Namiq Qaraçuxurlu İlə Müsahibə | Şou Biznes | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Namiq Qaraçuxurlu İlə Müsahibə Namiq Qaraçuxurlu İlə Müsahibə
Namiq Qaraçuxurlu İlə Müsahibə
2

-Namiq, bu günlərdə maraqlı bir açıqlama vermisiniz: “Aygün Kazımova ola bilər ki, hamilə olsun, 70 faiz hamilə deyil, lakin 30 faiz də hamilə ola bilər. Amma mənim xəbərim yoxdur”. Bu 30 faiz nə deməkdir?

- Mən əslində 30 faiz deməmişəm. Dedim ki, ümumiyyətlə, belə bir şeydən xəbərim yoxdur, 70 faiz deyə bilərəm ki, hamilə deyil, 30 faizi də hara istəyirsiniz, yozun... (Gülür) Əslində, mən şəxsi həyatım barədə danışmağı xoşlamıram. Məcbur olub, hörmət əlaməti olaraq bir az açıqlama verdim. Mən heç vaxt efirdə çıxıb deməmişəm ki, Aygün xanımla elə münasibət var ki, sabah ata olacam...

- Amma əgər 30 faizlik ehtimal üçün şərait yaratmısınızsa, demək, haradasa təsdiqləmisiniz...

- Onun hamiləliyini? Mən də sizin kimi.. İndi ola bilsin, siz 50 faizlik belə düşüncədəsiniz, mən isə 30 faiz belə düşünürəm.

- Yəni, demək istəyirsiniz ki, indiyə qədər sizin aranızda yalnız yaradıcılıq münasibəti olub? Sevgi-məhəbbət boş və xoş təəssüratlardır?

- Olsa belə, bu bizim özümüzə aiddir. Mən bu barədə efirdə danışmamışam. Bundan sonra da danışmayacam.

- Deməli, bütün Azərbaycan haqsızlıq edib sizin barənizdə səhv düşünürmüş, sən demə, insanlar ekranda sizə baxıb səhv nəticə çıxarıblar...

- İnsanlar düşüncələrində azaddırlar. Necə istəyirlər, elə də qəbul etsinlər. Mən şadam ki, bizim duetlərimiz həqiqəti... daha doğrusu o düşüncəni çatdıra bilir ki, insanlar düşünsün ki, ortada sevgi-məhəbbət var.

- Bəlkə bu meyxanaçı psixologiyasından irəli gəlir? Axı meyxanaçılar bir qədər ağır təbiətli, mühafizəkar olurlar, spesifik xüsusiyyətləri olur: kişi bunu deməz, o barədə açıqlama verməz. İndi bəlkə bir tərəfdə Aygün xanım, digər tərəfdə meyxanaçı xüsusiyyətləri...

- Əslində bunun meyxanaçı olmağa aidiyyəti yoxdur, xarakterdən asılıdır. Düşünmürəm ki, mən dirijor olsaydım, öz sevgimdən, məhəbbətimdən şəxsi həyatımdan danışardım. Bu, mənim xarakterimə aid deyil, heç də düşünmürəm ki, sırf meyxanaçı olduğuma görə bunları edirəm. Meyxanaçı ola-ola geyimim də başqa cür olur, efir davranışım da fərqli olur. Sıradakı meyxanaçılardan çox seçilirəm.
- Lakin Aygün Kazımova bir qədər açıq fikirli qadındır və olanları olduğu kimi çatdırır.

- Bir şey də var ki, mən dansam nə olacaq, danmasam nə olacaq? Elə bir fərq yoxdur.

- Onda rəsmi nikah, evlilik söhbətlərinin həqiqətə yaxınlığı var?

- Belə bir şey yoxdur. Bu yaxınlarda eşitmişəm, ulduzlardan biri bizim nikahımıza şahidlik edib... Elə bir şey yoxdur.

- Bəs nə vaxt evlənəcəksiniz? Yaş ötür...

- Yaşın ötdüyünü mən də hiss edirəm. Tələsmirəm. Hələlik ehtiyac duymuram. Nə vaxt hiss etsəm ki lazımdır, onda evlənəcəm.

- Bəlkə sizə təzyiq var?

- Yox, mənim təzyiqim həmişə normadadır, qaydasındadır(Gülür). Bir il ərzində ola bilər ki, baş versin.

- Aygün Kazımovanın ən yaxın dostusunuz da, eləmi?

- Bəli.

- Aygün Kazımova Yaşıl Teatrda konsert verən zaman Fadal Bazinin ona necə məhəbbət dolu gözlərlə baxmasının şahidi oldum. O da sanki konserti Fadalın və İlqarənin oturduğu məkana həsr eləmişdi. Bütün mahnılar o səmtə oxunurdu.

- Fadal Bazi ilə Aygün xanımın arasında çox yaxşı münasibət var. Konsertdə Fadal Bazinin Aygünə necə baxdığını mən də gördüm. Bu münasibətə heç də pis baxmıram. Mən də şahid idim ki, onu necə məhəbbətlə izləyirdi. Qürur duyurdum.

- Bəs siz hansı baxışlarla izləyirdiniz?

- Həm dost, həm də tamaşaçı kimi. Həmişə olmasa da, arabir mənim məsləhətlərimə qulaq asır. Ona görə mən bir tamaşaçı kim baxıb, fikrimi demək istəyirdim.

- Populyar, tanınmış, gözəl bir qadınla həmişə bir yerdə olub dost qalmaq olar? Bu mümkündür? Ümumiyyətlə, bu düşüncələrə 5 yaşından yuxarı uşaq inanar?

- Məncə, 5 yaşına qədər uşaqlar inansa bəs edir, çünki müsahibələrimizdə diqqətli olmalıyıq ki, körpə uşaqlara pis təsir etməsin.

- Beş yaşına qədər uşaq sayt oxuya bilmir. Ona görə də təhlükədən qorxmayın. İnsanları yanıltmaq, və hər şey inkar etmək, məncə, düzgün deyil. Siz hansı informasiyanı xalqa ötürmüsünüz, insanlar da onu qəbul edib qaytarırlar. Hansısa səbəbdən inkar edirsinizsə, bunu elə edin ki, insanlar özlərini boşluqda hiss etməsin ki, “bu günə qədər mənim gördüklərim demək yalan idi, eşitdiklərim hansı məqsədlə deyilirdi?...”

- Siz mənə nə deyirsinizsə, əslində mən də onları düşünürəm. Sənətçilərin müəyyən səhvləri varsa... Ola bilər, mənim də səhvim var, biz robot deyilik. Ola bilər, biz səhvə yol vermişik. Bəzən zarafatla deyirik, tamaşaçı onu səhv anlayır. Siz dediyiniz məsələ ilə bağlı mən heç vaxt açıq-saçıq müsahibə verməmişəm. Şəxsi həyatımda bağlı bəzi şeylər var ki, sonradan gedib valideynlərimlə oturanda ona görə xəcalət çəkirəm. Və yaxud mənim elə dostlarım var ki, sabah haradasa oturub onlarla birlikdə çörək yeyəndə, çay içəndə görəndə ki, mən şəxsi həyatımdan danışıram, bu mənim üçün üzüqaralıq gətirir.

- Misal üçün, mən elə meyxanaçı tanıyıram ki, sizi qəbul etmək istəmir. O şəxs deyir ki, mən meyxana aləmində Namiqin adının çəkilməsini istəməzdim. “Bir qadının böyründə sevgi-məhəbbətədən danışıb sənəti unudan adamın bizim sənətin yaxınlığına yanaşmağa ixtiyarı yoxdur”...

- Kimin ağzı var, danışır...

- Bu fikirlərdə həqiqət payı varmı?

- Müsahibədən kənar o adam mənə desəydi, mən ona sərt cavab verərdim. Hətta söyüş də söyərdim.

- Başqa bir fikri də çatdırım. Bunu müsahibələrimin birində çox məşhur televizyonçu və şoumen demişdi. Onun iddiasına görə, siz Aygün xanımla olan münasibətinizlə gənc oğlanlara pis nümunə oldunuz. İddiaya görə, gənc oğlanlar özündə xeyli yaş böyük xanımla münasibətə normal baxmağı məhz sizdən öyrəndilər. Mental şüura yad olan pis ənənəyə başlanğıc qoydunuz...

- Vallah, mən əvvələr forumlarda fikirləri oxuyurdum. Sonradan gördüm ki, mənim qızıl vaxtım gedir. Zənnimcə, indi də vaxtımız boş-boş adamların söhbətinə gedir.

- O şəxsin peşəsinə görə müəyyən söz demək hüququ var. Sizin də cavab vermək hüququnuz var.

- Mənim də cavab haqqım var. Mən də deyə bilərəm ki, onun yekə başı var. Çox yekəbaş danışıb. Vaxtilə mənim yaradıcılığım çox tənqid olundu. Vətənpərvərlik, ciddi mövzular da təqdim edəndə tənqid etməyə nəsə tapdılar. Mənim üçün bilirsiniz kimin fikri maraqlıdı? Sənətə aidiyyatı olmayan yaxın dostumun...

- Nüfuzlu və sizə yaxın bir adam bunu desəydi, qəbul edərdiniz?

- Əgər o şəxs mənim üzümə bu sözü deyib əsaslandırsaydı, qəbul edərdim. Üzünə, gözünə baxıb, nə demək istədiyini başa düşərdim. Bir də ki, bizdə tənqid başqa şəkildə yaranır. Əgər biri səni uşağının ad gününə çağırıbsa və sən getməmisənsə, artıq o sabah çıxıb mətbuatda sənə irad tuta bilər. Bu gün Azərbaycanda tənqid onun üzərində qurulub. Ona görə də mən bunları qəbul edə bilmirəm.




Yükləyib: Administrator2010-Aprel-10 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: Godfather #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
bu gedenin sifetin kim daxil edib bura???? kisiliye lekedi bu adam.. Kisilerden yazin yazanda..
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
bu Aygunle Namiq de ki,20ildi evlenib qutara bilmirlere:)))
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 334-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar