“Gmail”dakı poçtunuzun parolunu dəyişin “Gmail”dakı poçtunuzun parolunu dəyişin
“Gmail”dakı poçtunuzun parolunu dəyişin
0

Ünvanlar kütləvi sındırılmaya məruz qalıb


“Gmail” elektron poçt servisinin istifadəçiləri onlara məxsus ünvanlardan spam məktublarının göndərildiyini aşkar ediblər. Spamlar sındırılmış akkauntlardan (istifadəçinin şəxsi məlumatları saxlanılan qeydiyyat yazısı) onların sahiblərinin məktublaşdığı istifadəçilərə, yəni ünvan kitabçasında olan kontaktlara göndərilir.

Məktubların surəti bir qayda olaraq “Göndərilmiş” qovluğunda saxlanılır, bəzən isə onları “Səbət” qovluğunda rast gəlmək olar. Bəzi məktublar ünvana çatmır və göndərilmənin mümkün olmadığı haqqında bildiriş şəklində “Daxil olmuş” qovluğunda qalır. Aşkar olunduğu kimi, spamerlər hər dəfə başqasının akkauntna mobil interfeys vasitəsilə daxil olur. Qanunsuz daxilolmalar həyata keçirilən ünvanlar Qlobal Şəbəkədə ABŞ, Qərbi Avropa, Yaxın Şərq, Asiya, Afrika üzrə yayılıb.

Maraqlısı isə ondan ibarətdir ki, bədəməl istifadəçilər öz qurbanlarının əlaqə ünvanlarını yalnız spam göndərmək üçün istifadə edirdilər. Onlar burada parolları dəyişdirmir, eləcə də əlaqə kitabçasından ünvanları və qovluqlardan məktubları silmirdilər. Spamerlərdən zərərçəkənləri hansı istiqamətin birləşdirdiyi hələ məlum deyil. Sındırılmaya həm işlək, həm də çoxdan istifadə olunmayan akkauntlar məruz qalıb. Görünür ki, burada parolun etibarlılığı və antivirus proqramının olması və ya müxtəlifliyi heç bir rol oynamır. Bir çox kompüterlərdə heç bir zərərli proqramlar aşkar edilməyib. Akkauntlarına müdaxilə edilmiş istifadəçilərin kompüterlərinin platformaları müxtəlifdir: ayrı-ayrı versiyalı və kombinasiyalı IE, Firefox, Opera, Chrome brauzerli XP, Windows 7, Windows Vista, Mac OS, Linux əməliyyat sistemləri.

Sındırılmış akkauntların sayı da müəyyən edilməyib. “Google” şirkəti yaranmış vəziyyətlə bağı heç bir rəsmi açıqlama vermir. Bununla yanaşı, bəzi mənbələrdə şirkətin bununla əlaqədar araşdırma apardığı bildirilir. Ekspertlər “Gmail” elektron poçt servisinin bütün istifadəçilərinə akkauntların sonuncu istifadəsi haqqında hesabatları yoxlamağı, parolları dəyişdirməyi, kompüterlərdə quraşdırılan hər hansı bir hərəkətin yerinə yetirilməsi üçün müvafiq hüququn verilmə funksiyaları məhdudlaşdırmağı, eləcə də iş bitdikdən sonra poçt servisini tərk etməyi unutmamağı tövsiyə edir.




Yükləyib: wry_yikda2010-Aprel-25 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar