Dunyada Ceza Novleri | Ordan-Burdan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Dunyada Ceza Novleri Dunyada Ceza Novleri
Dunyada Ceza Novleri
4


Dar ağacına asma:

Edam Asaraq edam etmə dünyanın bir çox yerində istifadə edilən bir ölüm cəzası olmaqda davam edir. İran son zamanlarda edam cəzalarının sayını azaltmış olsa da, edam Əfqanıstan, Banqladeş, İraq, Yaponiya, Pakistan, Sinqapur və Sudan kimi ölkələrdə olduqca geniş şəkildə tətbiq olunmaqdadır.

Qısa eniş edam
Ən çox istifadə edilən üsul isə "Amerikan stili" ya da "qısa eniş" adı verilən enişin məhkumun boyunu qırmayacaq şəkildə olduqca qısa bir məsafədən edildiyi üsuldur. Məhkum bu üsulla edam edildiyində, düyünlə boğuşarkən daha da möhkəmləşməsinə səbəb olub acı çəkərək ölür.

Elektrik stulu
1888-ci ildə ABŞ-da elektrik stulu ilə edama başlandı. Elektrik stulu bu günə qədər ABŞ-ın 27 əyalətində və Filippinlərdə istifadə edildi. Elektrik stulu ilə edam edilən ilk məhkum isə 6 Avqust 1890-cı ildə sevgilisini öldürdüyünə görə bu hökmə cəlb olunan William Kemmler olmuşdu. Kemmler stula öz razılığı ilə oturdu və bədəni, ayaqları, qolları stula bağlandı.Üzü isə qara bir örtüklə örtüldü.

Kemmlerə ilk elektrik 17 saniyə boyunca verildi ancaq 30 saniyə sonra məhkumun sinəsində spazmlar meydana gəlincə 70 saniyə boyunca yanıq qoxuları və tüstülər yayılmasına səbəb olan ikinci bir elektrik cərəyanı verildi. Kemmler bu ikinci şoka qarşı dayana bilmədi və rəsmi olaraq ölü elan edildi. Elektrik stulu üsulu ilə edam bu gün hələ ABŞ-ın bir çox əyalətində tətbiq olunmaqda davam edir. Ancaq məhkumlara ölümcül enjeksiyon və ya Elektrik stulu ilə edam üsulları təqdim edilir və qərar özlərinə buraxılır.

Çubuqla döymə
Singapur, Malayziya kimi ölkələrdə çubuqla döymə kişi məhkumlara sıx tətbiq olunan bir üsuldur. Bu ölkələrdə bu cəza şəkli il içində çox sıx istifadə edilər. Cəza həbsxananın xüsusi bir qismində tətbiq olunurlar. Məhkumlar soyunaraq yaxşıca isladılmış çubuq ilə döyülərlər. Bədənləri çubuq zərbəsiylə yara içində qalar və bəzən vəzifəli, məhkumun başını tutaraq məhkuma nəfəs almasını xatırladar. İşgəncə sonrası məhkumların yaraları tibbi köməklə təmizlənər.

Vuraraq öldürmə
Çox ölkəllərdə tək güllə ilə başa atəş etmə üsullarını buraxıb, öldürücü maddə olan iynədən istifadə edirlər. Utah, Əfqanıstan, Rusiya, Efiopiya, Şimali Koreya, Nigeriya, Yəmən, Vyetnam, İndoneziya və Çinin müəyyən bölgələrində atəş edərək edam etmə hələ də istifadə edilir. Çin ölüm cəzası statistikasını dövlət sirri olaraq saxlayır.

Baş kəsmə
Səudiyyə Ərəbistanı da cinayət, təcavüz, narkotik satıcılığı, silahlı soyğun, homoseksuallıq, din dəyişdirmə və başqa bir neçə cinayətdən,günahdan ötəri tutulanların xalq içində başın kəsirlər. Edamdan əvvəl məhkuma sakitləşdirici verirlər. Polis məhkumu bir meydana aparıb gözlərini bağlayır. Məkkəyə baxacaq şəkildə dizlərinin üstünə çökən məhkumun adı və cinayət/günahı oxunduqdan sonra başın kəsirlər. Cəsəd plastik bir paket içində, məzar daşının olmadığı bir məzara basdırırlar.

Qamçılanma və ya döymə
Qamçılanma və ya döymə kimi cəzalarda günahkar qırmanc, kəmər və ya kötək ilə döyülür. Çox ölkə bu cür cəzaları qadağan etmişkən, İran, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Sudan, Singapur, Yəmən, Malaziya, Birləşmiş Ərəb Əmirlikləri, Bahama, Libya və Nigeriyanın müəyyən əyalətləri bu üsullara müraciət edənlər arasındadır. Amerikan həbsxanalarında nizamı təmin etmək üçün qeyri-rəsmi bir şəkildə dayaq və qamçı cəzası tətbiq olunur.

"Qisas" üsulu"-
Səudiyyə Ərəbistanda hindli vətəndaş Puthan Veettil 'ABŞ ul-Latif Noushad 2005-də mərhəmətsizcə cəzalandırıldı. Bir döyüşə daxil olduğu üçün sağ gözünün çıxarılması əmr edildi və Səudiyyə Ərəbistanlı vətəndaş döyüşdə yaralandığı üçün cəzanın tətbiq olunması mövzusunda israr etdi.

Kimyəvi kor etmə
İranda 27 yaşındakı adam, sevdiyi qadın tərəfindən rədd edilincə əsəbiləşib qadına hücum etdi və üzərinə turşu ataraq qadını kor etdi. Yüksək Məhkəmə cəza olaraq adamın iki gözünün də kor edilməsinə qərar verildi. Gözlərinə hidroklorik turşu damcıladaraq kor olunma cəzasına məhkum edildi.

Orqanın ya da üzvün kəsilməsi
Səudiyyə Ərəbistanda oğurluqdan tutulanların sağ əlləri kəsilir. Yol soyğunundan tutulanlara çarpraz üsul tətbiq olunaraq, sağ qol və sol qıç kəsilir. İranda həbsxanada ciddi cinayətlər/günahları olanlar da cəza olaraq həm əllərini həm də ayaqlarını itirir. Yəmən, Sudan və Nigeriyanın İslamik bölgələrində də bu sistemdən istifadə edilir və Taliban dövründə Əfqanıstanda da istifadə edilirdi.



Yükləyib: KayFAriK2010-Aprel-14 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: Pis_Oglan #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
qamcilama usulundan cox xosum gelir
Yazıb: wry_yikda #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
en zor miwarnan bawin kesilmesi...oda maa aiddi tongue
Yazıb: KayFAriK #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Ne vare burda,Azerbaycanda bunlarin hecbiri yoxdu narahat olma,bizde yalniz rushfet almayanlari ishden qovurlar
Yazıb: ErasmuskA #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Vaxsey ay KayFAriK yazmaga movzu tapmadun?:)
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 343-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar