Nakolkanı Tatu ilə səhv salmayın! Nakolkanı Tatu ilə səhv salmayın!
Nakolkanı Tatu ilə səhv salmayın!
8


Bildiyimiz kimi, dünyanın bir çox ölkələrində tatu çox populyardır. O, artıq incəsənət əsərinə çevrilib. Tatu ilə məşğul olan usta, rəsm vasitəsilə dünyaya baxışını insanlara çatdırır. Azərbaycanda tatu elə də populyar deyil. Lakin onu sevənlər də az deyil. Azərbaycanda ən tanınmış və professional tatu ustası – usta Kazımdır.

- Təhsiliniz nədir və tatu sənətinə harada yiyələnmisiniz?

- Cəlilabadda incəsənət məktəbini bitirdikdən sonra təhsilimi Türkiyədə iqtisadi məktəbdə davam etdirmişəm. Uzun müddət rəsmlə məşqul ola bilməmişəm. 1996 ildən, tatu ustası kimi fəaliyyətə başlamışam. İlk studiyamı 1996 ildə Antalya şəhərində açmışam. Orada 8 il işlədikdən sonra Bakıya köçməyə qərar verdim və tatu studiyası açdım.

- Tatu sənəti Azərbaycanda Türkiyədə və ya digər ölkələrdə olduğu kimi populyar deyil. Necə düşünürsünüz, nəyə görə Azərbaycanda tatuya bir qədər mənfi münasibət var?

- İş ondadır ki, Azərbaycanda tatu hələ də nakolka ilə assosiasiya olunur. Bildiyimiz kimi, sovet dövründə nakolkaları əksər hallarda həbsxanalarda edirdilər. Buna görə cəmiyyət nakolkalı, tatulu insanlara bir qədər şübhə ilə yanaşıblar. Olanları inandırmaq istəyirəm ki, peşəkarın etdiyi tatu - əsl sənət əsəridir. İlk növbədə, professional tatu nakolkadan iş texnologiyası ilə fərqlənir. Son zamanlar tatuya insanların münasibəti bir qədər dəyişib. Bir çoxları üçün tatu həyatlarının çox vacib bir elementidir. Məsələn, yanıma yeganə qızını itirmiş bir ata gəlmişdi. O, xahiş etdi ki, qızının şəklini onun bədənində əks etdirim. Bəlkə başqa bir təsəlli tapmayan ataya dərdi yüngülləşdirmək üçün tatu yeganə üsul idi... Bilmirəm, hər halda onu heç kəs qınamaz...

- Tatu nakolkadan nə ilə fərqlənir?

- Heç vaxt nakolka etməmişəm. Bu işdə səriştəsi olan müştərilərdən eşitdiklərimi sizə danışa bilərəm. Tatu və nakolka müxtəlif texnologiyalar vasitəsilə edilən proseslərdir. Lakin, nakolka səliqəsiz, gigiyenik qaydalara riayət edilmədən, adi bir iynənin alışqanla qızdırılıb və dərinin altında yandırılmış ayaqqabı boyasının yeridilməsi ilə edilirsə, tatu - ən son texnologiyalarla, gigiyenik qaydalara riayət edərək, bədəndə əks olunan incəsənət əsəridir.

- Sizə köhnə nakolkaları silmək üşün müraciət edirlər?

- Bəli. Bakıda köhnə nakolkaları silənlər çoxdu. Hərdən təsvirdə düzəlişlər də edirlər.

- Əvvəllər nakolkaların silinmə prosesi çox ağrılı bir əməliyyat idi. İndi necə, yeni, ağrısız texnologiya varmı? Siz onlardan istifadə edirsinizmi?

- Hərdən elə də olur ki, tatunu silmək lazım gəlir. Əvvəllər bu, çox ağrılı bir əməliyyat olub. Hazırda bu sahədə də irəliləyiş var. Müasir texnologiyalar, məsələn, Q-switched- lazer bədəndə olan hər hansı bir şəkli ağrısız, fəsadsız silmək imkanı yaradır. Köhnə əzab-əziyyətli üsullara ehtiyac yoxdur. Q-switched-lazer dəriyə daxil olur və dəriyə ziyan vermədən, yalnız boyaya təsir edir. Boyanın molekulyar strukturu dağılır, o, rəngini itirir və tədricən, limfa vasitəsilə yuyulub gedir. Prosedur ağrısızdır və yerli anesteziyasız edilir. Ən çətin rəngli tatular silinir, çünki hər boyanın xüsusi lazer ölçüsü seçilməlidir.


/Yumroo/




Yükləyib: ADMIN2010-Aprel-05 Çap Etmək
Şərhlərin sayı: 5
Yazıb: ErasmuskA #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ok daha sehv salmaram smile
Yazıb: AGILLI_DELI #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
sevdim
Yazıb: wry_yikda #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
vay tavwan kardew muazaz ersoydan bir calsanda dinlesek biggrin
Yazıb: Pis_Oglan #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
hec xosum gelmir....[b]
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
maraqli idi.thanks
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar