Dünyanın Ən Qorxulu Yerləri Dünyanın Ən Qorxulu Yerləri
Dünyanın Ən Qorxulu Yerləri
3

Paris katakombaları (Fransa) :

Yol qırağının hər iki tərəfi kəllə sümükləri ilə doludur – elə bil sklad kimi, kəllə skladı. Buranın havası quruluğu və bir-təhər iyi ilə seçilir (çürümüş ət iyi).. Burada hələ Fransız inqilabı vaxtından qalan yazılar mövcuddur. Bu katakombaların içinə girdikdə anlayırsan nəyə görə Viktor Hüqo və Enn Rays məhz bu yeraltı məkanları öz məhşur əsərlərində istifadə ediblər. Onlar şəhərin altı ilə düz 187 km məsafəyə uzanırlar, amma cəmiyyətə yalnız bir hissəsi məlumdur, çünki o biri hisəsinə heç kim buraxılmır. Deyilənlərə görə qalanını əfsanəvi xüsusi polislər qoruyur, ancaq bir çox ehtimallara görə bunu ölülər həyata keçirirlər və ya vampirlər.

Vinçesterlərin evi (San-Xose, Kaliforniya) :

Sehirli Vinçesterlərin evi – çox böyük bir konstruksiyadır. Deyilənlərə inansaq bu ev çox qorxulu bir tarixçəyə malikdir. Mənbələrin fikrincə, bir baxıcı silahqayırma fabrikasının varisi Sara Vinçesterə deyib ki, bu silahların açılan atəş nəticəsində ölənlərin ruhları ondan əl çəkməyəcəklər. Yalnız bir şərtlə ruhlar onu narahat etməz. Əgər o, Konnektikutdan Qərbə gedib ömrünün axırına kimi tikinti bitməyən bir ev tiksə o zaman ruhlar onu rahat buraxar. Tikinti 1884-cü ildə San-Xosedə başlamış və Saranın ölümünə qədər davam etmişdir – 38 ilə tikinti bitməyibmiş.. Hal-hazırda evin 160 otağında onun ruhları dolaşır: tavana qalxan pilləkənlər, divarların ortasında yerləşən qapılar, hörümçək duaları.... Evi insanların istismarına verdikdən sonra şikayətlərin sayı bitmək bilmir: birdən bağlanıb, açılan qapılar, öz özündən burulan qapı tutacaqları, gecələr ayaq səsləri, hərəkətdə olan işıqlar..

Meri-Kinq dalanı(tupuki) (Edinburq) :

Bir neçə sıxıcı, qaranlıq küçə, qədim şəhərin altında. Bu yerdə 18-ci əsrin vəba xəstəliyindən əzab çəkənləri saxlayıblar. Bu yerdə turistlərin ayaqlarına və qollarına gözə görünməyən nəsə toxunur. Deyilənlərə görə, bu valideyinləri tərəfindən 1645-ci ildə bura atılan balaca bir qızın, Enninin, ruhudur. Ən qorxulu nağıllarda olduğu kimi, 100 il keçəndən sonra Meri-Kinq dalanında yeni böyük bir bina tikildi. 2003-cü ildə bu tupiki turistlər üçün açıq elan etdilər. Buna baxmayaraq bura yenə də dünyanın vahiməli məkanlarından biri sayılır.

Çernobol (Ukrayna) :

Ukraynaya gələn zaman, dəhşətli Pripyat şəhərində gəzən zaman turistlər sanki dünyadan ayrılmış olurlar. Burada hər şey o qorxulu gecə zamanı, tələsikdə atılıb, qoyulan əşyalardır - 1986 ildə, Çernobol AES-də baş verən qəza zamanı.. Minlərlə insan öz evlərini, bir daha qaytarılmamaq üzərə, qoyub getmişdir. Evlərin qapıları, pəncərələri açıq qoyulub, bağçaların həyətlərində hələdə qalmış karusellər ölü bir küləyin təsiri altında yellənir, oyuncaqlar sürünür, stolların üstündə hələ oxunmamış qəzetlər qalıb.
Hal-hazırda radiyasiyanın dərəcəsi qorxusuz bir dərəcəyə çatdığına görə, bura turistlər üçün açıqdır. Şəhər bir “sarkofaqa” bənzəyir. Şəhərin zəhərlənmiş küçələri və dayanacaqları ilə hərəkət eləmək, qadağan olunmuş məkanın sakinləri ilə görüşmək olar.



Yükləyib: Administrator2010-İyun-12 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: KayFAriK #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
;))gelin Lenkerana men size gorsederem dunyani en qorxulu yerin
Yazıb: CHARMING #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
maraqli melumata gore twk.amma mence dunyada hele bizim bilmediyimiz sirleri acilmamiw qorxulu yerler coxdu.Meselen menim en cox qorxdugum ve helede sirri acilmayan BERMUT ucbucaqi.bu barede cox ferziyyeler ireli surubler amma yenede sirri acilmir ki acilmir.Sizce aranizda bilen bir alim tapilar biggrin bu sual hemiwe meni maraqlandirir goresen bunun sirri nedi happy
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Mənim bildiyim qədər,qaynar nöqtələr,müharibələrin getdiyi ərazilər ən qorxulu yerlər sayılır.
Hər hansı amerikalını,avropalını belə söhətlə qorxutmaq çətin məsələdir.Şərq ölkələri başda olmaqla onlar belə yerlərə ekzotika kimi baxırlar.
Maraqlı xəbərə görə sağol.
P.S. Bizdə bu kimi yerləri görmək üçün cəbhə bölgəsinə qədər gedib Qoşqardağa,Murovdağa qalxıb postda duran şir ürəyi yemiş əsgərlərimizi görmək kifayətdir.
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar