Necə “1111” ola bilərik? Necə “1111” ola bilərik?
Necə “1111” ola bilərik?
1

Necə “1111” ola bilərik?

Belə rəvayət olunur ki, Napoleon Prussiyada qələbə çaldıqdan sonra, qarla örtülü ovalıqda, sanki qələbənin həzzini çıxarırmış kimi sakit-sakit üfüqü seyr edirmiş.

Bu zaman uzaqdan ağ qarlar arasında bir şeyin onlara tərəf gəldiyini görür. Diqqətlə baxdıqdan sonra gələnin bir Prussiya əsgəri olduğunun şahidi olur. Məğlub olmuş, izindən əsər-əlamət qalmayan bir ordunun əsgəri. Bu zaman Napoleon adamlarına Prussiyalı əsgərə səslənmələrini əmr edir. Fransız əsgərlər ona “Hər şey qurtardı. Ordun məğlub oldu. Prussiya artıq yoxdur” – deyə səslənirlər.

Prussiyalı əsgər, əvvəlcə, onlara atəş açmaqla cavab verir. Daha sonra atəşdən də sərt şəkildə deyir: “Mən varamsa, Prussiya da var”.

Çox qəribədir. Hər zaman bir olmaq haqda danışdığım zaman qulağımda Prussiyalı əsgərin cavabı cingildəyir. “ Mən varamsa, Prusiya da var”.

Bir yerdə olmaq, əl-ələ vermək və birləşmək bizim ən çox danışdığımız və nail olmaq istədiyimiz məqsədlərdəndir. Bilirik ki, iki “1” yanaşı gəldiyi zaman “11”, dörd birin yanaşı gəlməsindən isə “1111” meydana gəlir və biz də əgər çiyin-çiyinə verib birləşə bilsək, bu, bizim daha da qüvvətli olmağımız və bərəkətə sahib olmağımıza səbəb ola bilər. Arzusunda olduğumuz məqsəd doğru və mümkündür. Lakin bu hədəfi arzu etdiyimiz kimi reallaşdıra bilməyimiz bir az çətindir. Bizim ideal şəkildə bir araya gəlməyimiz və çiyin-çiyinə bir iş görməyimiz mümkün deyildir. Bir alim bu haqda gözəl deyib: “Bir araya gəlmək gözəl bir şeydir, bir yerdə işləmək də gözəldir, ancaq bu birliyi davam etdirməyi bacarmaq çox gözəl olan bir işdir. Əsl uğur da məhz bundadır. Biz bir araya gəlsək də birlikdə bir iş görməyimiz, ümmətə xidmət etməyimiz elə də asan deyil. Əgər bir yerdə işləsək, bunu davam etdirmək daha da çətin olar. Çünkü bunu etdiyimiz zaman aramızda ixtilaflar, qısqanclıqlar və rəqabət yarana bilər. Haqq yol dəvətçilərinin də ən çox üzləşdikləri problemlərdən biri məhz budur. Bu gün bir-birinə sıx bağlı olan əllər bir gün gələr ayrılar və arada ayrılıqlar baş verər. Bunun da nəticəsində güclər zəifləməyə başlayar.

Təbii ki, bizim “1111” ola bilməməyimizin və ya bu vəziyyəti qoruya bilməməyimizin bir çox səbəbi vardır. Mənə elə gəlir ki, əsas səbəb iki əsr əvvəl o Prussiyalı əsgərin söylədiyi həqiqətdir. O əsgər bizə - “1111” olmaq istəyənlərə bu dərsi verdi: hər şeydən öncə “1” olmağı bacarmalıyıq. Tək başına qalsanız belə, daima həqiqəti söyləməli, “mən varamsa, haqq yaşayır, mən varamsa, inandığım hər şey var” deməyi bacarmalısınız. Bu, hər şeydən qabaq bir olmağın haqqını vermək deməkdir. Bu ”1”-in yanına sıfır qoymaq olmayıb öz “1”-dən ya da mənliyindən keçib çiyin-çiyinə çalışmaqdır.

Hal-hazırda təzadlı və ziddiyyətli bir dövrdə yaşayırıq. Bir yandan, xudbinlik və fərdiyyətçilik düşüncəsi beyinlərimizə və qəlblərimizə hakim kəsilmiş, digər yandan da müxtəlif qruplaşmalar və firqələrə bölünməklə, sanki şəxsiyyətimizi alçaltmağa girişmişik. Bununla yanaşı, haqq yolda ixlas və sədaqətlə səy göstərmək insan mənliyinin alçaldılması kimi qələmə verilir. Lakin ixlas çeşməsində mənliyini pak etməyi bacarmaq, öz eqoistliyindən imtina edərək, digər “1”-lərin cərgəsində dayanmağı bacarmaq şəxsiyyətindən əl çəkmək ya da mənliyini itirmək mənasına gəlməz. Əgər ifratçılıq öz mənliyini ilahlaşdırmaq və təkliyə çəkilərək, yoldan uzaqlaşmaqdırsa, laqeydlik, başısoyuqluq da özünü “1”-ə deyil, sıfıra bənzədərək, digər bir “1”-in yanında təsirsiz və səmərəsiz qalmaqdır. Əslində orta yol “1”–zi və mənliyimizi qoruyaraq, eqoistliyimizdən, xudbinliyimizdən uzaq durmaqdır. Bu, sanki bir qabdakı buza bənziyir. Su buzun ərimiş halıdır. Buz burada sanki suyun soyuq eqoizminin qurbanı olub qatılaşmış və başqa su kütlələrindən uzaq qalmışdır. Bu vəziyyətdən xilas olması üçün onun daha çox su kütləsinə ehtiyacı vardır.

Elə isə hər bir buz parçası öz qatılığından azad olaraq, başqa sulara qarışır. Bu misal dediyimiz “1”-lərə də aiddir. Bu birlər də öz məhdud çərçivələrindən uzaqlaşaraq, daha böyük dəyər qazanırlar. Bununla da suyun misalında olduğu kimi, daha bərəkətli və böyük su kütləsinin bir parçası olurlar. Başqa bir ifadə ilə desək, əsas olan şey nə suyu buxarlandırmaq, nə də “1”-i sıfra çevirməkdir. Vacib olan haqq yolda çiyin-çiyinə verərək işləmək və fərdləri qoruyaraq bərəkətə və ixlasa nail olmaq! Uğrunda həyatını və canını verə biləcəyin hər hansı bir haqq mübarizəsini sonda tək qalmaq naminə olsa belə, davam etdirmək üçün söz vermək “1” olmağın əsas göstəricisidir.

Sonda bunu da qeyd edək ki, yüksək şəxsiyyətə sahib olan insanlar “1111” olmağın nə demək olduğunu gözəl başa düşürlər. Təvazökar olmaqla mübarizəsini hər bir şeydən üstün tutan insanlar, həqiqətən, “1” olmağı bacaran şəxslərdir. Rəqəmlərin yalnız iqtisadi və maddi məqsədlərlə istifadə olunduğu bir vaxtda mən sizə “1”-lə dolu olan bir məqalə təqdim etdim.

“1111” olub və “1111” kimi qalmaqda davam edənlər necə də xoşbəxt insanlardır!




Yükləyib: wry_yikda2010-Aprel-29 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: AGILLI_DELI #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ELAAA QARDAWWW YYERIII VAR BU SOHBETIN COX SAGOL ELLERIVE SAGLIQ
EZIYYETE HORMET
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar