Distant təhsil (Distance education). Distant təhsil (Distance education).
Distant təhsil (Distance education).
1
Bu gün hər bir şəxs,yaşadığı ölkədən kənara çıxmadan dünyanın istənilən universitetində təhsil ala bilər.Bu şansdan yararlanmaq üçün yeganə şərt internetə qoşulmaqdır.Distant təhsil sistemi tədris prosesinin daha müasir və onlayn formasıdır.Dünyada ilk dəfə onlayn təhsil 1910-cu ildə İngiltərədə tətbiq edilmişdir.Lakin həmin dövrdə təhsil onlayn deyil,video filmlərlə əks etdirilirdi.Təqribən yarım əsr sonra Birləşmiş Ştatların Karneqiye Fondu 1964-1968-ci illər arasında Çarlz Vedmeyerin təhsilə müxtəlif telekommunikasiya texnologiyaları gətirən və əsas məqsədi təhsil müəssisələrindən kənardakı insanlara təhsil vermək olan “Birgə Təlimat Mediyası” adlı layihəsini maliyyələşdirir.Daha sonra bu layihəni dəstəkləyən britaniyalılar Birləşmiş Krallıqda da bu tip universitetin yaranmasında maraqlı oldular.Onlar 60-cı illərin sonunda Britaniyada radio və televizordan istifadə etməklə özünəməxsus təhsil metodu olan “Birləşmiş Krallığın Açıq Universiteti”nin təməlini qoydular.Bu gün dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu “Açıq Universitet” adı altında fəaliyyət göstərir.Distant təhsil zamanı keçirilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından fərqlənmir.Yeganə fərq ondan ibarətdir ki,distant təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət "üz-üzə" deyil, virtual olaraq həyata keçirilir.Adətən distant təhsil zamanı aparılan dərslər aşağıdakı sxem üzrə həyata keçirilir:
 
* müəllim konspekt şəklində dərsin mövzusunu izah edib və tələbənin sərbəst hazırlaşması üçün bütün lazımı ədəbiyyatı tələbəyə tövsiyyə edir.
* tələbə ona keçirilən dərsi sərbəst şəkildə öyrənir və müəllim tərəfindən tərtib edilmiş elektron tapşırığın öhdəsindən gəlməyə çalışır.Əgər tələbə keçirilmiş dərs üzrə hər hansı bir suala cavab tapa bilmirsə o,həmin sualı müəllimə ünvanlaya bilər.Müəllim də öz növbəsində həmin suala ya cavab verəcək,ya da sualı açıqlaya biləcək ədəbiyyatı tövsiyyə edəcək.
* hər bir keçirilmiş mövzunun sonunda interaktiv test keçirilir.Həmin testə görə alınan qiymət,tələbənin keçirilmiş mövzu ilə bağlı mənimsənilmə dərəcəsini göstərir.Keçirilmiş test imtahanının nəticələrinə əsaslanaraq,tələbənin növbəti mərhələyə keçib və ya keçmədiyi təsbit edilir.Tələbənin harada olmasından asılı olaraq,imtahan kontaktlı şəkildə (üz-üzə) və ya virtual keçirilə bilər. Distant təhsil alan tələbələr bu təhsil sisteminin aşağıda göstərilən üstünlüklərindən faydalanırlar.
* tələbələr dünyanın istənilən nöqtəsində olmaqla təhsil almaq imkanına sahib olur;
* distant təhsil alan tələbələr adi universitetlərdə keçirilən leksiya və seminarlarda iştirak etmir,istənilən yerdə və istənilən rejimdə təhsil alır.Bu da öz növbəsində həyat tərzini, rejimini dəyişək istəməyənlər üçün çox önəmlidir;
* tələbələrdən hər hansı bir təhsil səviyyəsi tələb olunmur;
* bunlardan əlavə olaraq təhsilin müddəti tələbənin özündən asılıdır;
* distant təhsil almaq istəyən tələbələrin sayı məhdudlaşdırılmır.Buna baxmayaraq,siz dərslərinizlə aktiv məşğul olub,heç də individual dərslərdən geridə qalmayan yüksək nəticələr əldə edə bilərsiniz;
* distant təhsil prosesi müəllimlər tərəfindən dəstəklənir və onlar keçirilmiş dərslərin tələbələr tərəfindən mənimsənilməsi,tapşırıqların yerinə yetirilməsi prosesini izləyir,suallara cavab verir, yaranmış problemləri aradan qaldırmağa kömək edirlər.
 
Azərbaycanda ilk dəfə distant təhsil 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində ixtisasartırma və yenidən hazırlama fakültəsində tətbiq olunmuşdur.Bu gün də bu təhsil forması universitetin beynəlxalq iqtisadi münasibətlər və maliyyə kredit ixtisası üzrə uğurla həyata keçirilir.
/www.tahsil.az/



Yükləyib: Tapdiq2009-Oktyabr-08 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Bu təhsil sistemi mənə maraqlıdır.Amma hələ ki,psixologiyamıza uyğun deyil.Təssəvür elə ki,səndən soruşurlar:
-Ay bala harda oxuyursan?
-Harvard universitetində.
-O hardadır elə?
-Abş-da
-Ay bala,məni doluyursan?Bəs burda nə veyillənirsən?
-Əmi,mən distant təhsil alıram.
-O nə olan şeydi elə?
Gəl indi bunu başa sal.Nə isə,fantaziyamın məhsulu olan bu kiçik dialoqdan sonra demək istəyirəm ki,bunun üçün bizə hələ bir xeyli vaxt lazımdır.
P.S. O ki,universitetə getmədin,universitetin həyətində,koridorlarında veyillənmədin,qızlara uzun-uzadı baxmadın,dərs otağında "konsert" və ya "party" təşkil eləmədin,tində qaqaşlarla "söhbət" eləmədin,daha onun nə kayfı oldu???! Tapdıq
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar