Diqqət ! Zədələnmiş manatlarınızı atmayın ! Diqqət ! Zədələnmiş manatlarınızı atmayın !
Diqqət ! Zədələnmiş manatlarınızı atmayın !
0


Bir çox vətəndaşlarımız cırılan, köhnələn pulları neyləyəcəklərini bilmirlər.
Bu səbəbdən əksər hallarda köhnə pullar ya atılır, ya da müxtəlif vasitələrlə (kley, "skoç" və s.) yararlı hala gətirilib, ictimai yerlərdə, necə deyərlər, basabas vaxtı kimlərəsə sırınır.

Dünyanın bir çox ölkələrində isə bununla bağlı rahat bir sistem formalaşdırılıb: vətəndaş köhnə pulunu təqdim edib, əvəzində eyni dəyərdə olan pul alır və onunla problemini həll edir. Avropa ölkələrinin çoxunda bununla bağlı əhali arasında aparılmış maarifləndirmə işləri də öz bəhrəsini verir.

Yəni vətəndaş bizdəki kimi köhnə pulunu sırımaq üçün müxtəlif variantlar fikirləşmir, köhnə pulunu haraya təqdim edəcəyini bilir. Bununla da problem həll olunur. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Bu işlə məşğul olan hansısa dövlət qurumu varmı? Əgər varsa, vətəndaşlardan köhnə əskinasların dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur? Mövzu ilə bağlı suallarımızı Mərkəzi Bankın Kommunikasiya və Xəzinə departamentlərinə ünvanladıq.

"Əskinasların dəyişdirilməsi üçün vətəndaşlardan sənəd tələb olunmur"

Departamentdən bildirildi ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa görə, Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir: "Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Əks halda isə dəyişdirilmir və vətəndaşa bu haqda izahat verilir".

Vətəndaşların müraciətinə əsasən, pul nişanlarının dəyişdirilməsi əsasən kommersiya banklarında aparılır. Mərkəzi Bankda isə "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması qaydaları” ilə Xəzinə Departamentinin kassa xidməti şöbəsində həyata keçirilir.

Araşdırmalarımız zamanı onu da öyrəndik ki, qeyd olunan tələblərə cavab verən əskinasların dəyişdirilməsi ilə bilavasitə Mərkəzi Bankın Xəzinə və Nağd Pul departamentləri məşğul olur. Qurumdan onu da bildirdilər ki, sözügedən pul nişanlarının dəyişdirilməsi üçün vətəndaşlardan heç bir sənəd tələb olunmur. Lakin ayrı-ayrı hallarda pulların ekspertizaya aparılması zərurəti yarandıqda şəxsiyyət vəsiqəsi məlumatlarının qeyd olunması tələb edilir.

"Pulun məbləği ilə bağlı heç bir məhdudiyyət yoxdur"

"Bir şəxs bir ay ərzində nə qədər cırılmış, xarab olmuş pul dəyişə bilər? Bununla bağlı hansısa məhdudiyyət varmı?" sualımıza cavab olaraq, Mərkəzi Bankın Kommunikasiya və Xəzinə departamentlərindən pul nişanlarının ümumi məbləği ilə bağlı məhdudiyyətin olmadığını bildirdilər. Lakin bununla yanaşı, vətəndaşlar pullarını dəyişərkən onlara pul nişanları ilə davranış mədəniyyətinin aşılanması baxımından maarifləndirmə işi aparılır. Bəzən pul nişanlarının hansı şəraitdə yararsız hala düşməsi barədə pul dəyişənlərdən məlumat alınmasına zərurət yaranır.

"Dövriyyəyə yararsız pul nişanları məhv edilir"

"Vətəndaşlardan yığılan xarab olmuş pulların sonda aqibəti necə olur?" sualımıza qurumdan belə cavab aldıq: "Saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanları müəyyən edilmiş qaydalar əsasında məhv edilir. Mərkəzi Bank tədavüldən çıxarılmış kağız və metal pulların çap formalarının və ştamplarının məhv olunmasını təmin edir. Bu isə o deməkdir ki, onlar təkrar istifadə oluna bilməz". Qurumdan onu da bildirdilər ki, 2011-ci ilin yanvar-avqust aylarında vətəndaşlardan qəbul olunan və dəyişdirilən dövriyyəyə yararsız pul nişanlarının məbləği 194 min 517 manat təşkil edib.



Yükləyib: Administrator2011-Oktyabr-24 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 338-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar