Bagira: Bagira:
Bagira: "Bütün Seks Partilərin "Ulduz"u Olmuşam."
6

“Ramal elə düşünür ki, məni aldatmaq olar...”

- Bagira, “Bəxt üzüyü”ndə Moşunun məşhur bir frazası var: “Sən əvvəldən beləydin, yoxsa...”
- Necə? Mən 15 yaşından səhnədəyəm.Əgər siz açıq-saçıq şəkillərdən danışırsınızsa, mən son 5 ildə açıq-saçıq şəkillər çəkdirməyə başlamışam.

- Əvvəllər harda idin?Hansı səhnələrdə çıxış edirdin?
- Mən adətən çox böyük səhnələrdə çıxış etmişəm.Bütün seks partilərin ulduzu olmuşam. Başqa müğənnilər necə mən olduğum məkanlarda çıxış edib indi ekran üzü görürsə, mən də eləcə! Mənim onlardan fərqli cəhətim odur ki, oriyental libasında kişilərin qucağında oturmamışam. Ən azından, əynimdə düyməli köynəyim olub və kişilərin qucağında oturmamışam.

- ...harda oturmusan?
- Mən kişilərlə ancaq dostluq münasibətində oluram. Yəni şou-biznesin kişiləri ilə.Belə də ki, məndən xoşu gələn insanlarla səviyyəli surətdə “ujin” eləmişəm.

- Başa düşdüm.Yəqin belə fərqli olduğuna görə səni gözü ***ürməyən müğənnilər də çoxdu...
- Məni gözü ***ürməyənlər çoxdur.Axı mən fərqliyəm.

- Bayaqdan fərqli olduğunu vurğulayırsan, amma sənin onlardan nə fərqin olduğunu hələ də anlaya bilməmişik.
- Birincisi, mən çox gözələm.İkincisi, məndə hər şey təbiidir.İndiyə kimi min dəfə əməliyyat olmamışam ki!Fiquram da fiquradır.İstəyəndə arıqlayıram, istəyəndə kökəlirəm. Hazırda 48 kiloyam.Özümə görə də balaca, həzin səsim var.

- Sənin dodaqların silikon deyil, bəyəm? Yoxsa, mən yaxşı görmürəm...
- Silikonu hamı edir, adi insanlar da...

- Yaxşı, niyə ekrana çıxmırsan?
- Bundan sonra məni tez-tez görəcəksiniz. Mən çıxdığım verilişlər reytinq verir. Axı mən Bagirayam.

- Bagira, indiyə qədər etdiklərindən peşmansan?
- Xeyr. Mən neyləmişəm ki, bəyəm?

- Bu sualı verdiyinə görə hələik heç nə.Bircə onu deyə bilərəm ki, indiyə qədər fotolarınla Azərbaycan xalqı səni ultramüayinə edib.
- Etsin də, kişinin malı göz qabağında olar.

- ?..
- ...(Gülür) Nə isə.

- Ramalla münasibətin necədir indi?
- Əvvəl Ramalla çox yaxın dost idik. Amma mən bilməzdim ki, o pula görə dostlarını dəyişər. Hazırda onunla münasibətim normaldır, lakin eşitdiyimə görə bəzi yerlərdə haqqımda danışır. O elə düşünür ki, Bagiradır da, onu aldatmaq olar. Amma bilmir ki, Bagira həmin Bagira deyil, çox dəyişib. Dostu ilə düşmənini ayıra bilir.

- Həyatında nə dəyişib ki? Özünə ciddi təbiətli sevgili tapmısan?
- Tapmamışam. Mən tapmıram, məni tapırlar. Belə də ki, niyə də ciddi təbiətli sevgili tapmayım, bəlkə ciddi təbiətli kişilərlə oturub-duran müğənnilərdən pisəm?

- Eşitdim nişanın qayıdıb?
- Bəli, qayıdıb. Mən qaytarmışam.

- Niyə?
- Aramızda bəzi anlaşılmazlıqlar oldu.

- Səni Aygün Kazımovaya yaman oxşadırlar.
- Bilə-bilə oxşatmıram. Neynim ki, Allah-təala məni Aygün Kazımovaya oxşar yaradıb.

- Mən səni oxşatmıram.Daha çox özünü bənzədirsən.
- Mən Aygündən çox Beyonsa bənzəyirəm.Hamı elə deyir.Türkiyədə kim görür, elə bilir başqa millətdənəm.

- Ərə getmək fikrin var?
- Var, əlbəttə. Bu yaxınlarda şok xəbər verəcəm.Mən şok yaratmağı bacaran xanımam. Bu dəfə də elə olacaq.Hamı biləcək ki, mən o Bağıra deyiləm.Min oyundan çıxan sənət adamları ərə gedirlər, ər də başlarına and içir, mən niyə getməyim ki?




Yükləyib: Administrator2010-Aprel-08 Çap Etmək
Şərhlərin sayı: 6
Yazıb: cavka #6 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
cox pisa
Yazıb: Tapdiq #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Ona bir-iki kəlmə söz deyərdim,heyif,arvad,uşaq var.
P.S. Zeynal,görürəm yerləşdirməyə mövzu tapmırsan.Topic qıtlığıdır.Sən ki,oxuyan uşağsan.Elmdən,təhsildən,texnologiyadan mövzu yerləşdir,5-10 kəlmə söz öyrənək,savadımız artsın.
Yazıb: angelka #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
birce onu biliremki cox hedden artiq cox ozunden razi weydi bu daniwigida hereketleride yeri yoxdu bunun ama yenede tewekkurler
Yazıb: wry_yikda #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Bu bambili kimdiye....ele xeberi qoyannan ferqi yoxdu :P
Yazıb: Moonlight #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
HMM...
Yazıb: Pis_Oglan #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
bu bagirani gorende kendimizin seher saat 6 da camish sagmaga geden qizlari yadima dusur......
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 590-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar