Çingiz Mustafayev-2 Çingiz Mustafayev-2
Çingiz Mustafayev-2
1

İldə iki dəfə xatırlanmaq üçün şəhid olmamışdı Çingiz...

29 avqust - Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Azərbaycan xalqı yatmış şirə, pələngə bənzəyir. Ayağa qalxdımı, bəndləri, bərələri dağıdacaq. Keçilməz yollardan keçərək istəyinə nail olacaq. Elan olunmamış Ermənistan-Azərbaycan müharibəsi başlananda, dinc soydaşlarımız doğma ev-eşiklərindən didərgin salınanda da belə oldu.

Ucu-bucağı görünməyən izdihamlı mitinq, küçə yürüşləri fil qulağında yatanları belə silkələdi, qəflət yuxusundan oyatdı. O zaman kömək məqsədilə Dağlıq Qarabağa və Ermənistanla həmsərhəd bölgələrə könüllü yola düşənlərin arasında mən də vardım. Gah tikinti-abadlıq, gah müdafiə, təhsil, gah da digər işlərdə yerli əhaliyə arxa-dayaq olmağa çalışır, mövcud problemin xalqımızın xeyrinə həll olunması üçün əlimdən gələni əsirgəmirdim. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yenicə baş vermişdi. Ağdam bölgəsindəki qeyrətli həmvətənlərimlə birgə həm əl-ayaqlarını don vurmuşları xilas edir, meyitləri çıxarır, həm də bölgə müxbiri işlədiyim "Səhər” qəzeti ilə mütəmadi əlaqə saxlayırdım. Fevralın 28-də günortadan sonra - saat 17-18 radələrində Azərbaycan televiziyası "215 KL” studiyasının əməkdaşı, operator Çingiz Mustafayevin respublikanın sabiq ədliyyə naziri Əlisaab Orucovla birgə Ağdama gəldiyini eşitdim. Ondan bir gün əvvəl isə Müdafiə Nazirliyinin ilk hərbi operatoru, baş leytenant Seyidağa Mövsümlü, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının operatoru Nizami Abbas, assistent Elnur Hüseynov bölgədə çəkiliş aparmaq üçün Ağdama gəlmişdilər. "Azərinform”un bölgə müxbiri Elxan Rüstəmli, milli televiziyanın "Xəbərlər” proqramının əməkdaşı Allahverdi Əsədov, milli radionun əməkdaşı Eyvaz Yusifli... kimi neçə-neçə həmkarımız da iş başındaydı. Bizimkilərin planlaşdırdıqları "Əsgəran əməliyyatı”nın baş tutmaması, yüzlərlə günahsız Xocalı sakininin vəhşicəsinə qətlə yetirilməsi hamımızı sarsıtmışdı. S.Mövsümlü, Ç.Mustafayev için-için ağlayır, bu dəhşətləri videolentin yaddaşına köçürürdülər. Yadımdadır, bir neçə gün sonra Xocalı soyqırımı Ali Sovetdə müzakirə olunarkən Çingiz böyük əziyyətlər hesabına çəkdiyi kadrları deputatlara göstərməyə müvəffəq oldu. Fevralın 27-də "Səhər” qəzeti respublikada 1-ci olaraq soyqırım barədə məlumatı dərc etdiyindən əhalinin müəyyən təsəvvürü vardı. Həmin kadrların videolent vasitəsilə deputatlara göstərilməsi, üstəlik "Səhər” qəzetinin 5 mart 1992-ci il tarixli sayında ön xətdə çəkdiyim dəhşətli fotoların bir qisminin çap edilməsi mövcud hakimiyyətin gedişini sürətləndirdi. Cəbhə bölgələrində Çingizlə mütəmadi görüşər, söhbətləşərdik. "Mütəllibovun adamı” kimi tanınsa da, haqqında deyilənləri rədd edər, yalnız öz işilə məşğul olardı. Laçının müəmmalı şəkildə işğalı zamanı o, geri çəkilən əsgərləri söydü. Tam əminliklə deyə bilərəm ki, S.Mövsümlü işə qarışmasaydı, baş verə biləcək bədbəxt hadisə uzun müddət qəlbimizi ağrıdacaqdı. Orada çəkdiyimiz kadrları təcili surətdə AzTV-yə çatdırdıq. Montaj edildikdən sonra canlı yayıma çıxan ərəfədə telerepartyor Ç.Mustafayev hövlnak özünü şirkətin sədri Məmməd İsmayılın iş otağına çatdırdı. Çəkdiklərinin efirə getməsini tələb etdi. Məmməd müəllim səbrlə onun süjetinə baxıb dedi: - Çingiz, özün şahidsən ki, Seyidağagilin də, sənin də çəkdiklərin eynidir. Üstəlik onlar səndən tez gəlib verilişi montaj da ediblər. Ona görə də Seyidağagilin süjetini efirə verəcəyəm. İncimə. Çingiz inadkar idi. Dediyindən dönməzdi. Kim bilir, bəlkə də qardaşları, onu qəlbən sevənlər ayağa qalxıb Çingizin halal haqqını tələb etməsəydi, ona Milli Qəhrəman adı verilməyəcəkdi. Necə ki, ən ağır döyüşləri tarixin yaddaşına köçürən, bu fəxri ada çoxdan layiq olan S.Mövsümlü T.Qarayev... kimilər sağ olduqlarına görə hələ də heç bir dövlət təltifinə layiq görülməyiblər. ...Deyilənlərə görə, dəliqanlılığa, tez coşub, tez alışıb-yanmağa görə dünyada şotlandlardan sonra ikinciyik. Çingiz də belələrindən idi. Rahat iş-gücünü ataraq, ailə-uşağını ulu Tanrının və onun yerdəki bəndələrinin ümidinə buraxaraq ön cəbhələrə yollandı. Özünü oda-közə vurdu. Növbəti çəkilişlərdən birində ömrün şəhidlik zirvəsinə yüksəldi. İldə iki dəfə - olum və ölüm günü xatırlanmaq üçün şəhid olmamışdı Çingiz. Şəhid olmuşdu ki, sağ qalanlar, xüsusən də imkanlı soydaşlarımız bu qəbildən olan insanların ailələrinə qayğı ilə yanaşsınlar. Olan-qalan imtiyazlarını da əllərindən almasınlar.
Şamil Sabiroğlu
OLAYLAR IA






Yükləyib: ADMIN2010-İyun-23 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Müharibə vaxtı,döyüş bölgəsində can qoyan oğlanlar heç də az olmayıb.
Çingizin ildə 2 dəfə efirdə göstərilməsinin səbəbkarı onun qardaşlarıdır.Xüsusən,ANS-in prezidenti Vahid.
P.S. Azərbaycan xalqı yatmış şirə bənzəyir.Burdan oyadırsan gedir orda yatır.(2)
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar