Maraqlı Məlumatlar Maraqlı Məlumatlar
Maraqlı Məlumatlar
4

İlk öpüş səhnəsi 1886 – cı ildə filmə çəkilmişdir. 30 saniyəlik səhnə Tomas Edisonun filmində olmuşdur və kino özü də “Öpüş” adlandırılmışdır.

Hər il Tokio zooparkları 2 ay bağlı elan edilir, çünki heyvanların gələn ziyarətçilərdən istirahət etməsi lazım görülür.

Yay olimpiya oyunlarında qadınlar üçün iştirak etmənin orta yaş həddi 20 yaş hesab olunur.

Pişiklərin hər birinin burunu bir – birindən tamamilə fərqlənir.

Orta vəziyyətdə olan şəxsin başında olan saçların uzanması bütün həyatı boyu 725 km hesablanmışdır.

İnsanın beynində bir saniyədə 100 000 kimyəvi reaksiyanın getdiyi məlumdur.

Yahoo – adlı sözü Conatan Svift (Jonathan Swift) kəşf etmişdir. O, “Quliverin səyahəti” kitabını oxuyarkən bu sözü düşünmüşdür. Bu adla murdarları adlandırırdılar. Yahoo! – nun yaradıcıları olan Ceri Yanq (Jerry Yang) və Devid Filo (David Filo) bu adı seçdilər, çünki özlərini yahoo adlandırırdılar. Lakin indi bu ad Yet Another Hierarchical Officious Oracle bu cür mənalandırılır.
Amerikan Minneston sakini A. E. Volfram dünyada eyni zamanda müxtəlif insanlarla öpüşərək rekorda imza atdı. Festival zamanı onun ştatında bu şəxs 8 saat ərzində 8001 şəxslə öpüşmüşdür.

Kofe beynəlxalq ölkələrin iqtisadi ticarət əlaqələrində mühüm yer tutan ikinci maldır. Birinci yeri benzin tutur.

İnsan orqanizmində leykositlər 2 – 4 gün yaşayır, eritrositlər isə 3 – 4 ay.

4000 il ərzində heç bir heyvan insan tərəfindən əhəlləşdirilməmişdir.

İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kq – dır.

1966 – cı ildə siqaret qutularının üzərində səhiyyə nazirliyinin siqaret əlehinə olan sözləri yer almışdır.

İnsan yarandığı gündən onun beynində 14 milyard hüceyrə olur və onlar ölənə qədər genişlənmir. Lakin 25 yaşından sonra onlar azalmağa başlayır və gün ərzində 100 000 ölür. Sizin bir səhifə yazını oxumaq üçün ayırdığınız vaxt ərzində 70 hüceyrənin ölümü baş verir. 40 il sonra beyindəki deqradasiya prosesi qəflətən güclənir, 50 yaşdan sonra isə neyronlar yəni əsəb hüceyrələri quruyub kiçilir və beynin ölçüsü azalır.

Son 100 ildə dəniz səviyyəsi bütün dünyada il ərzində 1mm qalxmağa başlamışdır.

Kişilər 130, qadınlar isə 120 sm – dən kiçik olarasa cırtdan sayılır.

İnsan qanının tərkibində 80 000 gen var.

AİDS - ə qarşı mübarizə beynəlxalq səviyyədə hər il 1 dekabr qeyd olunur.

“Coca Cola” kompaniyasının binası Amerikanın Atlanta şəhərində yerləşir

İnsanın hər barmağı həyatı boyunca təxminən 25 milyon dəfə hərəkət edir.

Diş fırçası ilk dəfə 1938 – ci ildə meydana gəlmişdir. Lakin bizim dövrümüzdə istifadə olunan formaya düşməsi üçün uzun illər vaxt sərf olunmuşdur. Çünki Çində ilk bu formada olan fırçalar 1498 – ci ildə yaranmışdır.

Başın divara vurulması nəticəsində saatda 150 kalori itkisi baş verir.

Hər bir insana 1/20 saniyə vaxt lazımdır ki, o gördüyü hər hansı predmeti tezliklə ayırd edə bilsin.

Sarışınların saqqalları qarayanız insanlara nisbətən tez uzanır.

Nəticələr göstərir ki, hər gün evdən çıxıb işə gedərkən öz həyat yoldaşlarını öpən kişilərin işləri, öpməyənlərə nisbətən çox zəif inkişaf edir.

Güclü işıq düşməsindən insanlar görmə qabiliyyətini itirir və buna da “qar korluğu” deyilir.

Barmaqlarda olan dırnaqlar ayaqlardakına nisbətən 4 dəfə sürətlə böyüyür.

İnsanın həyatı boyu onun bədənindəki dərisi 1000 dəfə dəyişikliyə uğrayır.

İnsanın gülməsi nəticəsində 17 əzələsi işləyir.

İnsan beyni gün ərzində işıq impulslarından çox rəqs edir, bu da bütün dünya telefonlarının birlikdə etdiyi hərəkətdən çoxdur.

Mavi gözlərə sahib olan şəxslər ağrını digərlərinə nisbətən daha tez hiss edirlər.

İlk dəfə olaraq reklam 1477 – ci ildə İngiltərədə çap edilmişdir.

Bir damla neft 25 litr suyu yararsız vəziyyətə sala bilir.

İnsan gözü 10 000 000 rəngi seçmək qabiliyyətinə malikdir.

Nil iki dəfə - IX və XI əsrlərdə donmuşdur.

Açıq gözlərlə asqırmaq mümkün deyil.

Napalyon 2000 sözü bir dəqiqəyə oxuya bilirdi, bu da təxminən 12 000 hərfi özündə birləşdirir. Balzak isə 200 səhifədən ibarət olan romanı yarım saata bitirə bilirdi.

Qadınlar kişilərlə müqayisədə 2 dəfə artıq gözlərini qırpırlar.

Yaşa dolmuş şəxsin bədənində 75 km sinir vardır.

İnsanın ağzında 40 000 artıq bakteriya vardır.

Böyük Britaniya adalarında əvvəllər insanların toy mərasiminə diş protezləri hədiyyə olunurdu. Hətta gənc yaşlarından insanlar dişlərini çıxardaraq onlardan istifadə etməyə üstünlük verirdilər.




Yükləyib: Administrator2010-Aprel-13 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: Pis_Oglan #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
yaxsidi... sagol.............
Yazıb: ErasmuskA #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Maraqli idi Zeynal4ik
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Oxudum,maraqli idi,tskr.Amma 70 huceyrem oldu:(
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 338-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar