Milli Şou-Biznesin “Uşaqları” | Şou Biznes | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Milli Şou-Biznesin “Uşaqları” Milli Şou-Biznesin “Uşaqları”
Milli Şou-Biznesin “Uşaqları”
5

İncəsənət əhlinin şəxsi həyatı həmişə ictimaiyyətin marağında olub. Xüsusilə onların övladları bəzi hallarda özlərindən daha çox müzakirə mövzusu olur.
Bizim şou əhli arasında ailəli olanların sayı o qədər çoxluq təşkil etməsə də, demək olar ki, əksəriyyətinin övladı var. Daha doğrusu, onların çoxu övladları olandan sonra nikahlarını pozublar...

Müğənni Zeynəb Xanlarovanın iki oğlu var. Ramal və Ramin adlı övladlarını evləndirən Z. Xanlarova həm də nənədir.

Brilliant Dadaşovanın isə Cahad adlı oğlu var. Brilliant Dadaşova oğlunu efirlərdən uzaq saxlayır. O, tədbirlərdə, televiziya verilişlərində oğlunun iştirakını o qədər də sevmir.

Aygün Kazımovanın qızı İlqarə isə müğənni olmağa hazırlaşır. Anasını bütün konsertlərdə, şou-proqramlarda sıx-sıx müşayiət edən İlqarə gələcəyin Aygünü olmaq iddiasındadır. Bu günə qədər Reklam olmaz!!! səs və səhnə görünüşü sərgiləməsə də, İlqarənin yüksək iddiada olmasını anası da etiraf edir.

Zülfiyyə Xanbabayeva isə Dəniz adlı qızını yeni tapıb. Hələ bir yaşı tamam olmayan Dəniz də efirlərdən uzaq saxlanılır.

Tünzalə Ağayevanın qızı Fidan da efirlərdə görünmür. Tünzalə xanım qızının səhnədən uzaq böyüdülməsinə çalışır.

Nisə Qasımova isə oğlu Fətullanın 28 yaşında olduğunu, Həcc ziyarətində olduğunu deyib. Onun sözlərinə görə, bu, onun qardaşının oğludur: “Lakin qardaşım cavan rəhmətə getdiyindən onu iki yaşından mən saxlamışam”.

Flora Kərimovanın qızı Zümrüd isə artıq ailə həyatı qurub. İxtisasca həkim olan Zümrüd həyat yoldaşı ilə Londonda yaşayır. Müğənni qızının mediatik olmasına heç vaxt qadağa qoymayıb.

İlhamə Quliyevanın oğlu Orxan Nadirov isə hazırda həbsdədir. Müğənni Orxanı övladlığa götürüb.

Nadir Qafarzadənin də iki oğlu var. Müğənninin məktəbyaşlı övladları həm özlərinin, həm də atalarının müğənni olmasının qəti əleyhinədirlər.

Ədalət Şükürovun da bir qızı, bir oğlu var. Onlar da digər həmyaşıdları kimi məktəbdə təhsil alır və mediatik olmağa üstünlük vermirlər. Amma evində çəkilişlər aparılarkən Ədalət övladlarını kameralardan gizlətmir.

Rəqsanənin isə 2 qızı var. Müğənni üçüncü övladının olması barədə məlumat versə də, bu yalan çıxdı. Birinci övladı Aysun barədə o qədər də geniş məlumat verməyən Rəqsanənin Yağmur adlı ikinci qızı hələ doğumunun ilk günündən atasının adının sirr saxlanılması ilə “məhşurlaşdı”.

Nuranın da üç oğlu var. Birinci iki övladının adları Möhsin və Xosrovdur. Nura üçüncü oğlunun atasının adını açıqlamır.

Rəqqasə Fatimənin də bir qızı var. On altı yaşında ailə quran Fatimə qızı dünyaya gələndən sonra boşanıb.

Artıq qaynana olan Nazpəri Dostəliyevanın Əli və Əkbər adlı iki övladı
var. Müğənninin Əli adlı oğlu heç efirlərdə görünməsə də, Əkbər onun yolunu seçib.

Müğənni Könül Kərimovanın isə məktəb yaşlı bir qızı və bir oğlu var.

Mətanət İsgəndərli isə qaynana olmağa hazırlaşır. Bir qızı və bir oğlu olan Mətanət xanım sentyabrın 2-də oğlu Kərimin toyunu edəcək. Bundan sonra isə o, qızını gəlin köçürəcək.

Müğənni Elnarənin qızı Burla Xatun da çox kiçikdir. Efirlərdə o qədər də görünməyən Burla Xatun gözlərdən uzaq saxlanılır.

Lalə Məmmədovanın qızı Nərgiz də kiçikdir. Müğənni onu lap kiçik olanda efirlərə çıxarıb.

Aktrisa Dilarə Murtuzəliyevanın da iki qızı var. Tanınmış rejissor Oqtay Əliyevlə ailəli olan D. Murtuzəliyevanın qızları arasında 10 yaşa qədər fərq var.

Aybəniz Haşımovanın qızı Aynişan da kifayət qədər mediatikdir. Müğənninin qızı özünün yaratdığı “Bülbüllər” qrupunun solistlərindən olub.

Elza Seyidcahanın isə bir qızı və bir oğlu var. Bir müddət öncə E. Seyidcahanın oğlu hərbi hissəni özbaşına tərk edərək, maşın qaçıran qrupa qoşulması ilə yadda qalmışdı.

Müğənni Almaz Ələsgərlinin isə Əminə və Mədinə adlı iki qızı var. Qızlarından birini artıq ərə verən A. Ələsgərli digərinin toyuna hazırlaşır.

Rühəngiz Allahverdiyevanın isə 2 oğlu, 1 qızı var. Oğlanlarından birini evləndirən müğənni heç zaman övladları ilə bağlı xüsusi açıqlamalar verməyib.

Aktrisa Məleykə Əsədovanın qızı Gülərlə bağlı isə daim qalmaqallı xəbərlər dolaşmaqdadır. Efirdə, kliplərdə qızını bol-bol reklam edən Məleykə xanım dəfələrlə onunla bağlı müsahibələr verib.




Yükləyib: Administrator2010-Aprel-10 Çap Etmək
Şərhlərin sayı: 5
Yazıb: Moonlight #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
SAG OL,ANGELKA,XOSUM GELDI SENNEN:)GOZUME GIRDIN:)))
Yazıb: angelka #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
bu sou biznes yersizlerinin yeri yoxdu lezet elemirler olar maraq celb elemek ucun 1000 cur hoqqalardan cixib sora milli mentalitet sozunu ezberliyirler ......... ))))))))
Yazıb: Moonlight #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Biy,Eli,olen var beyem?:))
Yazıb: Pis_Oglan #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Allah ecir varsun.............
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
cox maraqli xeber idi,tsk,Zeynal4ik:)
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 580-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar