Məşhurlarımızın sirli biznesi Məşhurlarımızın sirli biznesi
Məşhurlarımızın sirli biznesi
5
Onlar “zapçast”dan tutmuş, limonada qədər hər şey satırlar

Azərbaycanda bir çox tanınmış şəxslər bizneslə məşğul olur. Onlardan bəziləri bunu açıq şəkildə etiraf edir, eləsi də var gizlətməyə çalışır. Bəziləri isə məhz tanınmış olduqdan, belə demək mümkünsə, bütün qapılar üzünə açıq olandan sonra biznesə girişib. Biz ise məhz sonuncularla bağlı əldə etdiyi siyahını təqdim edirik.

Mədəniyyət və şou-biznes təmsilçiləri:

Xalq artisti Siyavuş Aslan – “Siyavuş Aslan” adlı kiçik müəssisənin sahibidir. Müəssisəsinin tərkibində restoran var. Həmin obyekt Dənizkənarı Mədəniyyət və İstirahət Parkının ərazisində yerləşir və ərazisi 356 kvadratmetrdir.

Məşhur şair Rüstəm Behrudi – “Biləv” və “Behrud” adlı obyektlərin sahibidir. Bu obyektlərdə tikinti materialları da daxil olmaqla cürbəcür əşyalar satılır.

Müğənni Səyyad Əlizadə - Elə bu yaxınlarda “Bəyaz gecələr-S” adlı məhdud məsuliyyətli cəmiyyət (MMC) yaradıb. Bu il qeydiyyatdan keçmiş şirkət Bakı şəhərinin Nərimanov rayonunda, Faiq Yusifov küçəsi ev 26 a, mənzil 2-də yerləşir. MMC əsasən keyfiyyətini itirmiş lent yazılarının bərpası ilə məşğuldur.

Xalq artisti, müğənni Niyaməddin Musayev - şirkət sahibidir. Vergilər Nazirliyində qeydiyyata alınan şirkət "Röya-1 Kiçik Müəssisəsi" MMC adlanır və Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 106 ünvanında yerləşir. Bu müəssisə uzun müddət çörək sexi kimi fəaliyyət göstərib. Ancaq hazırda hansı istiqamət üzrə fəaliyyət göstərdiyi bilinmir.

Müğənni Ruhi – Bir müddət əvvəl Bakının mərkəzində brilyant mağazası açıb. “Sahil” metrosunun yaxınlığında yerləşən zinət əşyaları mağazasında satılan məmulatlar İtaliyada hazırlanıb gətirilir. Mağazadakı əşyaların qiyməti isə başgicəlləndiricidir: 150 min manatdan 800 min manata qədər.

Nüşabə Ələsgərli – bizneslə məşğul olduğunu özü etiraf edib: “Mən biznesmen xanımam”. Xanım Ələsgərlinin gözəllik salonu var.

Müğənni İlahə Fəda – avtomobillər üçün ehtiyat hissələrinin satışı ilə məşğuldur.

Əməkdar artist Ədalət Şükürov - əvvəllər bizneslə məşğul olsa da, bir müddət əvvəl mətbuata “daha bizneslə məşğul olmuram” deyib. Ancaq bizdəki məlumatlara görə, davam edir...

Xalq artisti Faiq Ağayev – biznes qurmaq istəyib, lakin alınmayıb. O, paytaxtdakı ticarət mərkəzlərindən birindən dükan almaq istəyirmiş.

İdmançılar:

“Qarabağ” futbol klubunun kapitanı Aslan Kərimov –stomatoloji klinikası və super-marketi var.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və onun kimi keçmiş futbolçu olan qardaşı Musa Qurbanov – qardaşların Zaqatalada şəirkli obyekti var.

Elə həmin klubun futbolçusu Namiq Yusifov – limonad istehsalı ilə məşğul olan müəssisəsi var.

“Muğan” klubunun hücumçusu Fərrux İsmayılov - ev alqı-satqısıyla məşğul olan obyekti var.

“Neftçi”nin hücumçusu Samir Əliyev – ət və “oboy” biznesilə məşğuldur.

Həmin klubun türkiyəli müdafiəçisi Suat Usta – Türkiyənin Antalya şəhərində idman geyimi istehsalı və satışı ilə məşğul olan firması var. Maraqlıdır ki, firmanın işçilərinin hamısı azərbaycanlılardır.

“Xəzər-Lənkəran” futbol klubunun baş məşqçisi Ağasəlim Mircavadov – Bakının mərkəz yerlərində 3-4 mənzili var, kirayəyə verib.

Bakının “Standart” klubunun yarımmüdafiəçisi Kamal Quliyev – Sumqayıt şəhərində “Barselona” adlı kafesi var.

Tovuzun “Turan” klubunun məşqçisi Sakit Alıyev – Tovuzda dükanı var.

“Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovla “Bakılı” klubunun qapıçısı Hüseyn Məhəmmədov – şərikli “Çay evi” işlədirlər. Obyekt Bakının “Milyonerlər məhəlləsi”ndə (“Gənclik” metrosunun yaxınlığı, Teymur Əliyev küçəsi) yerləşir.

Futbol meneceri Kamil Məmmədov – Məşhur “Kappa” idman geyimləri firmasının məhsullarının satışı ilə məşğul olan dükanı var. Obyekt Sumqayıt şəhərində yerləşir.

Veteran futbolçu Maşallah Əhmədov – paytaxtın müxtəlif yerlərində obyektləri var.

Sabiq FİFA referisi, məşhur futbol hakimi Babək Quliyev – Bal biznesilə məşğuldur. O, əsasən Rusiyadan Azərbaycana bal gətirdərək ölkədə satışı ilə məşğul olur.

Muay-tay üzrə dünya çempionu Eldar Qazıbəyov və qardaşı, kikboksinq üzrə ikiqat dünya çempionu Elman Qazıbəyov –paytaxtın Babək prospektinə yerləşən “Murad” şadlıq evi və onun altındakı avtosalonun sahibidirlər.

Muay-tay üzrə dünya çempionu Araz Musayev – Əhmədli qəsəbəsində biznes mərkəzi var. Hazırda həmin obyekti icarəyə verib.

...Siyahı uzundur.




Yükləyib: wry_yikda2010-Aprel-09 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: Moonlight #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
DEHSETDILERE BUNLAR...:)
Yazıb: Tapdiq #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like!
Bizdə əsasən alverdir.Alver xod gedir.Bəziləri buna mədəni dildə biznes də deyirlər.Hətta kiçik bir obyekt işlədən adam da özünü biznesmen adlandırır.Hal-hazırda vəziyyət belədir ki,tək maaşla normal yaşamaq çətindir.Ehtiyacları güclə ödəyir.Və bu vaxt "leviy" yola əl atırsan.Misal üçün,müəllim uşaq hazırlaşdırmaqla,həkim xəstədən "vzyatka" almaqla,tikinti müəssəsinin rəhbərliyi sementdən,qumdan oğurlamaqla,kimisi atmaqla,fırıldaqla qabağa düşmək,irəli getmək,kiməsə çatmaq istəyir.Bu adamların pulları var.Pullarını gəlir gətirən işə qoymaları normal haldır.Pul pul gətirir.Qaldı ki,kimsə öz şəxsi biznesini gizlədir,çox ehtimal ki,ya onun biznesi qeyri leqaldır,ya da o,özünü gözə gətirməkdən qorxur.
Yazıb: Pis_Oglan #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
sagol Nahid... men de deyirem bu Nahid niye coxdandi gorunmur..
Yazıb: wry_yikda #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Yox.Men biznesde olan wouya ke4miwem tongue
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar