İnsanı xoşbəxt edən 5 faktor | Cəmiyyət | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ İnsanı xoşbəxt edən 5 faktor İnsanı xoşbəxt edən 5 faktor
İnsanı xoşbəxt edən 5 faktor
3

Alimlər insanı xoşbəxt edə biləcək faktorlar üzərində çalışmaları davam etdirir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin son araşdırmaları deməyə əsas verir ki, insanlar öz xoşbəxtliklərinə nəzarət edə və müəyyən hərəkətlər vasitəsi ilə xoşbəxt situsiyanı dəstəkləyə bilərlər. Əvvəllər isə alimlər hesab edirdi ki, xoşbəxtlik digər insani keyfiyyətlər kimi insana genetik olaraq keçir və bu, insanın nəzarət edə bilməyəcəyi faktorlardan asılıdır.
Kaliforniya Universitetinin psixologiya professoru Soni Lyubomirski öz həmkarları ilə birlikdə insanı xoşbəxt edən 5 faktorü ayırd ediblər.

Birinci növbədə mərhəmətli olmaq lazımdır. Psixoloqlar eksperiment iştirakçılarından onlara bir vaxtlar yardım etmiş adamlara minnətdarlıq məktubu yazmalarını xahiş ediblər. Məlum olub ki, bu adamlar özlərini bu cür məktublar yazmamış insanlardan fərqli olaraq daha çox xoşbəxt hiss ediblər. Məktubları göndərmək o qədər də vacib deyil, hətta kağız üzərində sadə minnətdarlıq ifadəsinin əks olunması bu adamları xoşbəxtlik duyğusunu hiss etməyə məcbur edib. Bu hissiyat insanları hətta həftələr və aylar tərk etməyib.

İkincisi, nikbin olmaq lazımdır. Eksperiment iştirakçılarına öz gələcəklərini necə görmək barədə fikirləşmək barədə tapşırıq verilib. Bu, sevdiyiniz insanla birgə ailə həyatı da ola bilər, işgüzar fəaliyyətinizdə etibarlı tərəfdaşınz da ola bilər. Bundan sonra öz fikirlərini şəxsi gündəlikdə yazmaq tələb olunub. Bir neçə həftə ərzində bu cür pozitiv düşünən insanlar qeyd ediblər ki, onlarda rühi gümrahlıq xeyli dərəcədə yaxşılaşıb.

Üçüncüsü öz uğurlarınıza sevinməyi bacarmaq lazımdır. Həftə ərzində onları sevindirmiş 3 hadisə barədə qeydlər edən eksperiment iştirakçılarınin diqqəti əsasən onların həyatında baş vermiş yaxşı şeylərə yönəlib. Onlar özlərini daha çox xoşbəxt hiss etdikləri məqamları tapıblar.

Dördüncüsü, özünüzün daha güclü cəhətlərinizdən istifadə etməniz vacibdir. Məsələn, özlərində yaxşı yumor hissinin olduğunu iddia edənlər zarafatları ilə işgüzar görüşlərdə yaranan gərginliyi aradan qaldıra və yaxud bədbəxtlyə düşmüş dostunu ovundura bilərlər. Yumar hissi də bir sıra bədbəxtlikləri unutmağa kömək edir.

Beşincisi, xoş addımlar atmaq lazımdır. Məlumdur ki, xoş addımlar bir qayda olaraq həmişə insanın özünə qayıdır, qarşılıql olur. Ehtiyacı olanlara öz pullarını və vaxtlarını əsirgəməyən insanlar bu cür xoşməramlı addımlardan sonra özlərini daha xoşbəxt hiss etdiklərini söyləyiblər.




Yükləyib: ADMIN2010-Mart-18 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: iLLeGaL #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
MaRaQLi MeLuMaTDi Twk...............
Yazıb: Pis_Oglan #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
gozel yazidi...... mence de bu fikirler duzdu.......
Yazıb: KayFAriK #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Twk,maraqliydi
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1001-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar