Modern İnsanın Faciəsi | Cəmiyyət | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Modern İnsanın Faciəsi Modern İnsanın Faciəsi
Modern İnsanın Faciəsi
0
Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornografik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə... Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən. Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi. İndiana Jones, şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu... Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s. Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

Nitsşe "tanrı öldü" dedi. Və bu modernizmin, müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi. Nəticədə ədəbiyyatımız, memarlığımız, musiqimiz bir sözlə incəsənətimiz dəyişikliyə məruz qaldı. Alman filosof Heidegger, "Dil, düşüncənin evidir" deyir. Düşünənlər cılız məfhumlarla düşünməyə, danışanlarsa cansız sözlərlə danışmağa başladı. Çünki modern dövr, insanların zahirlə, görünənlə aldandığı dövrdü. Sözün batini, dərin mənası, sözün sehri uçub getdi. İnsanlar bildiklərini sözə soyundu. Keçmişdən gələn ədəbi-tarixi mirasımızı kəsdik və hazır sözə, hazır düşüncəyə meyl etdik. Mistik, dini, ənənəvi dəyərlərə göstərilən ironik münasibət nəyin xəbərçisidi? Bu bəlkə də göstərişin, üzdə olanın, bilinməyənə, gizlinə duyduğu nifrətdi.

Şərq təfəkkürü gizlini, sirri, mistikanı, dolayını sevir. Şərq, əşyanı, dünyanı gözüylə yox qulağıyla dərk edir. Buna görə şərq, şeirin, musiqinin beşiyidi. Qərbsə göstərişi, görməyi sevir. Qərb, əşyanı dolayı yox əyani dərk edir. Buna görədə qərbdə heykəltəraşlıq, rəssamlıq inkişaf edib. Qərb əşyanı çılpaq görmək istəyir. Həqiqəti qamarlamaq istəyir. Şərqsə gözucu baxar, qamarlamaz sadəcə yaxınlaşmağa çalışar. Eynən qərb və şərqin qadına olan münasibəti kimi. Qərb qadını soyundurar, şərqsə örtər. Şərq onu kəşf etmək istəyər qərbsə əldə etmək. Burada islamı qəbul edən məşhur filosof Rene Guenonun sözü yerinə düşür: "... bunu müəyyənləşdirmək lazımdır ki, gözün görməyinin məkanla, qulağın eşitməyinin isə zamanla birbaşa bir əlaqəsi var. Belə ki; Əyani simvolun elementləri eyni zamanda ifadə edilərkən, səsli simvolun elementləri ard-arda ifadə edilir."

İnsan ətraf aləmi yad bir labarotoriya ünsürü kimi görməyə başladığı andan etibarən özünə yadlaşdı. İnsan, ağlının sərhədləriylə çərçivələdi dünyanı, dolayısıyla dünyasını. Halbuki insan hər yerdə özünü tapar. İnsanı xilasa götürəcək həqiqi elm, varlığın, özünün qarşısındakı utancaqlığı, təvazökarlığıdır. Modernizmin dağıdıcılığı, pornografiyası qarşısında insanın öz cövhərində duran təvazökarlıq, dərinlik, mövcudluğunun sirridir.

Üzümüzü səmaya tutub baxarkən gördüyümüz sonsuzluq qarşısında duyduğumuz ürpərti artıq yoxdu. Artıq səmanı, içindəki qutularda yaşadığımız göydələnlər tutub. Artıq təbiətlə əlaqəmizi itirmişik. Hər şeyi məlumat kimi filmlərdən, internetdən öyrənirik. Bu dövrün yaratdığı illüziya aləmi bizə özümüzü unutdurur. Belədə bu modern dövrdə şəhərdə, bu sürətin, məlumat axınının, içində insan özüylə qarşılaşa bilərmi? Özünü necə? harda? tapa bilər? Məncə bütün bu sualların cavabını biz kənarda yox, yenə özümüzdə axtarmalıyıq.



Tural Osman Mənbə :Cauza.az



Yükləyib: ADMIN2012-Sentyabr-15 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 580-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar