İntelsoft tərcüməçi — İntelsoft şirkəti tərəfindən yaradılmış, mətni rus dilindən azərbaycan dilinə avtomatik tərcümə etməyə imkan verən tərcümə sistemidir.
Bu sistem vasitəsi ilə siz tərcüməçiyə ehtiyac duymadan rus dilində olan mətni azərbaycan dilinə anlaşıqlı tərcümə edə bilərsiniz. Əgər siz tərcüməçisinizsə, professional tərcümə zamanı bu sistem sizə yardımçı ola bilər. Bu sistem vasitəsi ilə rus dili saytları, elektron dərslikləri, e-poçta gələn məktubları və digər lazımlı olan rus dilli mətinləri tərcümə edə bilərsiniz. Bu gün Azərbaycanın ən çox müraciət etdiyi informasiya məkanı rus dilində olduğundan bu sistemin insanlara çox böyük kömək edəcəyinə inanırıq.
Bu gün bu sistemin onlayn versiyası istifadəyə verilmişdir. TransLate.IntelSoft.Az saytına girməklə mətni tərcümə etmək olar. Sistemin onlayn versiyası pulsuzdur.
Sistemin onlayn versiyası 5000 simvoldan ibarət mətni tərcümə etməyə imkan verir. İntelsoft şirkəti tərəfindən sistem üzərindəki işlər davam etdirilir, onlayn versiya mütəmadi olaraq yenilənir. Hal-hazırda onlayn versiyadan əlavə, mətnlə işləmək üçün daha geniş imkanlara malik olan Windows, Mac OS X və Linux versiyaları (desktop) hazırlanır. Bu versiyaların noyabr ayının sonunda istifadəyə verilməsi planlaşdırılır.
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|