Bakı Avrasiya Universitetin Əsasnaməsi | Bakı Avrasiya | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Bakı Avrasiya Universitetin Əsasnaməsi Bakı Avrasiya Universitetin Əsasnaməsi
Bakı Avrasiya Universitetin Əsasnaməsi
3
1. Ümumi müddəalar.
1.1. Bakı Avrasiya Universitetinin (bundan sonra Universitet adlanacaq) Əsasnaməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.2006-cı il tarixli 264 saylı əmri ilə təsdiq olunmuş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.07.2007-ci il tarixli 914 saylı əmri ilə muvafiq dəyişikliklər edilmiş “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında müvəqqəti əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı, digər qanunvericilik aktları və öz Nizamnaməsi əsasında tərtib edilmişdir.
1.2. Universitetdə kredit sistemi onun Elmi Şurasının 15.09.2006-cı il tarixli qərarı (8 saylı protokol) ilə tətbiq edilmişdir.
1.3 Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
- tələbələr kredit sisteminin təşkili qaydaları ilə tanış olmalı;
- hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
- tələbənin fənn və müəllim seçimində müstəqilliyi;
- təhsil prosesinə tədris məsləhətçilərinin (tyutor) cəlb olunması və onların bu prosesdə hər tələbəyə köməkliyi;
- tədris prosesinin lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;
- tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

2. Universitetdə kredit sistemi əsasında tədrisin təşkili.
2.1. Tədrisin təşkili prinsipləri.
- Varislik prinsipi: Əski qiymətləndirmə sistemlərindən yeni (çoxballı) qiymətləndirmə sisteminə keçərkən varislik əlaqəsi qorunmalı və əsaslı məzmun islahatları aparılmalıdır.
- Sistemlilik prinsipi: Sistemli informasiya texnolojı bazanı yaratmaq üçün akademik qrupların kodları arasında qarşılıqlı əlaqə işlənib hazırlanmalı. Hər sistemə uyğun olaraq tədris planları və proqramları arasında üzvi əlaqənin yaradılması tələbələrin istiqamət (ixtisas) fənn seçimində azadlıq və məsuliyyətinin təmin edilməsi.
- Vəhdətlilik prinsipi: Tələbələrin tədris, elm, tərbiyə və praktik fəaliyyətləri üzvi vəhdətdə götürülür.
- Millilik prinsipi: Azərbaycan xalqının tarixini, dilini, mədəniyyətini, coğrafiyasını və s. əks etdirən fənlər tədris planına daxil edilir.
- Xarici dillərin üstünlük prinsipi: Peşə istiqamətindən asılı olmayaraq ümumi iki xarici dil tədris planına daxil edilməlidir.
- Funksional-struktur prinsipi: Tədris proqramları tərtib olunarkən ümumidən xüsusiyə yüksəlmə prinsipi əsas kimi götürülməlidir. Məcburi fənlər blokuna ümumi və xüsusi ixtisas fənləri ilə yanaşı dünyagörüşü, hüququn və iqtisadiyyatın əsaslarını özündə ehtiva edən fənlər də daxil edilməlidir. Tədris proqramlarının məzmunları yenilənməli, varislik əlaqələrini qorumaq şərti ilə müasirliyə üstünlük verilməlidir.

2.2. Universitetdə təhsil prosesinin tədris-metodiki təminatı.
2.1. İstiqamətlər (ixtisaslar) üzrə tələbələrin təhsili Dövlət Təhsil Standartlarına müvafiq kredit sisteminə uyğunlaşdırılmış tədris və fənn proqramları əsasında həyata keçirilir. Ayrı-ayrı istiqamətlərin (ixtisasların) təhsil müddəti Dövlət təhsil standartları ilə müəyyənləşdirilir. Hər bir tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Yay semestrində tələbənin götürdüyü kreditlərin sayı 8-i aşmamalıdır.
2.2. Kredit sistemində tədrisin təşkili ilə bağlı formalar tətbiq edilir (Formalar bu Əsasnaməyə əlavə olunur).
2.3 Kredit sistemində semestrlər uzrə auditoriya dərsləri 15 həftə müəyyən olunur. Tələbənin həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saatı aşmamalıdır. Tədris proqramında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata (15 saat auditoriya və 15 saat auditoriyadankənar) bərabərdir.
2.4. Buraxılış işlərinin hazırlanmasına və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə iki kreditə bərabərdir.
2.5. Tələbəyə hər semestrdə 30 kreditə qədər fənnlərin tədrisi muəyyənləşdirilir. Bundan əlavə, tələbəyə hər semestrdə (birinci tədris ili istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir.
Tələbələrə yuxarıdan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan (kəsiri qalan tələbələr üçün) fənlər seçmək hüququ verilir.
Əlavə (yuxarıdan) fənlər almaq hüqüquna yalnız əvvəlki ildə akademik borcu olmayan və
bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdirlər.
2.6 Tədris proqramında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölunur:
A) məcburi və ardıcıl öyrənilən fənlər qrupu;
B) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrupu;
C) tələbələrin oz seçimi əsasında öyrənilən fənlər qrupu;
2.6.1. Bu qruplara baza təhsil proqramlarına daxil olan bütün fənn bölumlərindəki fənlər
daxil edilə bilər.
2.6.2. «A», «B» və «C» fənn qrupları arasında dərs yukunun mütənasibliyi hər bir istiqamət (ixtisas) üzrə Dovlət Təhsil Standartlarının tələbləri gözlənilməklə ali məktəbin Elmi Şurası tərəfindən müəyyən olunur.
2.6.3. «A» qrupunun fənləri tələbənin kursunun, tədris birləşmə və qruplarının müəyyənləşdirilməsində əsas rol oynayır.
2.7. Kredit sistemi tətbiq olunan yaxın istiqamətlər (ixtisas) üzrə tədris proqramları hazırlanarkən onların maksimum şəkildə unifikasiyasına nail olunmalıdır.
2.8. Universitet tədris prosesini elə təşkil etməlidir ki, tələbəyə təhsil muddətində tədris planında muəyyən olunmuş krediti qazanmasına şərait yaradılsın.
2.9. Universitetdə tələbələrin fərdi tədris planlarının hazırlanması qaydaları:
2.9.1. Hər tədris ili üçün tələbələrin fərdi tədris planları hazırlanır. Tələbələrin fərdi tədris planları müəyyən olunmuş forma uzrə onların özləri tərəfindən tərtib olunur. Bu zaman tədris məsləhətcisinin (tyutor) köməyindən də istifadə oluna bilər. Tələbələrin fərdi tədris planları tərtib edilərkən ali məktəb tələbələrə həm fənn, həm də yüksək ixtisaslı muəllimlərin seçilməsində öz təkliflərini verir (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə). Həmin planlar mövcud qaydalara uyğun tərtib edilir. Onların bir nusxəsi tələbədə, bir nusxəsi (və ya elektron versiyası) isə fakültədə saxlanılır. Tələbələrin fərdi planları tərtib olunarkən nəzərə alınmalıdır ki, kreditlərin sayı semestr ərzində 38-i aşmamalıdır. Müəllimlərin illik dərs yükünün hesablanması üçün tutulan işci tədris proqramı istiqamətlər (ixtisaslar) üzrə illik işçi tədris proqramlarının və tələbələrin fərdi planlarının təhlili əsasında hazırlanır.
2.9.2. birinci kursa qəbul olunan tələbələr üçün fakultə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-na qədər həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində tələbələr istiqamətin (ixtisasın) tədris planı əsasında öz fərdi tədris planını hazırlayır, lazımi hallarda dekan və dekan müavini ilə bu barədə məsləhətləşmələr aparır, onu imzalayır, tarix qoyur və 25 iyun-10 iyul tarixə qədər fakültəyə təqdim edir. Bu tədris planlarına tələbə növbəti tədris ilinin sentyabrın 10-na qədər öz düzəlişlərini edə bilər.
- fərdi tədris planında sonradan dəyişiklik aparılmasına icazə verilmir. Yalnız payız semestrində akademik borcu qalanlar qış tətilinin ilk həftəsində fərdi tədris planlarında müvafiq düzəlişlər edə bilərlər.
- fənnin tədrisi butun növlər uzrə (mühazirə, məşğələ, seminar, laboratoriya dərsləri və s.) müəyyən istisnalar olmaqla eyni bir müəllim tərəfindən aparılır. Dil dərslərinin tədrisi zamanı qruplarda tələbələrin sayı mövcud normativlərə uyğun müəyyənləşdirilir və bu işə müstəsna hallarda assistent müəllimlər də cəlb oluna bilərlər.
- Universitet hər bir fənnin tədrisinə başlanması üçün mövcud normalar gözlənilməklə qrupda tələbələrin sayı 5 və ondan artıq olduğu halda qrup açılmalıdır.
Əgər hər hansı bir fənn üçün tələbələrin sayı yuxarıda qeyd olunan normaları ödəməzsə, həmin fənn işci tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi planlarında müvafiq dəyişikliklər aparır və bu haqda dekanlığa məlumat verir.
- bir muəllimi seçənlərin sayı müəyyən olunmuş maksimum həddən çox olarsa Universitet bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edilir. Tələbələr qruplar üzrə siyahının ardıcıllığına görə bölunurlər. Bu qruplar təşkil olunarkən tələbələrin fərdi tədris planlarına müvafiq olaraq müxtəlif kurslarda təhsil alan tələbələr daxil edilə bilər.
- növbəti tədris ilində tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etməyibsə, onun növbəti kursda təhsili Universitet üzrə həmin kurs üçün qəbul olunmuş işçi tədris planına uyğun müəyyən edilir.
- Universitet növbəti tədris ili üçün işçi tədris planlarını və dərs cədvəlini tələbələrin fərdi tədris planlarının təhlili nəticəsində tərtib edir.

3. Tədrisin idarə olunması.
3.1. Tədrisin idarə olunmasında iştirak edən subyektlər: prorektor, departament rəhbərləri, fakültə dekanları və onların müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər əməkdaşlar.
3.2. Prorektor Tədrisin təşkili və idarəolunması üçün departamentlər, fakültələr, kafedralar arasında koordinasiya və subordinasiya əlaqələrinin yaradılmasını təmin edir, kredit sisteminin tələblərinə uyğun fəaliyyət mexanizmini işləyib hazırlayır və onların fəaliyyətlərinə birbaşa nəzarət funksiyasını həyata keçirir.
3.3. Tədrisin təşkili və təlim texnologiyaları departamentinin rəhbəri, Tədris işinin təşkili və Təlim texnologiyaları şöbələrinin, fakültə və kafedraların fəaliyyətlərinə birbaşa rəhbərlik edir, onların fəaliyyətlərinə nəzarət etməklə yanaşı, məsuliyyət daşıyır. Tabeçiliyində olan şöbələrə, fakültələrə, kafedralara əməkdaşların təyin olunması barədə təqdimat verir. Professor-müəllimlərin reytinqini müəyyənləşdirmək üçün sosioloji araşdırmalar aparır və onun nəticələrinə görə əməkdaşların aylar üzrə diferensial əmək haqqının müəyyənləşdirilməsi haqqında prorektora təqdimat verir. Maliyyə və təsərrüfat işinin təşkili departamenti ilə birgə tələbələrin ixtisasdaxili fənlər üzrə kredit dəyərini müəyyənləşdirir və onun ödənişinin yerinə yetirilməsini təmin edir. Öz fəaliyyətində rektor, prorektorun əmr və sərəncamlarını birbaşa, vaxtında yerinə yetirir .
3.4. Elm, xarici əlaqələr və metodiki işin təşkili departamentinin rəhbəri Doktorantura və Magistratura, Elmi-tədqiqat və metodiki işlərin təşkili və Xarici əlaqələrin təşkili şöbələrinə rəhbərlik edir, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, həmçinin onların müxtəlif olimpiadalarda, müsabiqələrdə iştirakını təmin edir, onların beynəlxalq əlaqələrinin qurulması mexanizmini verir, asudə vaxtlarında sərbəst işlə məşğul olmaq üçün müxtəlif dərnəklər yaradır, Universitetdəki ixtisaslar üzrə aparıcı mütəxəssislərin tələbələrlə mütəmadi görüşlərini təşkil edir və tədbirlər planını hazırlayır. Bununla yanaşı, ixtisaslara daxil olan fənn proqramlarının, sillabusların, test tapşırıqlarının, imtahan biletlərinin hazırlanması işinə rəhbərlik etməklə yanaşı, onun ilkin ekspertizasını aparır və Tədris Metodiki Şuraya təqdim edir. Öz fəaliyyətində rektor, prorektorun əmr və sərəncamlarını birbaşa, vaxtında yerinə yetirir .
3.5. Kadr işinin təşkili və informasiya təminatı departamentinin rəhbəri Kadr və ümumi işlərin təşkili və Informasiya və kitabxana işinin təşkili şöbələrinə rəhbərlik edir, tələbələrin kitablarla təminatına cavabdehlik daşıyır, onların informasiya təminatını təmin edir, sorğularına operativ cavab verir. Universitet əməkdaş və tələbələri haqqında informasiya verilənlər bazası və bankının yaraılmasını, funksiyalaşmasını təmin edir. Tələbələrin və əməkdaşların ərizə və şikayətlərinin baxılmasının operativliyini təmin edir. Tədris prosesində iştirak edən professor-müəllimlərin təyinatında yaxından iştirak edir, təkliflərini verir, onların nizam-intizamına nəzarət edir. Kredit sisteminin pozitiv funksiyalaşması üçün innovasiya üsullarının işlənib hazırlanmasını təmin edir və tətbiqi haqqında Tədrisin təşkili və təlim texnologiyaları departamentinə rəylər təklif edir. Öz fəaliyyətində rektor, prorektorun əmr və sərəncamlarını birbaşa, vaxtında yerinə yetirir .
3.6. Maliyyə və təsərrüfat işlərinin təşkili departamentinin rəhbəri tələbələrin tədris və elmi, həmçinin tədrislə bağlı olan struktur bölmələrin maddi-texniki, təsərrüfat fəaliyyətini tənzimləyir.
3.7. Fakültə dekanları aidiyyatı kafedraların fəaliyyətlərinə nəzarət edir, tələbə elmi cəmiyyətləri və Həmkarlar Təşkilatlarının işlərinə rəhbərlik etməklə birbaşa onların tədris-metodiki, elm-metodiki vəsaitlərlə təmin olunmasını təşkil edir. Tələbələrin fərdi tədris planlarının, dərs cədvəllərinin qurulmasını, tələbə-müəllim münasibətlərinin stimullaşmasını təmin edir və buna görə məsuliyyət daşıyır. Tələbələrin tədrisin keyfiyyətini qaldırmaq üçün innovasiya üsullarının tətbiqini təmin edir. Bir aydan gec olmamaq şərtilə hər ay Tədrisin təşkili və təlim texnologiyaları departamentinə hesabatlar verir. Professor-müəllim heyətinin seçilib yerləşdirilməsində yaxından iştirak edir. Öz fəaliyyətində rektor, prorektor, Tədrisin təşkili və təlim texnologiyaları departamentinin rəhbərinin və onun müavininin əmr, sərəncam və göstərişlərini birbaşa, vaxtında yerinə yetirir .
3.8. Kafedra müdirləri aidiyyatı istiqamət (ixtisas) uzrə aşağıdakıların hazırlanmasını təşkil edir:
- bütün fənlər üzrə proqramlar;
- bütün fənlər üzrə test tapşırıqları (minimum 300 test);
- imtahan biletləri;
- sərbəst işlərin mövzuları;
- dərslik və dərs vəsaitləri;
- hər bir fənn üzrə tələbələrə mühazirə mətnləri, seminar məşğələlərin planları, dərslərin icmalları və s.;
- tələbənin biliyinə nəzarət üçün materiallar (yazılı yoxlama işləri, testlər və onların elektron versiyaları, hər bir fənn uzrə imtahan biletləri);
- təcrübə işləri üçün materiallar (təcrubənin aparılması üçün plan və proqramlar, hesabatların hazırlanma forması).

4. Kredit sistemi üzrə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi.

4.1. Biliyin qiymətləndirilməsinin çoxballı sistemi tələbələrin tədris fəaliyyəti nəticəsində fənnin öyrənilməsində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni mexanizmidir. Bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin aşağıda göstərilən əsas istiqamətlərini əhatə edir:
- Mühazirə, seminar (məşğələ), laboratoriya dərslərinə davamiyyətini;
- Seminar (məşğələ) dərslərində müxtəlif formalı yoxlamalar (frontal sorğular kollokviumlar, praktiki məsələlərin həlli və s.) əsasında bilik səviyyəsinin qiymətləndirilməsini;
- laboratoriya işlərinin yerinə yetirilməsini;
- kurs işinin (layihəsi) yazılmasının mövcud standartlara uyğun tərtibi və onların müdafiəsini;
- təcrübələrin nəticələrini;
- fənlər üzrə imtahanların nəticələrini;
- buraxılış işlərinin müdafiəsini və buraxılış dövlət imtahanın nəticəsini;
Tələbənin fənn uzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:
- 50 bal imtahanın nəticəsinə görə;
- 10 bal dərslərə davamiyyətinə görə;
- 10 bal tələbənin laboratoriya dərslərinin nəticələrinə görə;
- 10 bal seminar məşğələlərinin nəticələrinə görə; (SN+MM)/2
- 10 bal kurs işinin və sərbəst işin hazırlanmasına və müdafiəsinə görə;
- 10 bal aralıq imtahanların və şifahi imtahanların nəticələrinə görə. ((K1+K2+K3)/3+Şn)/2
Qrup jurnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata «q/b» sorğulara cavab verənlərə muvafiq «bal» dərsdə iştirak edən lakin qiymət almayanlara isə «i/e» yazılmalıdır.
Konkret fənn uzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
- 51 baldan aşağı - «qeyri-kafi»; - F
- 51-60 bal - «qənaətbəxş» - E
- 61-70 - «kafi» - D
- 71-80 - «yaxşı» - C
- 81-90 - «cox yaxşı» - B
- 91-100 - «əla» - A
İmtahan vərəqələrində tələbələrin qiymət kitabcalarında, diplomlara əlavələrdə və digər sənədəlrdə tələbələrin fənlər uzrə qazandıqları ballar və onların hərf işarələri qeyd olunmalıdır. Tələbənin biliyinin qiymətləndirilməsi üçün imtahanlar bir qayda olaraq yazılı şəkildə, şifahi və kompüter vasitəsilə aparılır. Fənni tədris edən muəllim tələbələrə ilk gundən çoxballı sistemin əhəmiyyətini, onların tədris fəaliyyətinin muxtəlif novlərinin hansı ballarla qiymətləndirilməsini, imtahanların aparılma qaydasını izah etməlidir.

Doktoranturaların yaradılması və doktoranturaya qəbul
qaydaları haqqında
ƏSASNAMƏ

1. Ümumi müddəalar.

1.1. Bu Əsasnamə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan
Respublikası NK-nın 01.07.2010-cu il tarixli 129 saylı “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” haqqında qərarı, Bakı Avrasiya Universitetinin (bundan sonra Universitetin) Nizamnaməsin əsasında hazırlanmışdır. Universitetdə doktoranturanın yaradılmasına qoyulan tələblər və doktoranturaya qəbul qaydaları müəyyən edilmişdir.
1.2. Universitetdə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin
ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi
dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə
başa çatır.
1.3. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.
1.4. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan
ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
1.5. Doktorantura təhsilini həyata keçirən Universitet elmi və elmi-pedaqoji kadr hazırlığını
dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.
1.6. Doktoranturada təhsil dövlət hesabına sifarişli və (və ya) ödənişli əsaslarla həyata
keçirilir.
1.7. Universitetdə fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il,
qiyabi 4 il, dissertantlıq yolu ilə isə 4 ildir.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il,
dissertantlıq yolu ilə 5 ildir.
Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
1.8. Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları Universitetin sifarişi
əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan
Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri
əsasında təsdiq edilir.
1.9. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara Universitetin
müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir.
1.10. Universitetdə doktoranturaya elmi-metodik fəaliyyətinə rəhbərliyi və nəzarəti
Magistratura və Doktorantura şöbəsi həyata keçirir.

2. Universitetdə Doktoranturnın yaradılması.

2.1. Doktoranturaların yaradılması haqqında vəsatət Universitetin sifarişi əsasında
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunur,
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin
rəyləri əsasında təsdiq edilir.
2.2. Vəsatətə Universitetin Elmi şurasının qərarı əlavə olunur. Qərarda doktorantura təhsili
üçün nəzərdə tutulan ixtisasların siyahısı və müvafiq elmi potensialın mövcudluğu göstərilir.
2.3. Universitet doktoranturanın yaradılması üçün mövcud elmi potensial, elm və innovasiya
sahəsində əldə etdikləri göstəricilər haqqında məlumatları bu Əsasnamənin 2.1. bəndində
göstərilən hökumət qurumlarına təqdim edir.
2.4. Universitetin elmi potensialının müəyyənləşdirilməsi üçün aşağıdakı məlumatlar təqdim
edilir:

- təşkilati-hüquqi statusu və əsas elmi istiqamətlərini əks etdirən ümumi məlumat;
- elmi və elmi-pedaqoji kadr potensialı haqqında məlumat;
- fundamental tədqiqatların səviyyəsi və prioritet istiqamətləri üzrə əldə olunmuş son nailiyyətlər
haqqında məlumat;
- dövlət proqramlarının həyata keçirilməsində iştirak haqqında məlumat;
- maddi-texniki baza (humanitar profilli sahələr üçün kitabxanalar, xüsusi fondlar, arxivlər və s.)
haqqında məlumat;
- dərc olunmuş elmi işlər, alınmış patentlər, elmi və texnoloji işləmələr, təşkil olunmuş
beynəlxalq və milli tədbirlər, həyata keçirilmiş proqram və layihələr, innovasiya sahəsində
fəaliyyətin nəticələri haqqında məlumat;
- təhsilin bütün pillələri üçün nəşr olunmuş dərs vəsaitləri, digər təşkilatlarla birgə həyata
keçirilən proqram və layihələr haqqında məlumat;
- beynəlxalq və ikitərəfli proqramlar çərçivəsində xarici elmi qurumların fəaliyyətində iştirakı
əks etdirən əməkdaşlıq haqqında məlumat.
Xüsusi təyinatlı təhsil müəssisələrində doktoranturnın yaradılması üçün həmin müəssisələrin fəaliyyətini əks etdirən digər məlumatlar da təqdim edilə bilər.

3. Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura.

3.1. Universitetə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura
səviyyəsini bitirən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul
olunurlar.
3.2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən
doktoranturaya qəbul oluna bilməz.
3.3. Universitetdə Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

3.4. Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti
haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən
müvafiq elan verilir.
3.5. Universitetdə Doktoranturaya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.
3.6. Universitetdı sənədlərin qəbulu üçün rektorun (və ya prorektorun) sədrliyi ilə qəbul
komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya
rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan
rəhbərlərindən təşkil olunur.
3.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası
tərəfindən müəyyən edilir.

3.8. Universitetdə Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.
3.9. Universitet Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi Universitet rəhbəri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir.
3.10. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
3.11. Qəbul imtahanlarını keçirmək məqsədi ilə Universitetdə müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
3.12. İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi Universitet rektoru tərəfindən yaradılan komissiya həyata keçirir. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri Universiytetin rektoru, yaxud prorektoru təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri), dosentlər, xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi olmayan təcrübəli mütəxəssislər daxil edilə bilər.
3.13. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
3.14. Universietdə yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.
3.15. Universitet Elmi şurası doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.
3.16. Universitetdə Doktoranturaya qəbul təsdiq edilmiş plan əsasında Universitetin Nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq rəsmiləşdirilir.
3.17. Doktoranturaya qəbul haqqında qərarın (əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işəgötürən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.
3.18. Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası Universitetə təqdim edilir.
3.19. Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur.
3.20. Müstəsna hallarda, Universitetin Elmi şurasının qərarı əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara elmi rəhbərlik işinə cəlb oluna bilərlər.
3.21. Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru (elmlər namizədi) da ola bilər.
3.22. Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.
3.23. Bir elmi rəhbərə təhkim olunan doktorantların sayı 5 nəfərdən artıq olmamaq şərtilə, Universitet Elmi şurası tərəfindən müəyyən olunur və Universitetin fəaliyyətini tənzimləyən Nizamnaməyə və bu Əsasnaməyə uyğun olaraq rəsmiləşdirilir.
3.24. Hər bir doktoranta görə elmi rəhbərə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqı ödənilir.

3.25. Doktoranturada təhsil müddətində doktorant Universitetin Elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.
3.26. Doktorantların Universitetdən başqa ali təhsil müəssisələrinə, elmi təşkilatlara, həmçinin əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi Universitet Elmi şurasının qərarı ilə onun fəaliyyətini tənzimləyən Nizamnaməyə və bu Əsasnaməyə) uyğun olaraq həyata keçirilir.
3.27. Doktorant təhsil müddətində:
- peşə biliklərinə dərindən yiyələnməli;
- müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;
- elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;
- fərdi iş planını tam yerinə yetirməli;
- ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan
və xarici dildən doktorluq imtahanlarını verməli;
- elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;
- elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;
- elmi tədqiqat işini bitirməlidir.
3.28. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir.
3.29. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün Universitetin elmi işçiləri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.
3.30. Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, Universitet tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti Universitein rektoru tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyənləşir.
3.31. Universitetin Elmi şurasında doktorantların elmi rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir.
3.32. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.
3.33. Universitetin prorektoru doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi-tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərməlidir.
3.34. Dövlət sifarişi əsasında əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya Universitetin daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər.
3.35. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə Universitetdə 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.

4. Elmlər doktoru hazırlığı üzrə doktorantura.

4.1. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
4.2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;

BAAU-da magistratura təhsilinin məzmunu, təşkili və "magistr"
dərəcələrinin verilməsi qaydaları haqqında
ƏSASNAMƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 12 may tarixli 88 nömrəli
qərarı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 saylı Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları” (bundan sonra qaydalar), BAAU-nun (bundan sonra Universitet adlandırılan) Nizamnaməsi və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
1.2. Universitetdə dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi bu Əsasnamə ilə tənzimlənir.
1.3. Magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır.
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar şamil edilməklə, Universitetdə magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.
1.5. Bu Əsasnamə mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.
1.6. Universitetdə magistratura səviyyəsində əyani və qiyabi təhsilalma formaları müəyyən edilir.
1.7. Universitetdə magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.
1.8. Universitetdə magistratura təhsili ödənişli və ödənişsiz əsaslarla həyata keçirilə bilər.
1.9. Universitetdə magistratura Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılır.
1.1. Universitetdə magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
1.11. Xarici ölkələrin vətəndaşlarının magistraturaya qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

2. Universitetdə magistratura səviyyəsində təhsilin məzmununa və tədris
prosesinin təşkilinə qoyulan tələblər

2.1. Magistratura – ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksək ixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.
2.2. Universitetdə magistr hazırlığı ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlə rüzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.
2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriyavə s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.
Tədris prosesinin və elmi-tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi), fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu Universitet tərəfindən müəyyənləşdirilir.
Fənn proqramları müvafiq ixtisasın təhsil proqramlarının tələblərinə uyğun olaraq Universitet tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə Universitet tərəfindən hazırlanır və təsdiq edilir.
İşçi tədris proqramı (sillabus) - fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqlarını, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir.
2.4. Universitetdə magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir.
Universitetdı magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur.
Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.
2.5. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir.
2.6. Universitetdə magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS – Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir.
2.7. Universitetdə tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
2.8. Universitetdə tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
2.9. Universitetdə əyani formanın təhsil müddətində nəzəri tədrisə - 45, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrə - 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir.
Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır.
2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi-tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir.
Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmiildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.
2.11. Bir akademik saat - 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.
2.12. Universitetdə magistratura üzrə aparılan elmi-tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olmalıdır.
2.13. Universitetdə magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Bir nəfərə 5-dən çox magistranta rəhbərlik etməyə icazə verilmir. Magistrantın elmi-tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər.

3. Universitetdə magistrlik dissertasiyalarının müdafiəsi üzrə
ixtisaslaşdırılmış şuralar

3.1. Universitetdə ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).
3.2. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün Universitet tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.
3.3. Universitetdə ixtisaslaşdırılmış şuraların yaradılması və onun işinin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur.
4. Magistraturada yekun attestasiya.
4.1. Universitetdə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar.
4.2. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.
4.3. Universitetdə magistrlik dissertasiyasının məzmunu, yazılması, təqdim edilməsi və müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qoyulmuş tələblərə uyğun müəyyənləşdirilir.
4.4. Universitetdə magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.
4.5. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir.

2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə
təsdiq edilmişdir

BAAU-da bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları haqqında
ƏSASNAMƏ

1. Ümumi müddəalar.
1.1. Bu Əsasnamə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyin 2010-cu il tarixli 117 saylı Qərarı ilə təsdiq olunmuş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, BAAU (bundan sonra Universitet adlanacaq) və dövlət standartları əsasında hazırlanmışdır. Universitetdə bakalavriat təhsilinin məznunu və təşkili qaydaları bu Əsasnamə ilə tənzimlənir.
1.2. Bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.
1.3. Bu Əsasnamə bakalavriat səviyyəsində təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.
1.4. Bu Əsasnamə bakalavr hazırlığının səviyyəsinə qoyulmuş ümumi tələbləri tənzimləməklə Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsil alanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və Ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.
1.5. Universitetdə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir.
1.6. Universitetdə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.
Bakalavriat təhsili almış məzun elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani, qiyabi, distant və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Distant və eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normalar əsasında həyata keçirilir.
1.7. Bakalavr hazırlığı ali təhsilin dövlət standartının tələblərinə uyğun ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları əsasında həyata keçirilir.
1.8. Universitetdə bakalavriat təhsili ödənişli və ödənişsiz əsaslarla həyata keçirilir.
1.9. Bakalavriata tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
1.10. Universitetdə xarici ölkə vətəndaşlarının bakalavriata qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

2. Universitetdə bakalavriat səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər.
2.1. Bakalavriat — ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun geniş profilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir.
2.2. Universitetdə bakalavr hazırlığı ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları, onlara müvafiq hazırlanmış tədris planları, fənlər üzrə işçi tədris proqramları (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübələrin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.
2.3. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.
Tədris prosesinin planlaşdırılması və təşkili tədris planları (nümunəvi işçi və fərdi) və fənlər üzrə işçi proqramları Universitetin müəyyənləşdirdiyi sənədlər forması və struktur əsasında həyata keçirilir.
Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq Universitetin kafedraları tərəfindən hazırlanır, Universitetin Elm, xarici əlaqələr və metodiki işin təşkili departamentində ekspertiza edilir, Tədris metodiki Şurada müzakirə olunduqdan sonra müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları üzrə işçi proqramlar (sillabuslar) kafedraların professor-müəllimləri tərəfindən hazırlanır, kafedra iclasında müzakirə olunduqdan sonra Universitetin Tədris-metodiki Şurasında təsdiq edilir.
İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.
2.4. Universitetdə bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi - AKTS) ilə həyata keçirilir.
2.5. Universitetdə bakalavriat səviyyəsində tələbənin fənn üzrə tədris işinin həcminin vaxt ölçüsü kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit 30 saata (15 auditoriya və 15 tələbənin sərbəst işi) bərabərdir. Tədris planlarında (tədris proqramlarında) nəzərdə tutulmuş hər bir fənnin tədrisi bir semestrdə başa çatır və imtahanla yekunlaşır (bədən tərbiyəsi fənni istisna olmaqla). Fənlərin adları tədris planlarında təkrarlana bilməz (məsələn, “İxtisas dili” fənni semestrlərdə təkrarlanarsa, müvafiq olaraq “İxtisas dili-1”, “İxtisas dili-2”, adlandırılmalıdır).
2.6. Universitetdə tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
2.7. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
2.8. Tədris ilinin müddəti 40 həftədir (o cümlədən 10 həftə imtahan sessiyaları). Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyasına ayrılır) ibarətdir.
2.9. Universitetdə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
2.10. Bir akademik saat 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 10 dəqiqəyə bərabərdir.
2.11. Universitetdə bakalavriat səviyyəsində bütün təlim müddətində, ixtisasından asılı olaraq təcrübəyə 8-18 həftə ayrılır. Təcrübənin müddəti Universitet tərəfindən təsdiq edilmiş tədris planı (tədris proqramı) ilə müəyyənləşdirilir.
2.12. Hər tədris ilində tətil müddəti 8-12 həftə olmaqla Universitetin təsdiq etdiyi tədris proqramları əsasında aparılır.
2.13. Universitetdə bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
2.14. Universitetdə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar.
2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
2.16. Universitetdə yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.
2.17. Universitetdə bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Universitetdə bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.
2.18. Universitetdə yekun attestasiyanın təşkili və keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş qaydalar, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamları əsasında aparılır.
2.19. Bakalavriat səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş formada müvafiq arayış verilir.
2.20. Tələbələrin peşə maraqlarını təmin etmək məqsədi ilə tədris planlarına seçmə fənlər daxil edilir.
2.21. Universitetdə bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir.
Departament rəhbərləri, fakültə dekanları və kafedra müdirləri bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi işini təşkil edir.
Kafedra müdirləri bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsini təmin edir və bakalavrların tədris işlərinin təşkilinə görə birbaşa məsuliyyət daşıyırlar.
2.22. Kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Tələbənin sərbəst işinə ayrılan vaxtın həcmi fənnin mənimsənilməsinə ayrılan ümumi vaxtın 50 faiz olmalıdır.
Tələbənin sərbəst işi müəllimin auditoriyadankənar rəhbərliyi ilə və müstəqil şəkildə həyata keçirilir. Müəllimin rəhbərliyi ilə yerinə yetirilən sərbəst işin həcmi sərbəst iş üçün ayrılmış vaxtın 50 faizini təşkil etməlidir.
Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən və s. ibarətdir. Sərbəst işlərin nəticələri müvafiq kafedraların iclaslarında müzakirə edilməli və işlənilmə dərəcələri müəyənləşdirilməlidir.
Universitetdə tələbələrin sərbəst işlərinin təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalar, Universitetin Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir.
2.23. Universitetdə bakalavriat səviyyəsi üzrə təhsil proqramlarında aşağıdakı fənn bölümləri nəzərdə tutulmalıdır:
- humanitar fənlər;
- ixtisasın peşə hazırlığı fənləri.
Humanitar fənn bölümü sosial idrakın müxtəlif sahələri üzrə elmi dünyagörüşlərin formalaşmasını təmin etməlidir.
İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin əldə olunmasını təmin etməlidir.
Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.
Humanitar fənn bölümünə məcburi fənlər kimi “Azərbaycan tarixi”, “Azərbaycan dili” (xarici dildə təhsil alanlar üçün), “Xarici dil” fənləri daxildir.
2.24. Universitetdə bakalavr təhsil proqramlarının fənn bölümlərinə seçmə fənlər daxildir. Seçmə fənlərə ayrılan saatların həcmi Universitetin təsdiq etdiyi tədris proqramlarına uyğun müəyyənləşdirilir.
2.25. Universitet təhsil proqramında nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin minimum məzmununu saxlamaqla, təhsil materialının mənimsənilməsinə ayrılmış saatların həcmini fənn bölümləri arasında 5 faiz, fənn bölümləri daxilində isə 20 faizə qədər dəyişə bilər.
2.26. Bakalavriat səviyyəsində təkrar ali təhsil alanlar üçün Universitet əsas təhsil proqramlarına uyğun həmin ixtisas üzrə xüsusi (qısaldılmış) proqramlar da tətbiq edir.
Xüsusi (qısaldılmış) təhsil proqramları müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarının bazaları əsasında tərtib olunur.
Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır. Təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir.
Xüsusi (qısaldılmış) proqramla təhsilalanların əvvəllər ayrı-ayrı fənlərdən (məzmunda dəyişiklik olmadığı halda) aldıqları qiymətlər nəzərə alına bilər.
2.27. Orta ixtisas təhsili müəssisələrini yüksək nəticələrlə başa vuran və “subbakalavr” dərəcəsi alan şəxslər bakalavr səviyyəsində təhsillərini davam etdirdikdə, orta ixtisas təhsili pilləsində müvafiq fənlər üzrə onların topladıqları kreditlər müəyyən olunmuş qaydada Universitet tərəfindən nəzərə alınır.

3. Universitetdə bakalavr hazırlığında resurs təminatına qoyulan tələblər

3.1. Universitetdə prorektor, department rəhbəri, fakültə dekanı və kafedra müdiri bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramlarını həyata keçirən professor-müəllim heyətinin ixtisası, elmi adı və dərəcəsi, elmi-tədqiqat işlərinin yönümü tədris etdikləri fənnə uyğunluğunu müəyyənləşdirməyə cavabdehlik daşıyır.
3.2. Universitetdə bakalavriat səviyyəsində təhsil proqramlarının həyata keçirilməsinin əsas şərti professor-müəllim heyətinin ən azı 50 faizinin elmi adı və elmi dərəcəsinin olması, o cümlədən 10 faizinin elmlər doktoru, professor olmasıdır.
3.3. Bakalavriat səviyyəsində təhsil proqramlarının elmi-metodiki, informativ, maddi-texniki vəsaitlərlə təminatı lisenziya və akkreditasiyaya qoyulan normativ tələblərə uyğun olmalıdır.

4. Universitetdə bakalavr dərəcəsi almış məzunun hazırlıq səviyyəsinə qoyulan tələblər.
4.1. Universitetdə “Bakalavr” dərəcəsi almış məzunlar:
- təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı;
- humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı;



Yükləyib: ADMIN2012-İyul-19 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: Moonlight #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like! Spam
Artiq geri dondum:)
Yazıb: Administrator #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like! Spam
Moonlight, üzüvü görək. İllərdir haralardasan ? smile biggrin
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like! Spam
Esasnamelere "bayiliyorum":)))
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 334-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar