Azərbaycan Dövlət Neft Akademiyasında Baş Vermiş Terror Aktı | Azərbaycan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Azərbaycan Dövlət Neft Akademiyasında Baş Vermiş Terror Aktı Azərbaycan Dövlət Neft Akademiyasında Baş Vermiş Terror Aktı
Azərbaycan Dövlət Neft Akademiyasında Baş Vermiş Terror Aktı
3


Terror Aktı Haqqında

Cümə axşamı, 9:30 AM 30 aprel 2009-cu il ......
Şahid ifadələri

Hücum edənlər neçə nəfər olub? Say haqda mübahisəli məlumatlar var. Ancaq «Assoşieyted Press» yazır ki, onun müxbirinin söhbətləşdiyi şahidlər bir adamdan danışıblar.
Şahid ifadələrinə görə, hücum edən alçaq boylu bir şəxs olub. Binanın içində qabağına kim çıxırdısa, başını nişan alırdı, birinci güllədən ölməyəni ikinci dəfə vururdu. Kimi vurduğuna isə fərq qoymurdu. İstər müəllim olsun ya tələbə və yaxud da xidmətçi.
«İnterfaks» yazır ki, həlak olanlar arasında onların əməkdaşı Anar Əzizovun Neft Akademiyasında müəllim işləyən anası da var.
«Assoşieyted Press» Neft Akademiyası haqda da məlumat verir. Vaxtilə Neft və Kimya İnstitutu adlanan bu Akademiyada Rusiyanın ən böyük neft şirkəti «Lukoyl»un prezidenti Vahid Ələkbərov, Anqola prezidenti Jose Eduardo dos Santos, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Stalin dövründə məxfi xidmətlərin rəhbəri Lavrenti Beriya təhsil alıblar.
Səhiyyə Nazirliyi terror zamanı ölənlərin yekun siyahısını açıqlayıb
Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində ölən şəxslərin tam siyahısı müəyyənləşib.
Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır:

1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı).


S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır.
S. Əliyevin sözlərinə görə, Azərbaycan Neft Akademiyası və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində dünyasının dəyişənlərin valideynlərinə, yaxınlarına təskinlik vermək məqsədilə hazırda nazirliyinin psixoloq briqadası fəaliyyət göstərir. Briqada sabah da fəaliyyət göstərəcək. Həmin briqada əhalini bu hadisə nəticəsində yaranmış təşvişdən xilas etməyə yardım edir. S. Əliyev nazirliyin yaralılar üçün qanvermə aksiyasının keçirilməsinə ehtiyacın olması barədə məlumatları da təkzib edib.



Yükləyib: Administrator2010-Aprel-30 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: CHARMING #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
allah sebr versin.allah gec tez bu iwde eli olanlarin cezasini verecek.
Yazıb: Pis_Oglan #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
AlLah olenlerin ailelerine sebr versin
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
NE DEMEK OLAR VALLAH,ALLAH OLENLERE REHMET ELESIN,ONLARIN AILELERINE ISE SEBR VERSIN..
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1000-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar