Ali məktəblərdə ilbəil artan təhsil haqları... Ali məktəblərdə ilbəil artan təhsil haqları...
Ali məktəblərdə ilbəil artan təhsil haqları...
4


Azərbaycan ali məktəblərinin hər birində təhsil haqları müxltəlifdir. Hər il də təhsil haqlarında artım müşahidə edilir. Universitetlərdə təhsil haqları nə qədər olmalıdır? Təhsil haqlarını kim müəyyənləşdirir?

"Ali məktəblərdə təhsil haqları 1000 manatı ötməməlidir”

"21-ci əsr Təhsil Mərkəzi”nin rəhbəri, təhsil məsələri üzrə ekspert Etibar Əliyev deyir ki, ali məktəb rəhbərləri təhsil haqlarını istədikləri kimi yüksəldirlər:
"Azərbaycan universitetlərində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirir. Ancaq bir sıra artımlar göstərir ki, burda müəyən dərəcədə qeyri-müəyyənliklər mövcuddur. Elə universitetlər var ki, təhsil haqları 3-4 dəfə qaldırılıb. Bura Azərbaycan Dillər Universitetini və özəl ali məktəbləri aid etmək olar. Son nəticə olaraq görünür ki, ali məktəb rəhbərləri öz səlahiyyətlərindən istifadə edərək istədikləri kimi təhsil haqqını yüksəldirlər. Ancaq mən indiki şəraitdə Azərbaycanda təhsil haqqının 10000 manat civarında olmasının tərəfdarıyam. Bunu müəyyən dərəcədə əsaslandırmaq mümükündür. Azərbaycan ali məktəblərində təhsilin keyfiyyəti qiymətləndirilməyib. Ali məktəblər akkreditasiya olunmayıb. Ali məktəblərin maddi-texniki bazası, infrastrukturu, kitabxanaları, yataqxanaları, İKT təminatı normal vəziyyətdə deyil. Ümumiyyətlə, təhsildə bu kimi mühüm amillərin olmaması göstərir ki, Azərbaycanda təhsil haqqı 1000 manatı ötməməlidir”.

"Universitetlərdə təhsil haqları təhsilin keyfiyyətinə xərclənmir”

"21-ci əsr Təhsil Mərkəzi”nin rəhbəri deyir ki, ödənişli təhsilin ilbəil artması ciddi narahatlıq doğuran faktdır: "Bu gün dövlət ali məktəblərində təhsilin 70%-i ödənişli, 30%-i ödənişsizdir. Başqa ciddi məsələ qeyd etdiyim kimi, təhsil haqlarının çox yüksək olması ilə bağlıdır. Azərbayacan Dillər Universitetində təhsil haqları 2500 manat, Bakı Dövlət Universitetinin bir sıra ixtisaslarında 1500 manatdan yuxarıdır. Özəl ali məktəblərdə isə 3500-4000 manata yaxın təhsil haqqı müəyyənləşdirilib. Əslində bu vəsaitlər təhsilin keyfiyyətinə xərclənmir. Azərbaycan Bolonya bəyannaməsinə daxil olub. Orada tələbə mobilliyi nəzərdə tutulur. Tələbə mobilliyi o deməkdir ki, bir tələbə hansısa bir fənnin kredit balını başqa bir ölkədə toplamaq hüququna malikdir. Sorğu keçirin, görün hansı universitet tələbələrin bu hüquqularını təmin edə bilib. Bu vəsaitlər bu məsələlərə xərclənmir”.

"Dövlət universitetlərində təhsil pulsuz olmalıdır”

Etibar Əliyevin fikrincə, Azərbaycanda minimum əmək haqqı aşağı olduğdan valideynlər təhsil haqlarını ödəyə bilmirlər. "Bu dünya praktikası ilə uyğunluq təşkil etmir. İnkişaf etmiş ölkələrdə tələbələrdən arayış tələb olunur ki, valideynlərinin qazandıqları gəlirlər imkan verirmi o təhsil haqqını ödəsin. Mümkün olmayanda universitetin köməkliyi ilə bir sıra kredit verən banklar vasitəsilə tələbələrə uzunmüddətli kiçik faizli kreditlər verirlər ki, onlar təhsillərini başa vura bilsinlər. Azərbaycan neft ölkəsidir. Dəfələrlə rəsmi şəkildə bəyan olunub ki, ümumi daxili məhsul inkişafına və artımına görə Azərbaycan öndə gedən ölkələrdən biridir. Ona görə də Azərbaycan dövlət ali müəssisələrində təhsil ödənişsiz olmalıdır. İlk növbədə bütün dünya ölkələrinin qarşısında təhsil siyasəti ilə bağlı iki əsas proritet məsələ var: təhsilin keyfiyyəti və bir də hamı üçün əlçatan olması. Təhsilin keyfiyyətinə ali məktəblər, dövlət cavabdehdir. Əlçatan olması üçün də ilk növbədə qabiliyyət nəzərdə tutmalıdır. Dünyada qəbul olunmuş bir tendensiya var. Birinci qabiliyyət, sonra maddi vəsait önə çəkilir. Çox təəssüflər olsun ki, bir sıra anomaliyalarla dolu olan bizim ölkəmizdə ilk növbədə təhsil haqqı, pul önə çəkilir. Hansı tələbə təhsil haqqını ödəmirsə, onu xaric edirllər. Onun təhsil göstəricilərinə baxmırlar. Universitet onlara güzəştə getmir”.

"Dövlət ali məktəblərində təhsil haqqına rektor müdaxilə edə bilməz”

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov bildirib ki, dövlət ali məktəblərində təhsil haqlarını Tarif Şurası müəyyən edir: "Dövlət ali məktəblərində təhsil haqları Tarif Şurası tərəfindən tənzimlənir.Ancaq özəl ali müəssisələrdə təhsil haqlarını həmin universitetlərin rəhbərliyi müəyyənləşdirir”.

Bakı Avrasiya Universitetinin tədris işləri üzrə prorektoru Nərgiz Həsənovanın sözlərinə görə, bu ali məktəbdə təhsil haqlarını universitetin Elmi Şurası müəyyən edir: "Təhsil haqları kalkulyasiya əsasında müəyyənləşir. Bu zaman tələbələrin xərcləri də nəzərə alınır”. Nərgiz Həsənova bildirib ki, Bakı Avrasiya Universitetlərində ödənişsiz təhsil alan yoxdur: "Əgər tələbə 600 balla universitetimizə daxil olarsa, o zaman pulsuz təhsil ala bilər. Ancaq indi bizdə ödənişsiz təhsil alan yoxdur. Biz təhsil haqları ilə bağlı sənədi təqdim edəndə aşağı-yuxarı hədləri qeyd edirik. Məsələn, keçən il təhsil haqqını 2500-3000 manat aralığında vermişdik”.
Nərgiz Həsənovanın sözlərinə görə, tələbələrə təhsil haqqının ödənilməsində müəyyən güzəştlər edirlər:
"Bizim universitetdə ödənişlə bağlı məcburiyyət sistemi yoxdur. Tələbələrə sırf təhsildəki uğuruna, bir də sosial vəziyyətinə görə güzəştlər edilir. Möhlət üçün müraciət edənlər də olur. Bu zaman onları da nəzərə alırıq. Artıq bizim universitetdə kredit sistemi tətbiq edilib. Tələbələr hissə-hissə ödənişlər edə bilərlər”. Təhsil haqlarının miqdarına gəlincə Nərgiz Həsənova Bakı Avrasiya Universitetində təhsil haqqının minimem 960 manat, maksimum isə 2500 manat olduğunu söyləyib.


Material telebe.az saytından götürülmüşdür!




Yükləyib: ADMIN2010-Aprel-12 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: ErasmuskA #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
bizde tehsil haqqi ele de yuksek deyil, amma imtahan haqqi ilden ile artir :)))
Yazıb: Pis_Oglan #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Meni 1 dene yandiran bu qeder tehsilhaqqinin qabaginda alinan jurnal puludu.... O qder pul veririk hele gurnalin uzunu uzlemeyede elave pul alirlar.....
Yazıb: Moonlight #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Az,1039 verirsen,hele buna da sukur ele! 3000olan fakulteler de var:)
Yazıb: CHARMING #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like!
ele duzzzzz dedin kiiiiiiii.ASxirda deyesen uni BAAU da qiymetleri 30.0000000000 olacaq
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar