Feck - Sirli Otaq Feck - Sirli Otaq
Feck - Sirli Otaq
0

Sirli Otaq

Necə maraqlısan, necə möcüzəli. Hərdən sənə yazığım gəlir. Sən özünü görə bilmirsən, sən bu gözəllikdən məhrumsan. Qaranlıq və balaca otaqda yorğanının altında gizlənmiş uşaq səni görsə, gecələr daha qorxmaz. Sakit, səssiz-səmirtisiz o kədərli görüntündən elə xoşum gəlir ki. Səni qucaqlamaq istərkən, imkansızlıq qollarımı geri itəliyir. Sənə daha yaxın olmaq istərkən sənin o istiliyin məni uzaqlaşdırır. Sən möcüzəlisən dedim, bax budur sənin möcüzən. Sənə yaxın olmamaq mümkün deyil. Ancaq sən hər dəfəsində elə kobud uzaqlaşdırırsan məni. Sənin o göz yaşların var, heç durmayan. Əlimi islatmağından xoşum gəlir. Barmaqlarımda quruyur sənin o göz yaşların. Ağladıqca aldığın fərqli görüntülərə aşiqəm. Sənin emosiyalarından xoşum gəlir. Dinləməyi bacarırsan. Sənə danışdıqlarımı indiyə kimi bir nəfərə belə deməmisən. Mən danışıram sən ancaq ağlayırsan. Sənin içində nə vulkanlar partlıyır,necə hisslər toqquşur. Sənin içindəki o dağlar, dağların başındakı qarlar. Mən hamısını duyuram, sən danışmasan belə. Sənə əlimi vuranda istisən, əlimi yandırırsan hərdən. Mən hələ də başa düşə bilmirəm içindəki bu buz kimi qarlar niyə ərimir. Sən içi başqa çölü başqa xarakterli deyilsən. Sən təmizsən, sən safsan. İnanıram ki, nə vaxtsa bu qarlara yaxın məsafədə duran günəş -sənin ürəyin- əridər onları. Yox mənim şüurumda problem var. Sənin mənfin ola bilməz. Bu sənin hər tərəfliliyini göstərir. Sənin uzaqlığın istiliyindi yoxsa soyuqluğun?! Sən yenə məni qoyub gedəcəksən keçən dəfələrdəki kimi, hə?! Yenə labirint oyunu? Bu oyunu uşaq ikən sevmişdim, artıq nifrət edirəm, bunu bacardın. Əsəbləşdirmə məni, aç ağzını bircə kəlmə sadəcə bir kəlmə denən mən susacam daha. Sənin kimi. Əbədi. Başa düşdüm sən pissən. Sənin əzab verməkdən xoşun gəlir. Mən səni tək qoyacam, sən ağlamağa davam et. Arxama baxmadan qapını çırpıb çıxdım otaqdan. Biraz nəfəs. Təmiz hava. Sən mənim otağımdakı oksigeni bitirirsən. Sən nəfəsimi də ala bilirsən məndən ancaq bircə kəlmə də danışmırsan. Eyvana çıxdım. Sakit ankara çiskini. Biraz şaxta. Yarpaqlar parıldayır. Üzərindəki damcılar yerə düşərkən yarpaq buraxmır sanki. Tutmaq istərcəsinə arxasından əyilsə də, damcı qurtuluş qələbəsində özünü yerə çırpır. Yerə çırpılan damcı parça-parça olur. Yarpaq yerində dura bilmir. İsterika və əsməyə başlayır. Bu idi sənin qurtuluşun???!!! Üzərindəki digər damcılar onu sakitləşdirir. Bu gecə hər şey məni içinə çəkir, məni qəfəsə salır. Mən boğuluram. Getməyin axrını gördüm eyvanda. Qaça-qaça otağa qayıdıram. Sən hələ də bəyaqkı yerindəsən. Heç tərpənmədin, hə?! Sənin bu sirrlərin məni ya filosof edəcək ya da dəli. Heç nə düşünmədən, sadəcə o görüntünə baxmaq bəsdi bu gecə mənə. Baxdıqca daha çox vurulum sənə, gələn dəfə beynimdə sualların sayı daha çox olsun. Özümə əziyyət verəcəm və bundan həzz alacam. Sənin mənə verdiyin hisslər bu qədər qarışıqdı. Susuram. Bəlkə mənim susqunluğum sənin dilini açar. Divarda kölgəmə baxıram. Mən nə edirəmsə, kölgəm də eyni şeyləri edir. Bəyaqkı ilə müqayisə edilməz dərəcədə zəif və solğunsan. Göz yaşların bir saniyə belə durmadı. Ağladıqca o möcüzəli sən yox olursan. Yenə gedəcəksən, bu fobia məni sarıb. Hər dəfə gəlirsən məni özünə aşiq edirsən və gedirsən. Mən bu hissə öyrəşə bilmirəm, bunu etmə. Sən son göz yaşınla bərabər otağın qaranlığında itirsən. Artıq divarda kölgəmi də gorə bilmirəm. Əlimi sən durduğun tərəfə uzadıram. Göz yaşların burda amma sən artıq getdin. Sənsiz nə dəyəri var göz yaşlarının. Üç cümlə bitməmiş onlar da qurudu. Yorğanın altında gizlənən kiçik uşağın hıçqırıqlarının səbəbi sənsən. Yenicə başlamış çılğın ankara yağışının səbəbi sənsən. Bu qaranlığın, bu fırtına, küləyin səsi. Yenə hər şey bir-birinə dəydi. O kiçik uşağı artıq yorğanı belə sakitləşdirmir. Çöldəki tufan qorxudur onu. Mən razılaşdım bu tale ilə. Sən sus, danışma, ürəyin istəyən qədər ağla, ancaq yenə gəl. Gəl ki, otağım yenə işıqlansın. Masanın üzərindəki növbəti şamı yandırıram. Yenə işıqlandı həyatım. O kiçik uşaq başını çıxardır yorğanın altından. Gözündəki damcıların parıltısı və üzündəki təbəssüm məni həyata bağlayır bu anda. Qara buludlar getdi, hava sakitləşdi. Sən isə işıqlandırdıqca otağı yenə ağlamağa davam edirsən...




Yükləyib: Administrator2010-Mart-07 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 3
Qonaq: 3
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar