Futbola Aid Maraqlı Rekord Nəticələr Futbola Aid Maraqlı Rekord Nəticələr
Futbola Aid Maraqlı Rekord Nəticələr
3

1986-87 mövsümündə oynanan Fənərbaxça-Eskişehirspor matçında, sarı-göylü qrup 4 penalti istifadə edərək ‘Ən çox penalti atan komanda' oldu."Ən çox penalti istifadə edən futbolçu" isə 4 atışı da qola çevirən Fənərbaxçalı Zəfər Tüzün oldu.

Avropa kuboklarına bir mövsümdə ən çox komanda göndərən şəhər Moskva[ oldu.1996-97 mövsümündə UEFA Kubokunda Spartak, Dinamo, Torpedo və MOİK Moskva mübarizə apardı.

Ölkəsinin liqalarına ən çox komanda verən paytaxt Buenos Aires. Açılış və Bağlanış Liqasında, Argentinanın paytaxtından cəmi 14 komanda iştirak edirdi.

1996-97 mövsümündə 34 matçda 2 qalibiyyət 27 məğlubiyyət, 5 heç-heçə alan Zeytinburnuspor, Türkiyə Birinci Liqa tarixinin ən pis performansına imzala atdı.

2006-cı il Dünya Kubokuna 2-ci Dövrdə vida edən İsveçrə, qapısında heç qol görmədən uduzan ilk komanda olaraq kubok tarixinə yazıldı.

Argentina-Kolumbiya matçında qazanılan 3 penaltidən də faydalana bilməyən Argentinalı Martın Palermo, beynəlxalq bir matçda ‘Ən çox penalti qaçıran futbolçu' oldu.

Mersin İdmanyurdu, Türkiyə Birinci Liqasında balı silinən tək komanda olaraq tarixə keçdi.1980-81 mövsümündə Beşiktaşla oynadığı matçda sahədən çəkilən Mersin qrupu məğlub sayıldı və 2 balı silindi.

Çempionlar liqasındakı ən sürətli qol' David Trezeguetə aiddi. 1997-98′də Monako forması geyən Trezeguet 157.33 kilometr sürətlə Mançester Yunayted'in qapısına yol açdı.

Rəqib qapılarına 54 qol vuran Jose Luis Chilavert, ‘Ən çox qol vuran qapıçı' olaraq futbol tarixinə keçdi. Chilavert ayrıca xətt-trick edən tək qapıçıdır.

2001-ci ildə Sidneydə oynanan matçda Avstraliya, Samoanı 31-0 məğlub edərkən, Archie Thompson, 11 qolla çətin bir rekordun sahibi oldu.

Ən çox qıçı qırılan futbolçu' rekordu Just Fonddasınaya aiddir. Karieri boyunca 4 dəfə ayağı qırılan Fransız qolçu, 1962′də təkrar ayağı qırılınca futbolu buraxdı.

Qalatasarayın hesabına tanınan köhnə oyunçusu Cüneyd Tanman ilə Beşiktaşın ‘Şifo' ləqəbiylə tanınan əfsanəsi Məmməd Özdilek, futbol karieri boyunca heç qırmızı kart görmədi.

Euro-2008 Seçmələrində Almaniya, San Marinonu kənar sahədə 13-0 məğlub edildi. Bu hesab, Avropa Çempionatı Seçmələrində alınan ‘ən fərqli nəticə' olaraq tarixə keçdi.

Denizlisporlu Allysson Araujo DOS Santos, Roberto Carlosun ‘Ən sürətli qola imza atan futbolçu' rekordunu əlindən aldı. Allyssonun Trabzonspor matçındakı bu 127.7 km sürətə çatdı.

Atatürk Olimpiada Stadionunda, İstanbul BŞB.-Gençlerbirliği matçıyla ‘Ən az tamaşaçıyla oynayan 5ci nəhəng stadion' oldu. 81 min tutumlu stadiounda 9 dekabrda oynanan matçı yalnız 50 adam izlədi.

Tony Aleksandr Adams, 22 il Arsenal forması geydi və başqa bir komandaya transfer olmadan futbol həyatını bitirdi.

Fransa-98-də ilk dövr matçlarının ardından Dünya Kuboku qırmızı kart rekorduna çatıldı. 48 matçda 16 qırmızı, 174 sarı kart çıxdı.

Dünyanın ən sürətli xətt-trick' rekordu Ross Countyun köhnə futbolçularından Tommy Rossa aiddir. Ross 1964də Victroia Parkda oynanan matçda Nairn County qarşısında 90 saniyədə 3 qol qeyd etdi.

Bournemouthun Wrexham ilə etdiyi matçda mübarizəyə 84cü dəqiqədə girən və 140 saniyədə 3 qol vuran Ceyms Hayter, ‘İngiltərə Futbol Liqasının ən sürətli xətt-trick edən' adıni aldı. Premier Liqada isə bu rekord Robbie Fowlerə aiddir. Məşhur İngilis ulduzu 1994də oynanan matçda 4 dəqiqə 33 saniyədə 3 qol qeyd etmişdi. Amerikan Futbol Liqasında ən sürətli müddətdə xətt-trick edən ad isə o dövrdə LA Galaxy forması geyən Harut Karapetyan. Karapetyan 1998də oynadıqları matçda 5 dəqiqə dolmadan Dallas Burn şəbəkələrini 3 dəfə havalandırdı. Fənərbaxçanın Serb ulduzu Mateja Kezman da, Alanyaspor matçında 4 dəqiqədə xətt-trick edərək rekord qırdı.

İngilis qapıçı Peter Shilton 1390 matçda iştirak etməklə ən təcrübəli qapıçı rekordunu qırdı.

Mançester Yunaytedin portuqaliyalı oyunçusu Cristian Ronaldo 94 milyon avroya Real Madridə transfer edilərək, 2001-ci ildən Zinəddin Zidana məxsus olan rekordu yenilədi.

FİFA tərəfindən dünyanın ən güclü oyunçusu hesab olunan Braziliyalı Pele 21 illik kariyerasında 1279 qol vuraraq ən çox qol vuran futbolçu rekordunu qırdı.

Amerika Samoası ilə Dünya kuboku ələmə qrupu matçını 31-0 qazanaraq Avstraliya yığma komandası, beləcə rəsmi matçlardakı rekordu əlinə keçirtdi. Bu matçda 13 qol vuran Archie Thompson, bir rəsmi beynəlxalq matçda ən çox qol vuran futbolçu olaraq rekordu qırdı.

Yaponiyalı futbolçu Masashi Nakayama 1998-ci ilin aprel ayında oynadığı 4 rəsmi oyunda 16 qol vurdu. Nakayama 4 matç arxa-arxaya het-trik edən yeganə futbolşu kimi adını futbolun tarixinə yazdı.

İngiltərənin Arsenal komandası Premier Liqada 7 May 2003-cü ildən 16 Oktyabr 2004 tarixinə qədər heç bir matçda məğlub olmadı.

Alman futbolçu Lothar Matthaus və Mekalı Antonio Carbajal , 5 dəfə Dünya Kubokuna qatılaraq ən cox qatılma rekordu qırdılar. Lothar Matthaus , çıktıgı 25 qarsılasmayla Dünya Kubokunda ən cox mac edən futbolçu rekordunu qırdı.

Suleyman Mamam 13 yaşında yığma komandada ilk oyununu keçirməklə dünya futbol tarixində yığma komandanın heyətinə düşmüş ən gənc oyunçu oldu.

Ən iri oyunçu İngiltərə yığma komandasını qapıçısı olub - Villi Henri Vulk. Onun boyu 1.90 m, çəkisi isə 141 kq idi.

Rekord hesab. Şotlandiya kubokunda, 1885-ci ilin 5 sentyabrında keçirilən Abrout-Bon Akkord matçı olmuşdur. Bu oyun 36-0 hesabı ilə başa çatmışdır.

Yubiley matçında öz qapısına qol vuran tək futbolçu Franz Beckenbauer.

Əfsanə İngilis futbolçu Gary Lineker, təxminən 20 il davam edən karierində bir tək sarı kart belə görmədi.

2000-2001 mövsümündə Bristol City-Brendford matçının ilk yarısında 23 dəqiqə itən zaman oynandı və bu müddət içində 2 qol vuruldu. Eyni matçda Bristolun qolçusu Lloyd Owusunun ayağı qırıldı və çiyini çıxdı.

Paulo Araujo eyni matçda 5 dəfə kart görərək rekord qırdı. Hadisənin səbəbi, oyundan atılan Braziliyalı futbolçunun dalğın hakimə fərq etdirmədən matça davam etməsi idi.

İngiltərə matçında 3cü dəqiqədə öz qapısına qol vuran Paraqvaylı Carlos Gamarra, ‘Öz qapısına ən erkən qol vuran futbolçu' olaraq tarixə keçdi.

1957-ci ildə Charlton, 75ci dəqiqə 10 adam oynadığı və hesabın 5-1 məğlub olduğu dəqiqələrə baxmayaraq 15 dəq içində Huddersfield matçını 7-6 qazandı.

Willenhall Town və Ladies-Burton Brewers matçı, Guinness Rekordlar Kitabına girdi. Ortalama hər 1,5 dəqiqədə 1 qol vuran Willenhall Town, matçı 57-0 qazandı.

Finlandiyanin unudulmaz oyunçularından Pentti, 1986′da öz qapısına 5 qol vurdu. Matçdan sonra komanda yoldaşları tərəfindən Penttiyə ‘kompas' belə alındı.

27 komanda dəyişdirən Lutz Pfannenstiel, 6 qitədə də top oynayan tək futbolçu oldu. 34 yaşındakı Alman qapıçı, hələ də Clube Atlético Hermann Aichingerdə forma geyir.

İstifadə etdiyi 63 penaltidən 16ını qola çevirə bilməyən Gerd Müller, ‘Dünyanın ən çox penalti vuran' futbolçusu oldu.

Trabzonspor, 1979-80 mövsümündə 30 matçda qeyd etdiyi 25 qolla(0. 833 qol ortalaması) ‘Dünyanın ən mənfi çempionu' ünvanını əldə etdi.

Professional müqaviləyə imza atıb, ‘Ən uzun müddət oynamayan futbolçu' köhnə Liverpul qapıçısı Jorgen Nielsen olaraq qeydlərə keçdi. Hvidovredən 26 yaşında transfer edilən qapıçı tam 4 il, 11 ay forma geymədi.

Şikəstliyi səbəbiylə ‘Ən uzun müddət oynamayan ən bahalı futbolçu', Milana Real Madriddən 11 milyon pounda gələn Fernando Redondodur. İlk matçında 3cü dəqiqədə şikəst olan Redondo, təxminən 2,5 il sahələrdən uzaq qaldı. Redondo, 2.74 milyon pound, ev və avtomobili Milana geri vermək istədi, ancaq klub bu təklifi qəbul etmədi və mükafat olaraq hədiyyə verdi.

Avropada bir matça edilən ən böyük iştirak' Hampden Parkda oynanan matçda reallaşdı. 1937ci ildəki Şotlandiya Kuboku finalında Celtic-Aberdeen matçını 146 min 433 biletli tamaşaçı izlədi.

"Üç böyüklər" içində liqanı mənfi averajla tamamlayan tək komanda Beşiktaşdır. Qara qartallar, 11ci sırada tamamladığı 1975-76 mövsümündə 25 qol vurub, 32 qol buraxmışdır.

Beşiktaşlı tərəfdarların Liverpul matçında etdiyi təzahürat 132 desibelə çıxdı. 132 desibel, futbol tarixinin ən yüksək səs səviyyəsi idi.

Braziliyalı köhnə qapıçı Eugênio Machado Souto, 33 fərqli komanda da oynadı. ‘Geninho' ləqəbiylə tanınan Souto, bu anda Atlético Mineironun başındadır.

Fənərbaxça ilə Qalatasaray arasındakı matçlarda ən az tamaşaçı 17 Noyabr 1922-ci il tarixindəki qarşılaşmağa gəldi. İttihat Sahəsində oynanan matçı hamısı biletsiz 14 adam izlədi.




Yükləyib: Administrator2010-İyun-29 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: wry_yikda #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Trezeguet yeri varrrrrr..O ele sxodalariynan yadda qalib ))) elede udar berk olur tongue
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar