İlk süni orqanizm yaradıldı İlk süni orqanizm yaradıldı
İlk süni orqanizm yaradıldı
1

Tibbdə yeni eranın başlandığı elan edildi

Elmdə əsl inqilab baş verib. Alimlər sintetik genoma malik ilk orqanizmi yaratmağa müvəffəq olublar. “Nature News” nəşrinə verilən məlumata görə, bununla bağlı “Science” jurnalında məqalə dərc olunub.

Kreyq Venterin başçılıq etdiyi tədqiqatçılar qrupu “Mycoplasma” tipli bakteriya üzərində işləyiblər. Sintetik genomlu orqanizmin yaradılmasının eksperiment sxemi aşağıdakı kimi olub: alimlər “Mycoplasma mycoides”in DNT-sinin tam genom ardıcıllığını əldə ediblər, sonra isə bu məlumatların əsasında kimyəvi yolla bakteriyanın genomunu yaradıblar. Mütəxəssislər “Mycoplasma capricolum”un öz genomunu çıxararaq alınan DNT-ni bakteriyanın hüceyrələrinə yerləşdiriblər. Alınan hibridin xarakteristikasını analiz edən mütəxəssislər onun “M. Mycoides” xüsusiyyətlərinə malik olub-olmadığını araşdırıblar.

“Mycoplasma” bakteriyasının geniomu böyük olmasa da (təxminən milyon nukleotid), onu bilavasitə kimyəvi yolla yaratmaq hələlik mümkün deyil. Çünki bir neçə yüz min nukleotiddən ibarət DNT zənciri qırılır. Alimlər “M. mycoides” genoumunu tam şəkildə almaq üçün əvvəlcə onun ayrı-ayrı fraqmentlərini sintez ediblər, sonra isə onları birləşdiriblər. Onları birləşdirmək üçün digər bakteriyaların hüceyrələrindən istifadə olunub.

Venter və həmkarları tam genomu əldə edəndən, onların düzgün birləşdirildiyinə və DNT-dən fraqmentlərin qopub düşmədiyinə əmin olandan sonra, genom “M. mycoides”in hüceyrəsinə yerləşdirilib. Xarici görünüşünə görə, hibrid adi “M. mycoides”dən fərqlənməyib. Əlavə tədqiqatlar da süni orqanizmin təbii orqanizmdən fərqlənmədiyinə göstərib.

Alimlər qeyd edirlər ki, bu, elmdə əsl sensasiyadır və bir çox kəşflərin, tibbi müalicələrin əsasını qoyacaq. Bununla yanaşı, bəzi alimlər bəşəriyyətin hələlik belə bir yeniliyə hazır olmadığını da vurğulayırlar.




Yükləyib: Administrator2010-May-27 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: CHARMING #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
MARAQLI MELUMATA GORE THANKS.AMMA YENEDE HER WEY ALLAHIN ELINDEDI. lol
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar