Misir Mərdanov: Misir Mərdanov:
Misir Mərdanov: "Universitetlərin sayını artırmaq olmaz"
2


Təhsil naziri Azərbaycanda əhalinin ali təhsillə əhatə əmsalının 17 faiz olmasını normal göstərici sayır:
"Azərbaycanda əhalinin 1000 nəfərinə düşən ali təhsillilərin sayı normaldır. Biz belə hesab edirik ki, ali təhsillilərin sayını artırmaq olmaz".
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Nazir Dünya Bankının Azərbaycanda ali təhsilin əhatə dairəsinin Gürcüstan və Ermənistandan, inkişaf etmiş ölkələrdən geri qalması barədə yaydığı hesabatın həqiqətə uyğun olduğunu deyib.
Xatırladaq ki, həmin hesabatda Azərbaycanda əhalinin ali təhsillə əhatə əmsalının 17 faiz olduğu deyilir. Misir Mərdanov deyib ki, bu göstərici Azərbaycan üçün normal rəqəmdir: "Azərbaycanın yarısı qədər olan Gürcüstanda 200-dək ali məktəb var. Bu, nəyə lazımdır? Təxminən 10 il əvvəl Azərbaycanda da universitetlərin sayı çox idi, az qala hər küçədə bir ali məktəb vardı. Amma onların ümumi səviyyəsi və təhsil vermə imkanları bir universitetin gücü qədər deyildi. Məncə, Gürcüstandakı və başqa ölkələrdəki universitetlərin sayının çoxluğundan nəticə çıxarıb ali təhsil alanların sayını kütləvi şəkildə artırmaq düzgün olmaz".
Bununla belə, Misir Mərdanov əlavə edib ki, gələcəkdə ali məktəblərin sayının və ali təhsillilərin əhatə dairəsi genişləndirilə bilər. Bu isə yalnız ali məktəblərin maddi-texniki bazası gücləndikdən sonra mümkündür. Nazirin fikrincə, universitetlərin maddi-texniki bazası, kadr potensialı, kitabxana bazası və digər texniki təchizatı möhkəmləndirildikdən sonra ölkə üzrə ali təhsil məktəblərinə plan yerlərini artırmaq olar.



Yükləyib: ADMIN2010-İyun-30 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: Tapdiq #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Universitetlerin sayini artirmaq lazim deyil.Eksine ili-ilden universitetlerde azalan qebul yerlerini choxaltmaq lazimdir.
Men 2006-ci ilde 2-ci merhelede universitete qebul olub-olmadighimi oyrenmek uchun internet kluba getmishdim.Bundan bashqa,TQDK-nin statistikasina baxdim.2006-da 6500,2005-de 7000,2004-de ise sehv elemiremse,7700 qebul yeri var idi.
Bir az fikirleshende melum olur ki,ili-ilden yerler azalir,tehsil haqqlari ise artir.
Qaldi tehsilin seviyyesine,inkishafina,mence her yoldan kechen universitetde oxumali deyil.
Yazıb: CHARMING #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Vallah men bu Misir Merdanovun dediklerinden hec ne bawa duwmemiwem bu vaxtdan sorada bawa duwmeyecem.GAh deyirler ali tehsil azerb gucludu gahda deyirler ki inkiwaf etmiw olkelerden geri qalir.YEni ozleri isdeyen kimi daniwirlar.
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar