Günay Musayeva: “Azərbaycanlı Kişi İlə Ailə Qurmayacağam” Günay Musayeva: “Azərbaycanlı Kişi İlə Ailə Qurmayacağam”
Günay Musayeva: “Azərbaycanlı Kişi İlə Ailə Qurmayacağam”
2

Məşhur müğənnimiz Türkiyədə özünü nazir arvadı kimi təqdim edib”
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın eksklüziv müsahibəsi sizlər üçün
.

- Günay, sən Türkiyədə daha populyarsan, açığı elə biz də səni Türkiyə mətbuatından tanıdıq. Karyerana Azərbaycanda başlamışdın, yoxsa orda tanındın?

- Mən 2007-dən Türkiyədəyəm. Getdiyim gündən orda tanınmağa, ekrana çıxmağa başladım. İlk əvvəl model agentliklərini biri ilə müqavilə imzaladım. Ondan sonra 2008-də Maltaya getdim, 60 ölkə içində “Miss world bikini” seçildim, dərəcə aldım. Həmin müsabiqədə Azərbaycanı təmsil edirdim. Bu təbii ki, Türkiyədə daha populyar olmağıma, kanallara çıxmağıma vasitə oldu. Türkiyədə çox mötəbər model agentliyi ilə işləməyə başladım. Bu agentlik Rafaelo Ferrarini məşhur edən bir müəssisisə idi. Burada məni menecer, yardımçı evlə təmin etdilər. Ən populyar – “KanalD” , “Star”, “Show”, “Fox”, Kanal1” və daha neçə kanallara çağırıldım. Mətbuatın diqqət mərkəzində oldum, özəl açılışlara qatıldım. 2009-da isə “Miss World bikini”də dünya üçüncüsü oldum. Bu müsabiqə isə Maltada keçirilirdi. Orada da Azərbaycanı təmsil etdim. Bizdən belə müsabiqələrə qatılanların sayı azdır. Mənim üçün əlbəttə ki, Türkiyə yox, Azərbaycanın üçüncü olması sevindirici idi. Mən orda Qarabağ xanımının geyimi ilə səhnəyə çıxıb mükafatı aldım. Təbii ki, geri qayıtdıqdan sonra işlərimi daha yaxşı oldu.

- Yaxşı, nəticəsi nə oldu?

- Televiziya kanalından təklif aldım. Bu, moda kanalıdır - “World Beauty Channel”. Eyni vaxtda üç proqrama dəvət aldım - biri maqazin proqramı idi, digəri ünlülərlə söhbət, biri də moda aləmi ilə bağlı... Daha sonra “Best model of Turkey” və “İstanbul FM müzik ödülləri”ndə aparıcılıq etdim. Başqa nə deyim?

- Məsələn, Azərbaycandan gedib Türkiyədə fəaliyyət göstərməyə çalışan bir çox sənətçilərdən danış. Sadaladıqların göstərir ki, azərbaycanlı orda uğur əldə edə bilər. Niyə bu uğura onlar nail ola bilmirlər?

- Nəinki Türkiyədə, Milanda da uğurlarım oldu. Modelyer Pradanın dəfiləsinə çıxmaq balaca iş deyildi. Maltada fransız modelyeri Katalinin dəfiləsinə çıxdım...
Düzdü, bizdən çox müğənnilər gedir. Amma inciməyin, hərdən mən sizin saytınızı oxuyub onların müsahibələrini eşidəndə gülməyim gəlir. Bizdən orda yalnız və yalnız Məlahət Abbasova və Azəri Günel məşhurdur. 2006-da ildə isə Zeynəb xanımın konserti ajiortaj yaratmışdı.

- Bəzən oradan gələn bəzi sənət adamları həmkarlarının “məziyyət”lərindən “ürəkağrısı” ilə danışır.

- Hə... “Ay getdik ora... bu verilişə çıxdıq” (gülür). Çoxundan xəbərim var ki, gəlib pal-paltar alır. Bu eşitdiklərim yox, gördüklərimdi. Mən maqazini sizin saytdan təqib edirəm və o məşhurların danışdıqlarına gülürəm.
Bizim müğənni xanımları da proqramlara çıxarmağı çox istəmişəm, dəfələrlə dostluq əlaqələrimdən istifadə etmişəm. Bir dəfə bir müğənninin şəkilini maqazin proqramında işləyən dostlarıma göstərib ondan reportaj hazırlamasını istədim. Onlar hələ rəsmi görəndə sonra mənə dedilər ki, “incimə, bu mümkün deyil”...
Bəzən özlərini oranın ən məşhur aktyorları ilə müqayisə edirlər. Türk mətbuat nümayəndələri də gülə-gülə bunu deyəndə mən təsirlənirəm...

Bir müğənnimiz isə... Orada “Kanal1” televiziya kanalına çıxmışdı. Adını çəkməyəcəm, çünki həqiqətən Azərbaycanda sevilən, nüfuzlu xanımdı. İllərdi sənətlə məşğuldur, sözünü deyib. Bu müğənni özünü türk proqramında “bakan karısı”, yəni nazirin həyat yoldaşı kimi təqdim edib.
Mən bu sözü eşidəndə heyrətə düşdüm. Axı sən bu sözü necə dilinə gətirirsən? Məşhur müğənnimiz Türkiyədə özünü nazir arvadı kimi təqdim edib...

- Bəs o jurnalist bu sözə inandı?

- Yox, o şübhələndiyi üçün məndən soruşdu ki, bu “bakanın karısıdı”? Bir neçə proqrama çıxdı. Orada da loru dildə “qurban olum mənə qulaq asın” deyilən şəkildə çıxdı.
O xanım Türkiyədə Seda Sayanın proqramında “Beni də dinləyin” rubrikasında iştirak etmişdi. “Kanal 1”in işçiləri bunu mənə deyəndə, cavab tapmaqda çətinlik çəkdim...
Müğənnilərimizin belə hərəkətinə axı ehtiyac yoxdur! O boyda Azərbaycan mədəniyyəti, özlərinin istedadları var.
Bir dəfə isə başqa bir müğənninin verilişə çıxması üçün tanışımdan xahiş etdim. Mən axşamdan dedim ki, səhər sən bu verilişə çıxacaqsan. Həmin xanım səhər 6-ya kimi əyləndi, yatmadı. Canlı efirin başlamasına az qalıb, saat 11-də veriliş başlamalıdı, bizim müğənni isə hələ də yatır. Təbii ki, məsuliyyətsizlik! Təsəvvür edin ki, türklərin heç tanımadıqları müğənniyə kömək etmişəm, məsuliyyətsizcəsinə yatıb...
Kanal işçisi inanın ki dəhşətə gəlmişdi: “Bumu sizin sanatçi? Verilişə 20 dəqiqə qalıb, bu nə vaxt oyanacaq, süslənəcək, verilişə gələcək?”...

- Deyilənə görə, Türkiyənin bizim müğənniləri istəmir, qəbul etmir. Amma nə əcəb modellərin tanınması asandır?

- Modellərdə belə hal yoxdur. Həmkarlarım hətta məni istəməsələr belə, taniyir, qəbul edirlər. Çünki onlara gəlir üçün professionalla işləmək lazımdır. Əsas firmalar yad manekenlər tələb edirlər. Türk modelləri daha kök və şıltaq olur. Orda yüzlərlə moda agentlikləri var. Lakin şirkət xərc qoyub yad modellər gətirir. Firmalar kataloq çəkimləri üçün yabançı üzlər axtarır. Müğənni yox, model qəbul olunur.
Mən Türkiyənin məşhur adlarından təmənnasız dəstək aldım. Mən onların sayəsində hələ də ordayam.
Türkiyədə məni azərbaycanlılar da dəstəkləyir. Özüm Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Aran sevimli müəllimim olub. Biz Türkiyədə də görüşürük. Birlikdə bir çox proqramlara çıxmışıq, bayraq olayında Səyyad müəllimlə siyasi proqramlara da çıxdıq. Bütün tədbirlərimi də Səyyad müəllim izləyir.

- Bəs qadın kimi, orda diqqət mərkəzində ola bilirsən?

- Əlbəttə. Gözəlliyin önəmi var, diqqət mərkəzində olursan, gözəl davranırsan. Ləvənt Özdəmir, Vahe Kılıçaslan kimi insanlar ilk gündən mənə dəstək oldular. Onlar xarici görünüşümə görə mənə qiymət verdilər, “sən çox populyar olacaqsan” dedilər.

- Yox, onu demirəm, şəxsi həyatını soruşuram!...

- Maraqlı sualdır (gülür). Ötən il çox populyar bir insanla adım anıldı, maqazin verilişlərində çəkildi, qəzetlər yazdı. Bu, onların iddiası idi. Düzdür, orada görüşdüyüm insan olub - o da populyar şəxs idi. Lakin təqdim edilən şəxs deyildi. İndi də o şəxslərlə gözəl dostluq münasibətim var.
Hər proqramdan sonra evlilik təklifi alıram. Onlar qadına daha çox diqqət yetirirlər, çox gözəl davranırlar. Çox diqqətcildirlər. Hər qadın da diqqəti sevir. Mən türk kişilərindən daha çox diqqət gördüm, nəinki Azərbaycan kişilərindən. Çünki çox sevdiyim insan da məhz türkdür...

- Yəni, azərbaycanlı kişi ilə ailə qurmayacaqsan...

- Yox. İnanmıram. İnsan sevdiyi insanla ailə qurmalıdır. Sevdiyim insan da mənim karyerama xələl gətirməməlidir. Azərbaycanda hansı kişi istəyər ki, xanımı maneken olsun. Bizdə hələ də belə şeylər qəbul olunmur. Orda isə hələ də dəstək olurlar.
Mən demirəm ki, bizim kişilər pisdir. Azərbaycan kişiləri də çox mərddirlər. Mənim azərbaycanlı bir dostum var ki... çox istəyirəm onu... Bakıya gələndə onunla mütləq görüşürəm.




Yükləyib: Administrator2010-Aprel-09 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: Tapdiq #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Sən bir bunun şəklinə,verdiyi pozaya bax!Görünür ki,Türkiyədə bizi "yüksək səviyyədə" təmsil edir.Deyir ki,bəs azərbaycanlı kişi ilə ailə həyatı qurmayacağam.Sənin kimisini inanmıram burda hansısa lox ala.Bir də ki,sənin kimilərini almırlar,fırladırlar.
Yazıb: wry_yikda #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ala yasilbas ordey bambili bambili xeberler qoymada.....
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar