Kanadanın ali təhsil sistemi haqqında. | Ordan-Burdan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Kanadanın ali təhsil sistemi haqqında. Kanadanın ali təhsil sistemi haqqında.
Kanadanın ali təhsil sistemi haqqında.
2
Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi,özəl məktəblər də daxildir.Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir.Nəticədə,müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər.Lakin,ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir.Kanada universitetlərinin diplomları bütün dünyada tanınır.Kanada universitetləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var.Kanada ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir.Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.Bir halda ki,Kanadada iki dövlət dili-ingilis və fransız dili var,tələbələr bu iki dillərdən birində təhsil ala bilər.Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq,tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil.Avropa və Amerikanın əksər xarici ölkələrində olduğu kimi,Kanadada ali təhsil 3 pillədən ibarətdir:

1)Undergraduate(Bachelor`s Degree)– bakalavr dərəcəsi verən ilk ali təhsil.Bakalavr proqramı üzrə təhsil müddəti əyalətdən asılı olaraq ən azı 3 il,bəzi fənlərə görə isə-daha çoxdur.3 ilə bakalavr dərəcəsi verilən əyalətlərdə,tələbələr fərqlənmə diplomu almaq üçün bir il daha oxumalıdırlar.Fərqlənmə diplomu əsas fənn üzrə ixtisaslaşmanın daha yüksək səviyyəsini tələb edir və adətən magitraturaya daxil olmaq üçün lazımdır.
2)Graduate(Master`s Degree)–magistr dərəcəsi verən magistratura. Təhsil müddəti 2 ildir.Magistraturaya diplom işinin və ya dissertasiyanın yazılması və müəyyən fənn üzrə təcrübənin aparılması daxildir.
 
3)Postgraduate–doktor dərəcəsi verən aspirantura(istənilən sahədə rəsmi dərəcə-fəlsəfə elmləri doktoru PhD adlanır).Təhsil müddəti–3(ən azı) və ya 4 ildir,bir il məktəbdə keçirilməlidir. Əksər hallarda doktoranturaya qəbul olmaq üçün magistr dərəcəsi tələb olunur.Bəzi universitetlər üçün tələbənin fərqlənmə diplomunun olması da kifayətdir.Daxil olarkən ümumi tələblər:Orta təhsil haqqında attestat;TOEFL,SAT(bakalavrlar üçün),GRE(magistratura və doktorantura üçün) və ya LSAT(hüquqşüsanlar üçün imtahan) imtahanın verilməsi haqqında sertifikat.Ərizələrin verilmə müddətləri:Universitetlərdə dərs ili adətən sentyabrdan maya kimi davam edir və 2 semestrə bölünür.Bəzi universitetlər yay ayları daxil olmaqla bir və ya üçsemestrli tədris kursları təklif edir.Bəzi təhsil proqramları tələbələrə yanvarda və ya mayda dərsə başlamağa imkan verir.Ərizələrin qəbul müddəti(təxminən)–yanvar-mart aylarındadır.

/telebe.az/




Yükləyib: Tapdiq2009-Noyabr-21 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 493-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar