Novruz Bayraminiz Mübarək!!! Novruz Bayraminiz Mübarək!!!
Novruz Bayraminiz Mübarək!!!
4


Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanmasına əsaslanır.
Novruz bayramının tarixi çox qədimdir. Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 gün qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. Ilk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
Novruzun islamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz Bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

Təbiətin, oyanması Novruz və azərbaycan xalqı bunu çox təntənə ilə qeyd edir və bir ay qabaqdan qeyd etməyə başlayır.


Belə ki, hər həftənin Çərşənbə axşamı günləri Su Çərşənbəsi, Od Çərşənbəsi, Torpaq Çərşənbə və Axır Çərşənbə,yəni Hava çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbə od, üçüncü çərşənbə yer, dördüncü çərşənbə küləyin köməyilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür. Çərşənbələrin içində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Həmin gün hamı öz evində olmalıdir.Həmin qədim ənənələr, oyunlarla zəngindir. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) bayram axşamı hami öz evində olmalıdır.Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan.” Bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı Çərşənbə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər deyilir: “ağirlığim uğurluğum bu odun üstünə ”deyilir. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı Çərşənbə Gecəsi bütün axar sular dayanır və hərşey ona səcdə edir, hətta ağaclar da başlarını əyir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.
Novruz süfrəsi xalqın ən milli süfrəsidir.




Süfrədə yeddi növ ədviyyat olmalıdır ki, adları da “S” hərfi ilə başlasın.bunlardan: sumax, sirkə, süd, səməni, səbzi və s. Bunlardan başqa stola güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən, qoruyur, güzgü aydınlıq rəmzidir.
Bayram axşamı bacalardan torbalar sallanar, qapılara papaq atılar, xoş xəbər eşitmək üçün qapılar pusular, uşaqların şən nəğmə səsləri bir-birinə qarışardı. Novruz şənliyi gecə yarısınadək uzanardı. Cavanlar müxtəlif oyunlar oynayardılar.
Novruz günlərində yaxın adamlar, qohum-qardaş bir-birinə qonaq gedər, əziz adamlarına bişirdikləri bayram şirnilərindən aparar. Nişanlı qızlara Novruz payı göndərərlər, oğlan evinə də Novruz süfrəsi qaytararlar. Bütün bunlar isə adamlar, qohumlar arasında mehribanlıq, xoş ünsiyyət doğurur, yaxşı əhvali-ruhiyyə yaradır.
Novruzun ilk dörd günü ilin fəsillərilə əlaqələndirilirdi. Birinci gün günəşli keçsəydi, demək yaz yaxşı keçəcəkdi. İkinci gün yağmurlu olsaydı, yay yağmurlu keçərdi Üçüncü və dördüncü günlər yayın və payızın neçə keçəcəyindən xəbər verərdi. Əgər Novruzun üçüncü və dördüncü günündə yağış olsaydı adamlar qodu düzəldib meydanlarda gəzər və günəşi çağıran nəğmələr oxuyardılar

Novruz Bayraminiz Mübarək!!!



Yükləyib: ADMIN2010-Mart-20 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: iLLeGaL #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
MooNLiGHT GeLeN BaYRaM TeBRiK eDeRDiNDa HeLe TeZDi :)))))))))))
Yazıb: Moonlight #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
GEC DE OLSA BAYRAMINIZ MUBAREK.ISPASIBO ZA VINIMANIYE:)
Yazıb: iLLeGaL #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
MeNdE HaMiNi TeBriK eDiReM wink
Yazıb: KayFAriK #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Butun Azerbaycanin bayramin tebrik edirem,sulh ve eminemanliq arzu edirem!
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar