Evli qadınla zina etmənin günahı və kəffarəsi | İslam | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Evli qadınla zina etmənin günahı və kəffarəsi Evli qadınla zina etmənin günahı və kəffarəsi
Evli qadınla zina etmənin günahı və kəffarəsi
0

Sual: Ərdə olan qadınla zina etməyin kəffarəsi nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Zina qeyd-şərtsiz bütövlükdə şər bir əməldir.

Lakin evli qadınla zina etməyin günahı daha ağırdır. Çünki evli qadınla zina etmək qadının ərinin namus-şərəfinə toxunmaq və təcavüz etməkdir. Allah-Təala buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (əl-İsra,32).

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bir insan zina etdikdə sanki üzərindəki bir bulud kimi iman ondan çıxar və zinaya son qoyduqda təkrar ona qayıdar”.[1]

İbn Həcər əl-Heysəmi Zəvəcir an-iqtiraf əl-kəbəir (2/138) adlı əsərində deyir: "Beləliklə aydın olur ki, zinanın müxtəlif növləri var.

  • Ərdə olmayan naməhrəm qadınla zina etmək ağır bir cinayətdir.
  • Ərdə olan naməhrəm qadınla zina etmək daha ağır cinayətdir.
  • Məhrəmlə zina etmək bu ikisindən daha ağır cinayətdir.
  • Əvvəllər evli olmuş bir kəsin zina etməsi bakir yaxud bakirə birinin zina etməsindən daha şərlidir. Buna dəlil bu hallar üçün müəyyən olunmuş cəza formalarının müxəlif olmasıdır.
  • Yaşlı, ağlı-başında olan bir kişinin zina etməsi cavan birinin zina etməsindən daha şərlidir.
  • Azad yaxud bilən bir insanın zina etməsi kölə yaxud cahilin zina etməsindən daha pisdir. Sitatın sonu.

Ərdə olan yaxud hər hansı bir qadınla edilən zinanın kəffarəsi:

Bunu edən kəs səmimi-qəlbdən tövbə etməli və tövbə üçün qoyulan bütün şərtləri ödəməlidir. Bu şərtlərə günahdan tamamilə əl çəkmək, olub keçənlərə görə peşmançılıq keçirmək və bir daha buna qayıtmamağa qətiyyət göstərmək aiddir. Kim bu şərtləri ödəyərsə Allaha tövbə etmiş sayılır və kim tövbə edərsə Allah onun tövbəsini qəbul edər və onun pis əməllərini yaxşı əməllərə çevirər. Allah Sübhənahu buyurur: "Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?” (ət-Tövbə,104).

"Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!” (əl-Furqan,68-70).

əl-Buxari (4436) və Muslim (174) İbn Abbasa (Allah hər ikisindən razı olsun) istinadən rəvayət edirlər ki, müşriklərdən qətlə yetirmiş və bunu xeyli etmiş, zina və bunu xeyli işləmiş bir qrup adam Muhəmməd sallallahu aleyhi və səlləmin yanına gəlib dedilər: "Sənin söylədiklərin və bizi dəvət etdiklərin gözəldir. Bircə bizə bizim bu işlədiklərimizə görə kəffarənin olub-olmadığını söyləsəydin?”. Bu əsnada "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər” (əl-Furqan, 68) və "(Qullarıma mənim bu sözümü) de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (əl-Zumər,52) ayələri nazil oldu.

Zinaya bulaşan insan Allah-Təalaya tövbə etməyə tələsməli və Allah-Təalanın onun günahlarını örtməsi ilə günahını gizlətməli və bunu ifşa etməməlidir. Çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allah Azzə və Cəllənin qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə qoy bunu Allah Azzə və Cəllənin örtməsi ilə örtsün”.[2]

Muslim (2590) Əbu Hureyraya (Allah ondan razı olsun) istinadən rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: "Allah bu dünyada hansı qulunun (günahını) örtərsə qiyamət günü də onun (günahını) örtər”.

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/ar/ref/47924

[1] Əbu Davud,4690; ət-Tirmizi,2625; Şeyx əl-Albani "Səhih Əbi Davud”da hədisi səhih deyə təsnif edib.

[2] əl-Beyhəqi, Şeyx əl-Albani "əl-Silsilə əs-Sahihə”də (663) hədisi səhih deyə təsnif edib.




Yükləyib: ADMIN2012-Sentyabr-26 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 343-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar