Misir Mərdanov: “ADNA-da həlak olanların adları əbədiləşdiriləcək” Misir Mərdanov: “ADNA-da həlak olanların adları əbədiləşdiriləcək”
Misir Mərdanov: “ADNA-da həlak olanların adları əbədiləşdiriləcək”
0

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) terror aktının törədilməsinin ildönümü münasibətilə təhsil müəssisəsində anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, anım mərasiminə təhsil naziri Misir Mərdanov, ADNA-nın rektoru Siyavuş Qarayev, Akademiyanın müəllim və tələbə kollektivi qatılıb. Onlar terror aktında həlak olanların təhsil müəssisənin 1-ci mərtəbəsində asılmış şəkilləri önünə əklil qoyub, gül dəstələri düzüblər.

M. Mərdanov jurnalistlərə açıqlamasında terror hadisəsini törədənlərlə bağlı ölkə rəhbərliyi və hüquq-mühafizə orqanlarının lazımı tədbirlər gördüyünü bildirib: “Biz isə bu hadisədən özümüz və gələcəyimiz üçün nəticələr çıxarmalıyıq”.

Nazir deyib ki, belə hadisələr Azərbaycanı sarsıda bilməz: “Azərbaycan xalqı müdrik xalqdır. Son yüz ildə dəfələrlə belə və hətta bundan ağır çətinliklərə sinə gərib. Ən vacibi odur ki, çalışacağıq gələcəkdə bizim millətimizə qarşı belə terrorların olmasının qarşısını alaq. Əlbəttə, hər bir vətəndaş da öz işinə məsuliyyətlə yanaşmalı, ətrafda baş verənlərə münasibət bildirməlidir”.

M. Mərdanov bildirib ki, artıq Azərbaycanın bütün ali məktəblərində təhlükəsizlik xidmətləri gücləndirib: “Amma təkcə ali məktəblərin rəhbərliklərinin, bir-iki nəfərin bu işlə məşğul olması belə hadisələrin qarşısının alınması üçün kifayət deyil. Hətta dünyada ən ciddi qorunan obyektlərdə də təəssüf ki, belə hadisələr baş verir. Hər kəs ətrafında baş verənlərə daha diqqətlə yanaşsa, belə hadisələrin qarşısını almaq olar”.

M. Mərdanov onu da bildirib ki, terror zamanı həlak olanların adının əbədiləşdirilməsi ilə bağlı da tədbirlər görüləcək: “Bu hadisəni Azərbaycan vətəndaşı yaddan çıxarmamalıdır”.

Qeyd edək ki, terror aktında həlak olanların xatirəsinə ADNA-da ehsan süfrəsi açılıb.




Yükləyib: Administrator2010-May-02 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 338-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar