Bakıda möhtəşəm layihə tamamlanır – FOTOLAR Bakıda möhtəşəm layihə tamamlanır – FOTOLAR
Bakıda möhtəşəm layihə tamamlanır – FOTOLAR
1
Paytaxtda "Gənclik” metro stansiyasının yaxınlığında, "Qələbə meydanı”nda tunel tikintisi üzrə işlər intensiv davam etdirilir. İş icraçısı olan "Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihənin birinci mərhələsində, yəni 2013-cü ilin mayınadək 6 tunelin istifadəyə verilməsi nəzərdə tutulur. Artıq "Gənclik” metro stansiyasının iki çıxışının istiqaməti dəyişdirilib. Həmçinin "Qələbə meydanı”nda tunellərin üzərində parkın salınması da planlaşdırılır.

Layihə ərazidə 6 tunelin, 10 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. İlk olaraq "Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxan girişinin "Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib. F.Xoyski küçəsini N.Yusifbəyli küçəsilə birləşdirən yol hissəsi tamamlanaraq istifadəyə verilib. Tunellərin ümumi uzunluğu 2 min 766, ümumi sahəsi isə 35 min 563 metrdir. Ərazidə işlərin aparılması üçün "Akkord” Korporasiyasının müvafiq mütəxəssislər qrupu, 300-ə yaxın işçi qüvvəsi və 40-a yaxın xüsusi texnikası fəaliyyət göstərir.

Qeyd edək ki, layihəyə 2010-cu ilin aprel ayından başlanılıb. Layihədə Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur.

Əlavə olaraq Təbriz küçəsilə hərəkət edən maşınlar "Gənclik” dairəsinə girmədən birbaşa tunellə Dərnəgül şosesinə çıxa biləcək, həmçinin F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək də mümkün olacaq.

Eyni zamanda, Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək, Atatürk prospektinə çıxacaq. Layihənin tam həyata keçirilməsilə "Gənclik” dairəsində avtomobil sıxlığının aradan qaldırılmasına, ərazidə avtomobillərin maneəsiz və işıqforsuz hərəkətinin təmininə nail olunacaq. İşlərin birinci mərhələsi 2013-cü ilin mayında başa çatdıqdan sonra 2-ci mərhələyə start veriləcək.
ANSPRESS



















Yükləyib: ADMIN2012-Avqust-05 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like!
Resmiler deyirdi 2012 artiq tikinti ili olmayacaq...sozlerinin ustunde de mohkem dayandilar;) :))
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar