Əminə Dilbazi vəfat edib | Şou Biznes | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Əminə Dilbazi vəfat edib Əminə Dilbazi vəfat edib
Əminə Dilbazi vəfat edib
2



«İstiqlal» ordenli əfsanəvi rəqqasə 91 yaşında dünyasını dəyişib.

Bu gün Azərbaycanın əfsanəvi rəqqasəsi Əminə Dilbazi dünyasını dəyişib. Milli.Az-ın məlumata görə, xalq artisti, «İstiqlal» ordenli rəqqasə 91 yaşında dünyasını dəyişib.
Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxan xanım Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib.
Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb. Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və “O olmasın bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
Əminə Dilbazi ilə vida mərasimi sabah keçiriləcək. Rəqqasənin oğlu Mikayıl bəyin Milli.Az-a bildirdiyinə görə, Əminə xanım 40 gün əvvəl ikinci insult keçiribmiş və son günlər özünü çox pis hiss edirmiş: «Yeməkdən kəsilmişdi, sərbəst danışa bilmirdi. Həkim nəzarətində idi. Anam 3 il əvvəl daha bir insult keçirmişdi. Amma o vaxt bu xəstəlikdən qalxa bildi. Bu dəfəki xəstəlik onu yıxdı. Nə qədər çalışsaq da, onu həyata qaytara bilmədik».
Qeyd edək ki, mərhum sənətkarla vida mərasimi sabah günorta saatlarında Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Vida mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, dövlət və incəsənət xadimləri iştirak edəcəklər. Daha sonra mərhum Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!




Yükləyib: wry_yikda2010-May-02 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: Pis_Oglan #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Allah rehmet elesin... dirilerede omur versin... menali omur
Yazıb: ErasmuskA #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Allah rehmet elesin...
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 580-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar