Fransadakı Fransadakı
Fransadakı "Luvr Muzeyi" Haqqında
0

Bu muzeyin adı Fransız dilində Musée du Louvre adlandırılır. Dünyanın ən məhşur rəsm muzeylərindən biri hesab olunur. Hazırda dünyada böyüklüyünə görə üçüncü yeri tutur və onun meydanının uzunluğu 160 106 kvadrat metr hesab olunur. Hazırda burada 58 470 ekspozisiya saxlanılır. Muzey Parisin mərkəzində, sağında Senanın sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.
Muzeyin binası qədim və tarixi kral binası sayılı (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.

Luvr – dünyada ən böyük muzeylərdən sayılır və burada tarixi, qədim mədəniyyət, incəsənət nümunələri qorunur. Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses isə Kapetinqlərin dövründən etibarən formalaşmağa başladı.
Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir; Avropadan başlayaraq İrana, hətta Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinə də rast gəlmək olar.

Onların kllassikası isə 1848 – ci ildən başlayır. Avropa mədəniyyət nümunələrinin tarixi 1848 – ci ildən bizim dövrümüzə qədərki tarixi əhatə edir və ekspozisiyalar Orse, Mərkəzi Corc Pompidu muzeylərində göstərilir. Ancaq Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar isə Guimet muzeyində gələn qonaqlara baxmaq üçün təklif olunur. Hətta burada Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur ki, onlara da sahilyani Branli muzeyində tamaşa etmək mümkündür.

Luvrun ən tanınmış eksponatları; Hamurappinin qanunlarının siyahısı, Milisli Venera, Nika Samofraki, Cakonda (Mona Liza) və Leonardo da Vinçinin başqa rəsmləri, Rembrant, Tisianın rəsm əsərləri, İdarəedən xalqın azadlığı Delakruanın fırçasının məhsulu sayılır. Luvr dünyada ən çox ziyarət edilən muzey adlandırılır, çünki 2006 – cı ildə burada 8,3 milyon insane olmuşdur

Luvrun əsas hissəsi isə qala və istehkam kimi qorunmasıdır. Həmçinin burada Böyük Luvr qalası da var, hansı ki, 1190 – cı ildə kral Filipp Avqust tərəfindən inşa edilmişdir. Bu qalanın tikilməsinin əsas səbəblərindən biri Senanın daima göz altında olması, yəni yoxlanılması idi, vikinqlərin epoxundan bilindiyi kimi bura onların ənənəvi yolu adlanırdı. 1317 – ci ildə taxt – tacın və bütün mülkiyyətin Tamplierov Maltimskoya keçməsindən sonar o, krallığı Luvra köçürməyi qərara aldı. V Karl bu qaladan yeni krallıq yaradır. Ancaq tikilmiş Luvr qalasını 1528 – ci ildə I Fransisko öz əmri ilə tamam uçurdur və onun yerində 1546 – cı ildən etibarən yeni və möhtəşəm bir qala tikdirir.

Bu işlərin aparılması və qalanın tikilməsi Pyer Laskonun başçılığı altında edilir, hətta II Qenrix və IX Karlın dövrünə qədər də davam edir. İki böyük qanad binaya bərkidilmiş formada idi. 1594 – cü ildə II Qenrix Luvru Tyulri sarayına birləşdirməyi qərara alır. Bu Yekaterina Mediçinin arzusu nəticəsində həyata keçirilir. Dördbucaq həyətə malik olan bu sarayın memarları isə əvvəlcə Lemerse, daha sonra isə Lui Lyo – Vo olmuşdur.
Bu memarlar isə XIII Lüdovik və XIV Lüdovikin dövründə həmin yerdə işləmişlər. Bu kralların sayəsində isə sarayın həyəti əvvəlki böyüklüyündən dörd dəfə də artıq vəziyyətə gətirilərək, tam şəkildə genişləndirlimişdir. Sarayın bəzəklərinin hazırlanması və oradakı işləmələrin edilməsi həmin dövrün görkəmli rəssamları olan Pussen, Romanelli və Lebrenə tapşırılmışdır. 1678 – ci ildə güclü şəkildə gedən iş qəflətən dayandırıldı. Bunun əsl səbəbi isə XIV Lüdovikin iqamətgah kimi Versalı seçməyi oldu.

Bir müddət Luvr diqqətdən kənarda qalır. Yalnız XVIII əsrdə Luvrda yeni layihələr üzərində işlənməyə başlanır. Bu vaxt baş verən əsas hadisələrdən biri isə artıq Luvrun muzeyə çevrilməsi idi. Layihə XV Lüdovikin idarəetməsi ilə başlasa da, Fransa İnqilabı ilə başa çatır.
Muzeyin qapıları ilk dəfə 8 noyabr 1793 – cü ildə adi vətəndaşlar və ümumi xalq üçün açıq elan edildi. Bu hadisə Fransada İnqilab baş verən dövrü əhatə edir.
1989 – cu ildə sarayın mərkəzinə şüşədən hazırlanmış piramida qoyuldu, bunu hazıerlayan isə amerikan memarı Bey Yuymin idi.
Luvrun muzey kimi fəaliyyətindən əvvəl ekspozisiyaların yığılması işinə başlanıldı və bu zaman I Fransiskonun və XIV Lüdovikin həyatı boyu yığdıqları kolleksiyalar muzeyə tam surətdə verildi.

Həmçinin ən böyük kolleksiyaçılardan olan bankir Everara Jabaxanın (Everhard Jabach) 200 – dən artıq müxtəlif əntiq əşyalar, mədəniyyət, incəsənət nümunələri bu muzeyin fonduna verildi. Həmin vaxt krallığın tərkibində olan ekspozsiyaların sayı isə 2500 – dən artıq hesablanmışdı.
Zaman ərzində muzeyə çoxlu sayda kralllara aid olan, həmçinin onların şəxsi əşyalarından ibarət olan dəyərli kolleksiya nümunələri verilməyə başlandı.İntibah dövrü ərzində sonsuz sayda heykəllər və mülklərə daxil olan əşyalar Muzeyə gətirildi.
Sonrakı dövrlərdə isə Napolyonun hakimiyyəti zamanı müharibələr nəticəsində muzeyə gətirilən memarlıq nümunələri artmağa başlandı və həmin illərdə də Misir, Yaxın Şərq ölkələrindən incəsənət növləri gətirildi.

Həmçinin qeyd etmək lazımdır ki, çox insanlar öz şəxsi mülkərini vəsiyyətlərinə əsasən Luvr muzeyinə verməyi daha üstün sayırlar. Bunlardan biri də tanınmış kolleksiya yığanlardan olan Edmund Rotşild olmuşdur. Onun yığdığı kolleksiyaların çoxu XIX və XX əsr nümunələri hesab olunur.
Eksponatların hamısı Luvr muzeyinə müxtəlif yollarla gəlir. Luvrun tanınmış və ən məhşur əsərlərindən biri olan Cakonda (Leonardo da Vinçi) və Valehedici bağban (Rafael) rəsmləri I Fransiskoya aid idi. O, Cakonda rəsmini 1519 – cu ildə əldə etmişdir. Kane Qalileyskodakı nigah (Paola Veroneze) əsəri 1798 – ci ildə Venesiya kilsəsindən oğurlanmışdır. "Balaca yoxsul” Murilyonun əsəridir və 1782 – ci ildə XVI Lüdovik tərəfindən alınmışdır. "Krujeva toxuyan” - əsərin rəssamı isə Vermera adlanır və "Qanqalla avtoportret” rəsmi Dyurerin idi.

Bu kimi rəsm əsərləri isə 1870 – 1922 ci illərdə muzeyə verilmişdir. Son olaraq isə El Qrekonun "İsa peyğəmbərin xaç suyuna çəkilməsi” adlı əsəri muzeyə verilib və bu rəsm Şərqi Priney adlı məhkəmə binasından 1908 – ci ildə götürülmüşdür.
Muzeyin ən məhşur heykəllərindən biri Milisli Venera adlanır və 1820 – ci tapılmış, elə həmin il də türk hökuməti tərəfindən tapılaraq Fransaya göndərilmişdir. Nika Samofraki isə müxtəlif hissələri bölünmüş şəkildə 1863 – cü ildə Samotraki adasında, memar və Fransanın Andrenopuldakı vitse konsulu olmuş Şarlem Şamuaz (Charles Champoiseau) tərəfindən tapılmışdır.

Luvr muzeyində müxtəlif şah əsərlər saxlanılır ki, bu əsərlər də hər biri ayrı – ayrı mədəniyyətə, epoxa və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə muzeydə 300 000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 000 – nə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qoruma şəraitində saxlanılır və bu kimi əsərlər üç aydan artıq ard – arda gələn insanlara təqdim olunmur. Bunun əsl səbəbi isə həmin eksponatların öz daimi görkəmlərinin itirməsidir. Məhz həmin əsərlərin müdafiəsi üçün onlar xüsusi qaydalara əsasən müdafiə olunur.




Yükləyib: Administrator2010-Aprel-14 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 338-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar