Heyat heqiqeten de bir oyundur Heyat heqiqeten de bir oyundur
Heyat heqiqeten de bir oyundur
2



Həyat – qaydasız oyundur. Və sənin yalnız bir dəfə cəhd etməyə şansın
var.
SƏn seçimində azadsan, çünki həyat – azadlıqdır.
Yalnız sən özünü çərçivəyə salıb, azad həyata əsirlikdən kimi baxa
bilərsən.
Həyat oyununda hər kəs üçün fərdi rol ayrılıb, və sən bu oyunun
gedişatına cavabdehsən.
Həyat oyunu kralın ölümü ilə bitmir, əksinə davam edir, və hətta qalib
gəlir.
 Həyat oyunçuları uydurma və yalanlardan qumarbazlardan daha çox
istifadə edirlər.
 Həyat oyununda nişanlanmış kartlar yoxdur, amma damğalanmış
oyunçular var.



Sən hər an həyatını dəyişə bilərsən. Yetər ki, öz daxili güvvəni özün üçün kəşv edəsən. Öz gücünə inanasan və sənə ayrılan zamanı qiymətləndirib həyatını yaxşılığa doğru yönəldəsən. İnsanın təxəyyülü, arzuları – onun həyatının əsasıdır, binövrəsidir. Bir çox hadisələrin gedişatı bu təməlin möhkəmliyindən asılıdır. Sənin arzu-istəklərinin pozitiv gücü onları daha tez gerçəkləşdirə bilər. Calış düzgün nişan al, arzulamaqdan əvvəl "yüz ölç – bir biç”. Ehtiyatlı ol – arzu – reallığa çevrilə bilər. Və sən buna hazır olmalısan! Hərdən insan illərlə arzuladığını əldə edəndən sonra həyatının mənasını itirir.

Məsələn, bir sxem

"möcüzə” arzusu "möcüzə” gerçəkləşəndən sonra

1."Ali məktəbə qəbul olmaq” "Həvəssiz oxuyub, kafi qiymətlərlə bitirmək”

2."Sevdiyin insanın məhəbbətini qazanmaq” "Hisslərin soyuması, laqeydlik, ayrılıq”
 
3. "Nişan, toy-düyün” "Adilik, əsəbilik, gərginlik, boşanma”

4. "Ana olmaq” "Məişət problerindən tez yorulma, pərt hall”

5. "Müsabiqədə birincü olmaq” "yalnız dost-tanış arasında tanınan”



Cədvəlin açıqlanması-səbəblər...

1. Abituriyent imtahana hazırlaşanda – yaxşı həkim, müəllim, iqtisadçı olmağı arzulamır. O, sadəcə, tələbə olmaq istəyir. Bu səbəbdən, universiteti həvəssiz bitirib özünə uyğun iş tapa bilmir. Axı onun hədəfi "Ali məktəbə qəbul olmaq” idi. Sonrasını düşünmədi – bu da gözəl arzunun nəticəsi...

2. Gənc qızlar, oğlanlar bir-birinin ovsununda yalnız öz məqsədlərini düşünürlər: "O, mənim olmalıdır!”.Qarşılarındakı maniələri, çətinlikləri keçmək onlar uçun oyunun mərhələsi kimidir. Yalnız əldə etdikdən sonra oyanıb yanlarında yad bir insan görürlər. Çünki, məqsədləri o insanı qazanmaq idi, onun yaxından tanımaq yox.

3. Hər bir qız toy günü arzusu ilə yaşayır. Onda belə bir sual yaranır: "Bəs nə üçün boşanmaların sayı çoxalır?” Çünki, xanımlar, ailə həyatının çətinliklərini düşünmürlər. Nə həyat yoldaşlarına, nə də ki, onun qohun-əqrabasına güzəşt etmək istəmirlər. Halbuki, ailənin birincü qanunu – güzəşt etmək bacarığıdır! Bax belə gözəl, heyranedici, cazibədar, füsunkar toy məclisinin səbəbkarları ayrılmaq təhlükəsi ilə rastlaşırlar.

4. Qadın Ana olmaq arzusu ilə yaşayır, 9 ay səbirsiz gözləyir, balasını qucağına alanda – dünyanın xoşbəxti olur... Bəs nə üçün uşaqlar, döyülür, söyülür, uşaq evlərində atılmış uşaqların sayı artır? Çünki, bəzi xanımlar ana olmağı "evcik-evcik” oyununa bənzədirlər. Uşaq onların gəlincıyıdir. Bezdirsə - atıb, başqa oyun oynayacaq.

 5. Pespublikada bir çox müsabiqələr keçirilir. İlk gündən iştirakşılarının arzusu daha böyük yarışmalara qatılmaqdansa – burda 1-cü olmaq olur. Bəs sonra? Məqsədsiz galıb, bir anda sadə, maraqsız adama çevrilirlər. Bəzən arzu sahibi "mö'cüzə”nin təsirindən özünü itirir. Bundan sonra necə yaşayacağını bilmir. Axı o, sonrakı addımları hesablamamışdı!.

Həyatın bir neçə qanunlarından birini yadda saxla:
- Sənin xoşbəxtliyin yalnız sənin əlindədir. Həmçinin uğursuz nəticənin də
məhsuliyyətini sən daşıyırsan;
- Həyat naməlum gedişatı ilə gözəldir. Hər şey yaxşılığa doğrudur!
- Hərəkət et! HƏYATININ SULTANI OL!



Yükləyib: KayFAriK2010-May-18 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: Moonlight #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ooooooooo Tapdiq,onda biz vampirlerin kefidi ki:)))))
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
...Vallah,bu həyat ki var,bu çox qəliz məsələdir.İnsan həyatda futbolçu olmaq istəyir.Amma,bir də görür ki,o,oyunçu yox,topdur.Yaşadığı həyat onu futbol topu kimi sola,sağa dığırladır.
Bəziləri deyirlər ki,bəs,həyatda hər şey insanın özündən asılıdır.Məncə,bu belə deyil.Tale,qismət deyilən şeylər var ki,bu hər kəs üçün keçərlidir.Hər halda,həyatın gedişatı bunu adama göstərir.
P.S. Dünyanı qurd qanunları idarə edir.Kimin dişləri itidirsə o,da qalib gəlir.Mən artıq,dişlərimi itiləməyə başlamışam.
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 590-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar