Nokia simsiz enerji toplayan smartfon təqdim edib Nokia simsiz enerji toplayan smartfon təqdim edib
Nokia simsiz enerji toplayan smartfon təqdim edib
0

Finlandiyanın Nokia şirkəti çərşənbə günü, sentyabrın 5-də Windows Phone 8 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən Lumia 920 smartfon modelini təqdim edib.
Telefonu enerji ilə doldurmaq üçün ona simli enerji toplayıcısını qoşmaq vacib deyil, çünki aparatı xüsusi altlıq üzərinə qoyduqda, enerji toplamağa başlayır.
Lumia 920 modelində PureView texnologiyasından istifadə olunub. Şirkət nümayəndələri bildirirlər ki, bu texnologiya sayəsində az işıqlandırma şəraitində qurğuda quraşdırılan işıqlandırma funksiyasından istifadə olunmadan şəkillər çəkmək mümkündür. Avtomatik tənzimləyici funksiya videoçəkiliş zamanı təsvirin titrəməsinin qarşısını alır.
Smartfonda City Lens əlavə reallıq brauzeri quraşdırılıb. Əlavədə istifadəçi kameradan kadrda obyektlər haqqında məlumatın yer aldığı təsviri görür. Naviqasiya funksiyasını Nokia Maps, Nokia Drive və Nokia Transport əlavələri tənzimləyir. Nokia Maps hətta internetə qoşulmadan xəritələrlə işləməyə imkan verir.
Nokia nümayəndələri Lumia 920-nin fərqləndirici cəhəti kimi ekranda təsvirin yüksək dəqiqlikdə olmasını və sürətlə yenilənməsini göstərirlər. İstifadəçi çəkiliş aparan zaman mətn və digər məlumatlar pozulmur. Smartfonun ekranı hətta əlcəklə barmaq toxunuşuna reaksiya verir.
Lumia 920 1,5 giqahers takt tezlikli ikinüvəli Snapdragon S4 prosessorunun bazasında işləyir. Quraşdırılmış kamera üçün optika şüşə Carl Zeiss şirkəti tərəfindən hazırlanıb. Aparat ekranının diaqonalı 4,5 düym, fotokameranın təsvir ölçüsü 8,7 meqapiksel təşkil edir.
Nokia sirkəti Lumia 920 modeli ilə eyni vaxtda daha ucuz (qurğuların qiyməti hələ ki açıqlanmayıb) Lumia 820 aparatını da nümayiş etdirib. Bu modeldə PureView texnologiyasından istifadə edilməsə də, əvvəlki qurğu kimi enerjini simsiz toplaya bilir və eyni proqram təminatı ilə təchiz edilir.

Sfera.Az



Yükləyib: ADMIN2012-Sentyabr-08 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar