göz önündədir və ömrüm boyu unutmayacam. Hamı bir-bir təmkinlə otağa qədəm qoyurdu və nənəm hər kəsin adını deyib Seyidə təqdim edirdi. Məndə Ağaya yaxınlaşdım, nənəm onun əlini qaldırıb başıma qoydu. Mən indidə o əlin təmasını duyuram. Sonra əli üzülüb aşağı düşdü.
Mən elə zənn edirəm ki, həyatda nəyə nail olmuşamsa, bu Ağanın xeyir-duası sayəsindədir. O ki qaldı nənəmin bizi birbəbir onun hüzuruna gətirməsinə, burada onun qardışının kəramətinə, müqəddəsliyinə bəslədiyi dərin inamın ifadəsini görürəm – o istəyirdi ki, həmin gün biz hamımız bu savaba müyəssər olaq.”
Oktay Mirqasımov - əməkdar mədəniyyət xadimi, kinorejissor – “Azərbaycanda ən məhşur övliya, müqəddəs Ağa Seyid Əlinin qohumu olmaq səadəti qismətimə düşmüşdür. Mən onun dayı nəvəsiyəm. Bizim ailədə Ətağanın adı, xatirəsi əziz tutulur. İnsan ömrü, məlum olduğu kimi, başdan ayağa bir böyük təsadüfdür, və mənim ömrüm boyu Ətağanın ruhu mənə, bütün qohum-əqrabama kömək edir, yardım göstərir, bir-birimizi sanki vahid bir xətt üzərində istiqamətləndirir və bağlayır. Mən qəti bir inam bəsləyirəm ki, Ətağanın adıyla, yer üzündə və haqq dünyasında varlığıyla bağlı nə varsa, onu biz Tanrıdan verilən bir xariqə kimi qəbul etməliyik. Belə düşünürəm ki, onun ruhu insanları baladan, fəlakətdən qoruyur və çox ümid bəsləyirəm ki, onun o taydakı “yaddaşı”nda mənim də yerim var.
Məni bir şeylə heyrətləndirmək çətindir, lakin Prezident Heydər Əliyevin Mirmövsüm Ağanın türbəsinin ziyrət etməsini dərin mənalı, əlamətdar hadisə sayıram və hesab edirəm ki, bu təsadüf tədbir deyil. Heydər Əlirza oğlu üçün be çox vacib bir mənəvi əməl, ən başlıca proqramlarından biri - millətin mənəvi birləşməsinə yönəldilmiş bir aksiyadır. Mən onun müdrikliyinə səcdə qılıəram və əlbətdə ki, Heydər Əliyevin gənclik çağlarında Ətağa ocağını ziyarət etməsi barədə etirafı bizim hamımız üçün tamamilə yeni bir cəhəti açıqladı.”
O ki qaldı Seyid fenomeninin dərk edilməsinə,bu suala onundoğma və yaxın adamları, respublikamızın görkəmli alimləri cavab verirlər. Onların Seyid şəxsiyyətinin qeyri-adiliyini təsdiqləyən mülahizələri bizim üçün çox dəyərlidir.
Akademik Azad Mirzəcanzadə : “Mən həmişə “Ocaq”, “pir”, “seyid” anlayışlarına inanmışam və bunu heç vaxt gizlətməmişəm. 10-12 yaşım olanda mıni baş ağrıları incidirdi.Vaxtaşırı məni Ətağanın yanına aparırdılar və bu da kömək edirdi, çünki öz uşaq şüurumla mən ona inanırdım. Başlıcası odur ki, insan qəlbində bir inam olmalıdır, istər Allaha, peyğəmbərə,şeyxə, prezidentə, dağa, dənizə.... İnam vacibdir. Və bizim indiki əziyyətlərimizin ümdə səbəblərindən biri məhz inamsızlıqdır.”
Respublika EA-nın müxbir üzvü, professor Məmmədəmin Salayev: “Ətağa müqəddəs insan idi və ona müraciət edənlərdən heç kəs, heç vaxt ümidsiz və köməksiz qayıtmırdı. Xüsiylə qeyd etmək istəyirəm ki, Seyidə ən müxtəlif millətlərin nümayəndələri müraciət edirdilər. Onun evi nəzirlə dop-dolu idi, qapısının dəstəyindən, indiki kimi, sap, parça, geyim kəsikləri bağlanıb asılardı. Yəgin Ətağa fenomeni ondan ibarətdir ki, ona hər hansı xalqa mənsub olan insanlar inam bəsləyirdilər və yenə də hər şeyin təməlində inam durur.
Ətağanın böyük qardaşı Seyid Ağa Hüseyn də öngörənlik qabiliyyətinə malik idi və onun dedikləri düz çıxırdı.”
Azərbaycan xalq rəssamı Kamil Əliyev : “İlk gənclik çağlarından adamların Seyidə kütləvi şəkildə pənah gətirdikləri yadımdadır. Həm də bu heç də bir fanatik təzahürlər deyil, ürək istəyi, inam ehtiyacından irəli gəlirdi.

Onun əllərini öpərdilər, səcdə qılardılar, lakin bu kor-təbii sitayiş deyildi. Mən uşaqlıqda da, sonralarda, cəbhədəki ölüm-itimi görəndən sonra da eynilə belə edərdim. Mənim bacılarımın ərləri cəbhədə həlak olmuşdular. Bacılarım Ətağanın yanına gedib mənim üçün dua oxumağını, Allah amanına tapşırmağını xahiş etmişdlər, cəbhədən qayıdandan sonra mən Ətağaya daxilən ayrı cürə münasibət bəsləməyə başladım, onun dualarının Allah-taala tərəfindən eşidildiyinə görə sağ-salamat qaldığıma inandım.
Məncə, Ətağa fenomeni dərkedilməzdir. Bunun əsasında Tanrıdan ona bəxş edilən vergiyə insanların bpyük inamı durur.Mən Allahdan arzulayıram ki, bu inam əbədi olsun.”
Akademik Akif Əlizadə : Ağa Seyid Əli fenomeni onun fitrətindədir, bu fenomen anadan gəlmə onun varlığında, genlərində mövcud idi, hansılar ki peyğəmbərə yaxın olan imam Hüseyn kökündən gəlir. Ətağa, yəgin ki, müəyyən telepatik qabiliyyətə malik idi. Zənnimcə, onun varlığından hansısa fitri, bioloji enerji saçılırdı. Bu sözlə, bu fenomen, mənim fikrimcə, nə isə idrakımız yetməyən bir şeydir.Bunu yalnız Ağa ruhunun qüdrətinə bəslədiyimiz inam süzgəcindən keçirib qavramalıyıq. Axı bugünün özündə də, əlli il keçəndən sonra da, çoxları onun qəbrinəöz dərdi-səri, arzuları, diləklərilə gəlib təskinlik tapır, müsbət bir nəticə əldə edir. Fikrimcə, nadir bir insan olan Seyid şəxsiyyətinin mahiyyəti, cövhəri məhz bu sirayətedici qüvvədədir.”
Qeyri adi, müstəsna olan bir hadisə ya faktı fenomen adlandırırıq. Bu anlayış tam ölşüdə Ağa Seyid Əliyə şamil edilə bilər. Onun cismani həyatı da, ruhani varlığı da qeyri-adi, müstəsna bir olaydır. Seyidin fiziki səhhətini, cismani halını onun heyrətamiz vergisilə birbaşa uzlaşdırmaq düzgün olmazdı.Amma, bəlkə də ona kəm səhhət qismət edən Tanrı əvəzinə elə bir qabiliyyət vermişdir ki, bizlərə, adi bəndələrə, müyəssər olmur. Kim bilir, əks təqdirdə istəkli Seyidimix neçə illər pənah gətirdiyimiz, şəksiz inam bəslədiyimiz bir şəxsiyyət ola bilərdimi?! Bəlkə fiziki imkansızlığı, məhdudiyyəti onu daha dərin düşüncələrə, həyatın daha dərin qatlarına varmağa sövq etmiş, ulu hikmətləri açmağa, Yaradanla bizə məlum olmayan yollarla ünsiyyət tapmağa, həsb-hal etməyə imkan yaratmışdır? Axı Seyid misalında bir insana bizim nə ünyetən, gözümüz əhatə edən keçmişimizdə, nə də çağda. Günlərimizdətəsadüf olunur. Və bu da bir hikmətdir.
Ulu Tanrı belə bir istedadı, mənəvi qüdrəti yüz min, milyon bəndələrindən birinə qismət edir.
Və yüz iyirmi beş il bundan öncə Tanrı bir bəndəsini seçib bu səadəti bəxş etmiş, onunla ünsiyyətdə olmaq hüququnu, biçarə və binəvalara çarə qılmaq, onların övladlarına, əzizlərinə şəfa vermək, ağ günlərlərə qovuşdurmaq qüdrətini təltin etmişdir. Yəgin, Ağa Seyid Əli fenomeni də məhz bu alın yazısıyla bağlıdır. Çox güman ki, o izahedilməzdir. Qoy üləmalar bu sirr üzərində baş sındırmasınlar. Qoy o, nəsillər üçün həmişə açılmış bir sirr, dərkedilməz möcüzə kimi qalsın!
Həm də bu fenimenin açıqlanması bizə o qədər vacibdirmi?! Əsas odur ki, Ağa Seyid Əliyə bəslənən inam heç bir zaman tükənməyəcək, insanlar yenə də onun ruhuna pənah gətirəcək, onun sayəsində təskinlik, dəyanət, mənəvi qüdrət mənbəyi tapacaqlar. Necə ki altmış ildir tapırlar. İstəkli, əziz Seyidimiz həmişə insanlara həyan olacaq, yardım göstərəcək, çünki onun mənəvi qüdrəti, ülviyyətlə, Yaradanla bağlılığı əbədidir.




Yükləyib: Administrator2010-Aprel-14 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: wry_yikda #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Bele sheyleri deqiq bilmirsense copy paste eliyib yukleme!!!!!!!!!!!!!
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 580-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar