Gənclərin 53 faizinin şəriət qanunlarının tətbiqinə tərəfdar çıxdığı açıqlandı. Gənclərin 53 faizinin şəriət qanunlarının tətbiqinə tərəfdar çıxdığı açıqlandı.
Gənclərin 53 faizinin şəriət qanunlarının tətbiqinə tərəfdar çıxdığı açıqlandı.
1
«ADAM» sosioloji xidməti Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin(FAR CENTRE) ABŞ-ın National Endowment for Democracy(NED) təşkilatının dəstəyi ilə 2009-cu ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb.Sorğuda məqsəd Azərbaycan gənclərinin sosial durumunu və ölkədəki ictimai-siyasi proseslərə baxışlarını öyrənmək olub.Sorğu anketinə gənclərin həm də dini baxışlarına dair suallar daxil edilib.

Rəyi soruşulan gənclərin(18-30 yaş arasında) 55%-i öz maddi vəziyyətindən razıdır,43%-i isə maddi sıxıntı içində yaşayır.Daha yaxşı həyat axtarışında ölkəni birdəfəlik tərk etmək istəyən gənclərin sayı artıb–23%.Rəyi soruşulanların 43%-i ölkəni müvvəqəti tərk etmək istədiklərini bildirib.

Respondentlərin 42%-i dövlət müəsissələrində,11%-i biznes qurumlarında işləmək istədiyini bildirib,40%-i isə öz biznesini qurmaq niyyətindədir,yalnız 3% heç bir yerdə çalışmadan valideynlərinin hesabına yaşamaq istəyir.

Tanrıya inandıqlarını bildirən respondentlərin sayı 96% təşkil edib.Dini ayinləri mütəmadi olaraq 13% yerinə yetirir.Tam olaraq və ya ailə məsələləri sahəsində şəriət qanunlarının tətbiqini respondentlərin 53% alqışlayır.

Qızlar üçün nikaha qədər seksi respondentlərin 69%-i pisləyib,18%-i bunu normal hal və hər kəsin öz şəxsi işi kimi qiymətləndirib,yalniz 3%-i bunun zəruri olduğunu bildirib.Seksual azlıqlara respondentlərin 73%-i mənfi,11%-i laqeyid,9%-i müsbət münasibət bəslədiyini qeyd edib.

Ailədə kişinin rolunu daha yüksək tutanlar 46%,bu rolu qadına verənlər 2%,ailədə hər şeyin qarşılıqlı razılıqla baş verməsini düzgün hesab edənlər 47%,başçı olmaq hüququnun evə daha çox pul gətirənə aid olduğunu düşünənlər 4% təşkil edib.

Respondentlərin 47%-i ölkədə siyasi vəziyyəti sabit sayır.28% siyasi vəziyyətin gərgin olduğunu düşünür.«Əmin-amanlıqdır» deyənlər 7%,«çox təhlükəlidir» deyənlər 2%, cabab verməyə çətinlik çəkənlər 16% təşkil edib.

Rusiya və Qərb gənclər arasında eyni səviyyədə populyardır:Azərbaycan Rusiya və MDB dövlətləri ilə birgə daha çox inkişaf etmək imkanına malikdir–44%,Avropa və ABŞ-la birgə–42%,Türkiyə ilə birgə–37%,İran və islam dünyası ilə birgə–8%.

Gənclərin 50%-i heç bir tarixi şəxsə bənzəmək istəmədiyini bildirib.Məmməd Əmin Rəsulzadəni seçənlər 6%,Heydər Əliyevi seçənlər 6%,Əbülfəz Elçibəyi seçənlər 5%,Kamal Atatürkü seçənlər 4%,Mehriban Əliyevanı seçənlər 4%,İlham Əliyev seçənlər 4%,Şah İsmayıl Xətaini seçənlər 3% təşkil edib.

Rəyi soruşulanların yalnız 7%-i siyasi partiya üzvü olduğunu bildirib.Respondentlərin 35%-i siyasətlə maraqlanmır.

Gənclərin internetə çıxış imkanları zəifdir.Respondentlərin yalnız 20%-i gündəlik olaraq internetə daxil ola bilir, gündə bir neçə dəfə internetdən istifadə edən respondentlər 26%,ayda bir dəfə istifadə edənlər 18%,internet çıxışına malik olmayanlarsa 36% təşkil edib./azadliq.org/




Yükləyib: Tapdiq2010-İyun-13 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: CHARMING #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
sen bu qeribe xeberleri hardan tapiran?yenede maraqli melumata gore thanks
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 338-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar