H.O.S.T. H.O.S.T.
H.O.S.T.
1
H.O.S.T Alliance Azərbaycanda fəaliyyət göstərən, repçilərindən təşkil olunmuş alternativ qrup.
Öz növbəsində, həm də Azərbaycanda alternativ cərəyan yaratmış, cəmiyyəti hədəf almış, onun problemlərini qabardan, undeground layihələrlə mentalitet və yerli əhalidəki streotiplərə qarşı mübarizə aparan gənclərdir.
Yaranması
8 nəfərlə fəaliyyətə başlayan bu alyansın birləşmə forması belədir:
Baku Clan(Jamal_Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete.
Baku Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar: Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan "Baku Clan” tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur. Birgə ilk iş - "Sənsiz (Love Story)” tracki yazılır. Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının axırlarında Qaraqan və Felon De Jure "Məni qaytar” adli track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. "H.O.S.T Alliance” adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk track olan "Həyatım əllərimdə” tracki hazır olur. 29 iyun 2007-ci il tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom "Proloq” adlanır və 17 kompozisiyadan ibarət olur:

"Proloq"
1.İntro

2.H.O.S.T (Qaraqan, Felon De Jure, ErranT, Jamal_Ali, PRoMete)

3.Məni Qaytar (Qaraqan, Felon De Jure)

4.Həyatım əllərimdə (Qaraqan, Jamal_Ali, ErranT, PRoMete )

5.How we rapin’ (Felon De Jure, ErranT, Qaraqan)

6.İstəmirəm (Qaraqan, PRoMete, Jamal_Ali)

7.Xronika (Qaraqan, ErranT, Felon De Jure)

8.Yenə tək (Qaraqan, ErranT)

9. Bakı (Felon De Jure)(Skit)

10.Gəl gedək (Feck, AiD)(vokal Ayka)

11. Propoganda (Qaraqan, Felon De Jure, ErranT)

12.Ölmüş Ümidlər (Qaraqan, Dərviş, AiD)

13.Yorğun (Qaraqan, PRoMete, AiD)

14.Mənim Qaranlığım (Qaraqan)

15.Proza (Qaraqan)

16.Neçə (AiD, Jamal_Ali, Qaraqan)

17.Outro

İlk konsert

İlin sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert "Yuğ” teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq tam hazır olur və ilk əvvəl albom "HOSTdan HOSTçuya eksklüziv” adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da "Proloq” kimi çox uğurla qarşılanır. Albom "Qarada Qırmızı” adlanır və 18 kompozisiyadan ibarət olur:

"QaradaQırmızı"

1. Prelüd (Qaraqan)

2. Esmeralda (Qaraqan)

3. Mənim Mübarizəm (Qaraqan)

4. Mən Dəyişəcəm (PRoMete)

5. Buza Dönəcəm (Qaraqan, PRoMete)

6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)

7. Düşüncə (Qaraqan, AiD, PRoMete)

8. Azərbaycan (AiD, Qaraqan, PRoMete)

9. Əlvida (PRoMete, ErranT, Qaraqan)

10. Etiraf Otağı (Qaraqan)

11. Nağıl (AiD, Qaraqan)

12. Maraqsız Mahnı (Qaraqan)

13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)

14. Sidrətül Müntəha (Qaraqan)

15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)

16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)

17. Azad HOSTçular (Qaraqan, AiD)

18. Bezmişəm (Qaraqan, AiD)

H.O.S.T`un mənası

H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşkil olunmuşdur.

Alliance sözü isə hər hansı klan,qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi. H.O.S.T Alyansın tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.

H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi..

O - Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur...

S - Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq...

T - Qılınc,mübarizə

Hava - Romantizm,

Od - Aqressiya,

Su - Lirika,

Torpaq - Realizm.

HOST sözünün digər mənaları:

HOST - Sahib (ingilis)

HOST - Allah ordusu,ilahi qüvvə (omonim)

HOST - Lider,aparıcı,showman (U.S.A)

HOST - Xəstəlik,virus (tibb)

HOST - Zülmət

2008-ci ilde HOSTdan Jamal_Ali, Felon De Jure, ErranT və Dərviş ayrılır. Sebeb kimi ideoloji ayrılıqlar göstərilir.

HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda, TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa məxsusdur.

HOST – Qalaktika




Yükləyib: Administrator2009-Noyabr-14 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar