Facebook tələsi - Diqqət, sizi izləyirlər! | İT və Texnologiya | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Facebook tələsi - Diqqət, sizi izləyirlər! Facebook tələsi - Diqqət, sizi izləyirlər!
Facebook tələsi - Diqqət, sizi izləyirlər!
3


Vaxt gələr, Facebookda yazılanlar əleyhinizə istifadə edilə bilər. Ona görə də satatuslarınızda diqqətli olun!

Facebook-u tanımayan tapılmaz. Bu gün demək olar ki, bütün vərdişlərimiz içində Facebook birinci yeri tutur. Gündəlik həyatımızda rast gəldiyimiz hər şeyi profilimizə yazırıq, bəzən qəzəbli, bəzən yumşaq, bəzən də təhqir edici şəkildə.
Təsadüfi deyil ki, Facebookdan geniş şəkildə istifadə bəzi iş yerlərində qadağalara səbəb olur. Elə düşünməyin ki, yazdığınız hər şey sadəcə Facebook-da qalır. Facebook statuslarınız həm də gələcək iş həyatınızda və ya ictimai məşğuliyyətinizdə köməyinizə gələ bilər. Sizi hamı izləyə bilər. Tanışlarınızdan tutmuş, məşhurlara kimi.

400 milyon insanı birləşdirən sosial şəbəkə

Facebook sosial şəbəkəsini Harvard Universitetinin tələbəsi 2004-cü ilin 4 fevralında yaratmışdır. Mark Zükerberq şəbəkədən əvvəlcə Harvard Universitetinin tələbələri ilə ünsiyyət saxlamaq üçün istifadə edir. Sonra digər universitetlər də şəbəkəyə qoşulmağa başlayırlar. Beləliklə Facebook bütün dünyanı cənginə alan məşhur sosial şəbəkəyə çevrilir. 2010-cu ilin 5 fevralına olan statistikaya görə, indiyədək Facebookdan 400 milyon insan qeydiyyatdan keçib.
2006-cı ildən Facebookda qeydiyyatdan keçən azərbaycanlıların sayı artmağa başlayır. Hazırda demək olar ki, gənclərin əksəriyyəti bu şəbəkənin üstünlüklərindən faydalanır. Əvvəllər Facebookdan sadəcə ünsiyyət vasitəsi kimi istifadə edirdilər. İndi isə Facebook həm də insanların özlərini, yaradıcılıqlarını və ictimai fəaliyyətlərini reklam edən sosil şəbəkəyə çevrilib.

Azərbaycanda Facebookdan nə üçün istifadə edirlər?

Azərbaycan gəncləri arasında apardığımız sorğunun nəticələrinə görə, gənclər Facebookdan sırf informasiya toplamaq üçün yararlanırlar. İstifadə meyarları gənclərin təhsil səviyyəsinə görə də dəyişir. Məsələn, bəziləri boş vaxtlarını keçirmək üçün, qızlarla tanışlıq, yeni simalarla ünsiyyət saxlamaq, dostları ilə dərdləşmək, insanları bilgiləndirmək, fikir mübadiləsi aparmaq üçün Facebooka üz tutur.

Diqqətli olun, sizi müəllimləriniz izləyir

Son zamanlar xüsusilə tələbə gənclərin Facebookdan yararlanması müəllimlərin də həvəslənməsinə səbəb olub. Əksər müəllimlər tələbələrinin dəvəti ilə Facebookdan istifadə etməyə başlayıblar. Bəs ümumilikdə müəllimlər Facebookdan nə üçün istifadə edirlər?
Bakı Dövlət Universitetinin bir neçə müəllimini bu mövzuda sorğu-sual etdik.

Zahidə müəllimə Facebookda ancaq tanıdığı tələbələrlə dostluq edir. Onun dediyinə görə, Facebook tələbələrin gündəlik fəaliyyətini izləmək üçün ən yaxşı vasitədir. “Tələbələrin bilik səviyyəsi onların profillərində əks olunur. Əsasən də sessiya qabağı dərdlərini açıq şəkildə yazırlar. Bu mənim üçün çox maraqlıdır”.
Xatirə müəlliməni Facebookda tələbələrinin sonrakı taleyi maraqlandırır. ”Elə tələbələr var ki, xaricdə qalırlar, orada işləyirlər. Onların yaradıcılıqlarını başqa yolla izləmək çətindir, asan əlaqə yaratmaq üçün Facebook əla vasitədir”.
Sevinc müəllimə keçmiş tələbələrini axtarıb tapmaq üçün Facebookdan yararlanır. “Mənim üçün Facebook xüsusilə keçmiş tələbələrimlə əlaqə yaratmaq üçün ən yaxşı ünsiyyət vasitəsidir”.
Lalə müəllimə Facebookdan yenilikləri öyrənmək üçün istifadə edir. “Facebook təkmilləşməyə və irəliləməyə çox yardımçı olub. Burada çox sayda ciddi və dünyaca məhşur simalarla tanış olmuşam. Bilmədiklərimi öyrənməyə, bildiklərimi öyrətməyə çalışıram”.
Təranə müəllimə üçün Facebook bir icmanı xatırladır. ”Mənə maraqlıdır məni kim özünə dost seçir, hansı tələbə maraqlanır. Facebookda özümə həmfikirlər tapıram, sanki insan özünü bir icmada təsəvvür edir”.
Vüqar müəllim yazılarını tələbələrilə bölüşmək və onların fikrini öyrənmək üçün Facebookdan yararlanır. “Mənə tələbələrimin fikirləri çox maraqlıdır. Facebook fikir mübadiləsi üçün çox maraqlı vasitədir”.

Və sonda, unutmayın ki, heç nə ötəri deyil. Facebookda yazılanların hamısı vaxt gələr əleyhinizə istifadə edilə bilər. Ona görə də hər satatus yazanda diqqətli olun.




Yükləyib: ADMIN2010-Aprel-01 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: wry_yikda #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
heh muellimlerde girseydi faceye lap mirt olardiki biggrin
Yazıb: wry_yikda #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
menim statuslarimi bilseler...men day azerbaycannan qacimki :))))
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1001-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar