Bir ananın gündəliyi - Esse | Cəmiyyət | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Bir ananın gündəliyi - Esse Bir ananın gündəliyi - Esse
Bir ananın gündəliyi - Esse
0
Oğlum! O mənim hər şeyimdir. O qədər gözəldir, yaraşıqlıdır ki, gözləri, burnu, qaşları.. Gecələr Oğlumu seyr edirəm gözümü qırpmadan. Birdən oyanar, qorxar, ağlayar, birdən kimsə gəlib onu qorxudar, oğurlayar. Yox!! Yatmayacam heç vaxt, onu qoruyacam, oğlum!

O qədər tez böyüyür ki, böyük kişi olub mənim oğlum, elə mənə oxşayır. Atasına oxşamasın! Ondan zəhləm gedir onsuz da yenə gec gəlir evə, ağzında da zehrimar içki iyi, şirkətin müdirinə bax! Yenə görəsən hansı sırtıq katibəsinin yanından gəlir əclaf! Ehh.. heç mənə lazım da deyil o. Mənə oğlum bəs edər, şəhzadəm! Böyüyüb, eşitdim qız istəyirmiş universitetdə.. Ha-ha, nə tez böyüyür uşaqlar.. Görəsən kimdir o qiz, yaraşır oğluma!? Yox, qoymuyacam başını aldadarlar oğlumun. Həyasız qızlara imkan vermərəm oğlumu başdan çıxatsınlar. Oğlumu əlimdən ala bilməzlər, kiçik şeytanlar!

Artıq xeyli vaxt da keçib oğlum atasının işlədiyi şirkətin müdiridir artıq. Çox yaraşır kostyum, əlində də iş çantası mənim balama, gözümün işığina, arada deyir ki, bizə qocalmısız, ehh oğlum, yəqin özümüzü çox yormayaq, istirahət edək deyə deyir. Bizi o qədər fikirləşir ki, canım mənim.. Bu yaxınlarda Kişi ilə məni bir yerə gətirdi şoferi ile. Yəqin istirahət üçün, demişdim axi bizi o qədər düşünür ki canım oğlum, həmişə özünü narahat hiss edirdi. Onunla qalanda rahat olaq deyə buranı tutub yeqin, ehh mənim balam nə ehtiyac vardı ki buna. Bizi qapıda qarşıladılar, sonra bir otağa aparıb nəsə qeyd etdilər. Bura çox böyük bir yerdir, yəqin nə əziyyətlər çəkib yenə bizə görə, görəsən niyə belə solğun görsənir canım oğlum!? Xəstələnib?? Yoxsa yenə işləri yorub onu. Ehh, mən o qədər deyirdim atan hələ qocalmayıb ki, işləri birlikdə görərsiniz, o qədər ağıllıdır ki, atasına da əziyyət vermir. Qurban olaram elə oğluma, elə tez çıxıb getdi, yenə işdən çağırdılar yəqin oğlumu. Ağ paltarlı qulluqçular bizə otağımızı göstərdilər. Mən darıxaram belə yerlərdə, buradakı insanlar da bir qəribədir. Elə çoxu da yaşlı insanlardır. Hamı elə bil yas içindədir. Arada onlara oğlumdan danışıram, qəribə-qəribə baxırlar üzümə, bilirəm qısqanırlar, onların heç birinin yəqin övladları yoxdur. Yazıqlar, bəzən ələ salırlar məni, inanin heç incimirəm, onların hamısını bağışlayıram. Gecələri oyanıram, bəziləri yatağında hönkürtü ilə ağlayir, bəziləri kiminsə rəsmini qucaqlayıb, kimisə gözləyirmiş kimi pəncərədən bayır qapısına baxır, nə bilim buralar qəribədir. Yeməklər də qəribə dadır. Qulluqçularla da dalaşdım. O gün onları qorxutmuşam, dedim ki, oğlum gələn kimi hamınızı şikayət etdirib qovduracağam buradan, heç nə deyə bilmədilər. Ehh, oğlum niyə gəlmir, gör neçə ay oldu, zəng-zad da eləmir, işləri çoxdur, yoxsa mütləq gələrdi mənim oğlum, mütləq gələrdi!

Artıq hamı qəribələşib, burada heç rəfiqəm də yoxdur, elə hamısının başı aşağıda, toxunsan ağlayacaqlar, birdən görürsən ki, bir qrup məktəb uşaqları gəlir, müəllimləri ilə hədiyyə də gətirirlər. Elə sevinirlər ki, buradaki qocalar, hədiyyə alanda gözləri yaşarır, qucaqlayıb bağırlarına basırlar uşaqları, elə bil öz nəvələridir. Kiminsə gəlməyi buranın ən xoşbəxt günü olur, mən heç fikir vermirəm onlara, hədiyyə də almıram. Bu vaxtlarda artıq çox darıxıram oğlum üçün, gəlsəydi də bir görsəydim, zəng etsə, səsini eşidim, bəsimdir. Həkimlər gəlib, mənə qəribə-qəribə baxırlar, suallar verirlər, onlara dedim ki, rahat buraxın məni, oğlum gələndə hamınızı rədd eliyəcək buradan. Sonra
çox utandim. Sən demə həkimi də oğlum göndəribmiş, canm oğlum..

Həkim dediki oğlum onları bura göndərib ki, əslində mən onlara kömək etməliyəm. Oğlumun yeni inşa etdirdiyi xəstəxananın bir şöbəsində, maaş da verəcklər ki,
Mənə onlara çətin işlərində kömək edim. Məni aparanda bədənimi xüsusi bir paltarla bağladılar ki, xəstələr mənim də Xəstəxana işçisi olduğumu bilməsinlər. Bədənimi tərpədə bilmiridim. Burada xəstələrlə bir yerdə qalıram. Eyni dərmanlardan mənə də verirlər ki, xəstələr şübhələnməsin. Bəzən də yatıb qalıram huşumu itirirəm, dərmanlar lap bezdiricidir, ama oğlumun xəstəxanasında, özü də həkimlərin mənə çox böyük ehtiyacı var. Onlara kömək etməliyəm..
Xəstələr arsındakı baş verən hadisələri hər axşam baş həkimlə görüşəndə ona şəxsən bildirirəm. O həmişə məni diqqətlə dinləyib nə isə qeyd edir. Mən də sonra yenə onların yanına qayıdıram. Oğlum üçün də çox darıxıram, amma xəstələri də tək qoya bilmərəm. Onunla fəxr edirəm, O ki bu qədər xəstəni müayinə etdirir, onlara kömək edir. Bu qədər xəstəni nankor övladları buraya atıb gedib. Gör necə də nankor övladlar var həyatda heç bir dəfə də gəlib soruşmurlar valideynlərini. Amma mənim oğlumsa məktub yazıb gəlmək istədiyini bildirir amma deyir ki, işləri çoxdur mütləq gələcək. Amma məktubdakı xətt heç oğlumun xəttinə də oxşamır. Özü deyir ki, kimsə yazır yəqin məktubu.
Bütün məktublarını hər gecə bir də başdan oxuyub, qucaqlayıb yatıram. Bu yaxınlarda da
görüşəcəyik. Son məktubunda deyirdi ki, xəstələr hamısı sağalsın, hamımız yenə əvvəlki kimi bir evdə qalacağıq. Mən də o qədər sevindim ki, Necə də xoşbəxt bir Anayam ki, belə gözəl, ağıllı, qayğıkeş oğlum var. Canımm oğlum.. Can Oğlum...

Müəllif: Nicat Nəsirli / 02.11.2011


İstinad:Cauza.Az



Yükləyib: ADMIN2012-İyul-23 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 334-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar