Mətbuat haqqında Mətbuat haqqında
Mətbuat haqqında
0
Reklamçılıqda rənglərə xüsusi diqqət yetirilir. Reklam dünyasında sarı rəng müvəqqətiliyin, ani diqqət cəlb etmənin simvolu olaraq istifadə olunur. Misal üçün taksilərin rəngi sarıdır, ani şəkildə sərnişinlərin diqqətini oyandırsın və gəlib keçdiyi bilinsin deyə… Və yaxud avtomobil icarə şirkətləri də (rent a car) sarı rəngdən istifadə etməklə öz müştərilərinə “sizə verdiyimz maşın müvəqqətidir, geri qaytarmağı unutmayın” demək istəyirlər. Bax elə buna görə də banklar öz reklam işlərində sarı rəngdən ehtiyat edirlər. Çünki, pulun müvəqqəti deyil, daimi olmasını arzulayırlar.

Modern falçılıqda da sarı rənginin xüsusi yeri var. Münəccimlərin rəng sınaqlarında hər rəng insanın xarakterinə işıq salan ünsür kimi qiymətləndirilir. Onlara görə sarı rəngini xoşlayan insanlar dedi-qodunu çox sevir, ciddi mövzuları müzakirə etməkdən zəhlələri gedir.

İctimai-siyasi həyatda da sarı rəngi reklam və fal dünyasında olduğu kimi simvolik bir analiz metodu kimi görünür. 1970-1980-ci illərdə sosialist-kapitalist bloklar arasında rəqabətin təsiri ilə kapitalist cinahda gedən və sosialist blokun dəst-xəttini təqlid edərək kapitalistləşən təşkilatlanma modelləri (həmkarlar ittifaqları, sosial icmalar) də qarşı tərəfdən “sarı” rəngilə təsvir edilirdi.

Jurnalistikada və mətbuatda da bu gün sarı rəngi jurnalistikanın peşə maraqlarına xidmət etməyən bir fəaliiyət modelini ifadə edir. Sarı mətbuat dedikdə, adətən sensasiya və yalan informasiya axtaran, peşə prinsiplərindən uzaq, qeyri-peşə maraqlarını əsas alan bir qurum nəzərdə tutulmaqdadır.

Əslində, sarı mətbuatın yaranma tarixinə qısaca nəzər salmaqda fayda var. Amerikalı jurnalist, bu gün adına mötəbər jurnalist mükafatı təsis olunan Pulitserin “World” qəzetinin İspaniya-ABŞ müharibəsi başlayanda Uilyam Hertsə məxsus “New York Morning Journal” ilə kəskin rəqabətə girməsilə birlikdə sarı mətbuatın bünövrəsi qoyulmuşdu.

Məhz bu mübarizə, qəzetlərin rəqabətini, onun xarakteristikasını əks etdirən “sarı mətbuat” terminini gündəmə gətirmişdi.

Elə buna görə də, sarı mətbuatın, daha doğrusu “sarı jurnalistika”nın meydana gəlməsində ciddi bir faktorun rolunu inkar edə bilmərik. Bu, rəqabət faktoruydu və birbaşa informasiya ilə əlaqədardı. İki ayrı qəzet arasında qızışan ən maraqlı, ən sürətli, ən təfərrüaatlı, ən sensasialı xəbər mübarizəsi, bir baxıma xoş təəssüratlı bir rəqabətə yol açmış və nəticəsi isə ciddi jurnalistikadan bulvar jurnalistikasına keçid prosesi olmuşdur. Halbuki, Azərbaycanda sarı mətbuatın özülünü qoyan, ona nəfəs verən amil, jurnalist və media rəqabəti deyil, sükanı görünməz kabindən idarə edən maraqların rəqabətidir. Yəni, Azərbaycanda gedən mübarizə “ən çox oxunan qəzet”, “ən maraqlı xəbər verən qəzet”, hətta “ən sensasiyalı qəzet” kriteriyaları kimi hər hansı bir rəqabət modelindən uzaqdır. Əksinə, qəzetlər hər hansı siyasi quruma, şəxsə və ya fikrə ictimai baza yaratmaq sahəsində bir rəqabətin içindədir. Əlbəttə ki, bu rəqabətin özü də “sarı jurnalistika”ya şamil edilən sensasiya, yalan xəbər, dedi-qodu tipli informasiyalara üstünlük verən praktik modelə şərait yaradıb. Bununla yanaşı, cərəyan edən prosesdə jurnalistika və ya mətbuat rəqabətin birbaşa tərəfi, yəni rəqib olmaqdan (Pultser və Herts rəqabətində olduğu kimi) çıxıb rəqib tərəflərin vasitəsinə çevrilmişdir. Qısaca mətbuat, jurnalistika maraqlarından irəli gələn bir sarılaşmağa düçar olmamışdır.

Bu mənada, sarı mətbuat çox moda olan dövrünü 1998-ci ildə senzuranın ləğvindən qısa müddət sonra yaşadı və sona çatdırdı. O vaxtlar bəlkə də, tam da Pulitser ilə Hearst sayağı bir rəqabət və sarılıqdan söz edilə bilərdi. Tiraj üçün krossvorldlara tam səhifə ayıran, erotik şəkillərə üstünlük verən qəzetlər hələ də xatirimizdədir. Sensasiya da ki öz yerində. Amma bugünkü sarılıq tamam ayrı bir mexanizmlə yaşayan, tamam fərqli mənbədən qidalanan, tamam fərqli instinktlərlə özünü doğrultma mübarizəsi verən bir mətbu təşəkkülə gətirib çıxarıb. Elə buna görə də Azərbaycanda sarı mətbuat fenomeni və anlayışından söz edərkən istər-istəməz qeyri-peşəkar rəqabət modelindən söz etməli oluruq.

“Azərbaycanda sarı mətbuat varmı” sualına cavab verərkən də bu rəqabət modelinin təsirindən uzaqlaşa bilmirik.

Əgər ölkə mətbuatında yalan xəbərdən söz edə biliriksə, jurnalist sensasiya dalınca qaçırsa, masa araxasında oturduğu yerdən özünə görə analitik xəbər, bizə görə isə uydurma xəbər istehsal edirsə, yaydığı informasıyanın heç bir dəlili və əsası yoxdursa, onda “sarı mətbuat” terminindən rahatlıqla istifadə edə bilərik.

Yox, əgər yuxarıda sadalanan praktik addımların heç birinin arxasında peşə rəqabəti dayanmırsa, əksinə onlar qeyr-peşə mənbəli mübarizənin təzahür formaları kimi öz funksiyasını yerinə yetirisə, “sarı mətbuat” terminindən yalnız izahını verərək istifadə etmək düzgün olardı.




Yükləyib: Administrator2009-Noyabr-14 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar